Bir dönər 15, bir stəkan çay 32 manata... - Bahalı şəhərdən REPORTAJ

10:16 / 07.12.2016

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) həyat səviyyəsinin yüksək olduğu ölkələr sırasındadır. Bu ölkə haqda çox məlumatlar oxumuşdum, eşitmişdim. Və oraya ayaq basmaq da nəsib oldu…

BƏƏ-nin Əbu-Dabi şəhərində sifariş etdiyimiz hotelə çatıb, əşyalarımızı yerbəyer etdik və gəzintiyə çıxdıq. Qaldığımız "Al Raha Beach Hotel"in yaxınlığında yerləşən "Al Raha Mall"a üz tutduq. Bir az alış-veriş edək deyə.

Qarşılaşdığımız qiymətlər, sözün həqiqi mənasında insanı şoka sala bilər. Məsələn, qadın üçün bir dəst gecə paltarının qiyməti 300 dirhəmdən (150 manat) başlayırdı. Qadın ayaqqabılarının ən ucuzu 200 dirhəm (100 manat), ən ucuz üst geyim 160 dirhəmdir (80 manat) və üzü yuxarı 5000 dirhəmədək (2500 manata) davam edir. Hətta, bizim daxil olduğumuz alış-veriş mərkəzi, bu şəhərdə ən bahalı yerlərdən sayılmır. Pulun çoxdursa, burdakından iki-üç qat bahasına brend dükanlardan geyim almaq olur. Hər halda, mən şeyx nəslindən olmadığım üçün daha ucuz mallara baxmalıydım. Oradan çıxıb nahar etmək qərarına gəldik. Və acmağımıza peşman olduq. Bakıda 2 manata aldığımız dönər BƏƏ-də 30 dirhəmdir (15 manat). Əlavə bir stəkan meyvə şirəsinə isə 10 dirhəm (5 manat) ödədik. Bu qiymətlər, sadəcə "fast food" (ayaqüstü) yeməklərinə aiddir. Təbii ki, restoranda oturub normal yemək sifariş etməli olsan, ən azı 70 dirhəmin (35 manat) çıxacaq.

Əbu-Dabinin görməli yerlərinə getmək istəyirsənsə, mütləq şəkildə taksidən istifadə etməlisən. Bakıda taksilərin bahalı nəqliyyat vasitəsi olduğunu düşünənlər üçün deyim ki, bu ərəb şəhərində 4 gün ərzində taksi xidmətinə, bizim pulla 125 manat xərcim çıxdı. Taksiyə oturduğun an, məsafədən asılı olmayaraq, sayğaca avtomatik 3.50 dirhəm (1.75 manat) yazılır. Və Bakıda 10 manata getdiyimiz məsafə üçün, Əbu-Dabidə 40 manat ödədik.

Taksi sürücülərindən öyrəndim ki, şəhərdə yalnız dövlət taksiləri işləyir. Hər taksi ayda 10.000 dirhəm (5000 manat) gəlir gətirərsə, həmin gəlirin 30 faizi özünə, 70 faizi dövlətə çatır. Üstəlik, hər ay əlavə 3000 dirhəm (1500 manat) sürücülərə əmək haqqı verilir. Xüsusilə, Pakistan, Uqanda, Hindistan, Tailand kimi ölkələrdən gələn miqrantlara bu qiymətə sürücülük etmək sərf edir. Əbu-Dabidə, Bakıda görmədiyim bir mənzərənin şahidi oldum - sıra, yaxud növbə mədəniyyəti. İstər taksi gözləyərkən, istər hansısa xidmətdən istifadə edərkən, hər kəs sakitcə öz növbəsini gözləyir. Təbii ki, biz belə vəziyyətə alışmamışıq. Bu arada, hotellərdə də qiymətlər çox bahadır. Məsələn, hotelin restoranında bir stəkan sadə çayın qiyməti 64 dirhəmdir (32 manat). Jurnalist olaraq, Formula 1 ilə bağlı səfər etdiyimiz üçün, şəhəri daha ətraflı dolaşmağa vaxtımız olmadı. Bununla belə, bütün yarış boyu, Azərbaycanın Formula 1 komandasının üzvləri və biz jurnalistlərdən başqa, bir nəfər də olsun, azərbaycanlı ilə qarşılaşmadıq...

Sputnik.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM