Maliyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Samir Şərifov ölkəmizin makroiqtisadi vəziyyəti, prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar, ölkə və region üçün böyük əhəmiyyətə malik olan layihələr, habelə Azərbaycan Respublikasının iştirakı ilə reallaşdırılan transmilli layihələr haqqında geniş məlumat vermiş, qeyri-neft sektorunun ölkə iqtisadiyyatının prioritet istiqaməti olduğunu diqqətə çatdırıb.
Öz növbəsində, Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini vurğulayan Dmitri Pankin nəqliyyat, tranzit, energetika, özəl sektor və digər sahələrdə həyata keçirilən layihələrin maliyyələşdirilməsində iştirak imkanlarını qeyd edərək bunun həm də Avrasiya İnkişaf Bankının səhmdarları olan Azərbaycanla tərəfdaş ölkələrin marağına uyğun olduğunu ifadə edib.