Şirvan şəhəri 1 May küçəsi 138 ünvanında yaşayan 2005-ci il təvəllüdlü Cümşüdova Aysun Anar qızı və 2007-ci il təvəllüdlü Cümşüdova Nərmin Anar qızı dəm qazından zəhərlənmə diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlər onların vəziyyətini orta-ağır qiymətləndirir.