“Sputnik” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fahri Vardar bununla əlaqədar bələdiyyə işçiləri ilə birgə toplantı təşkil edib. Yığıncaqda, "Dəyiş valyutanı, al mükafat icazəsini" adlı kampaniya keçirdiklərini deyən bələdiyyə sədri, 100-500 dollar məbləğində vəsait dəyişənə 2 gün, 500-1000 dollar dəyişənə isə 5 gün icazə verəcəyini söyləyib. Sədr əlavə edib ki, 1000 dollardan yuxarı valyutanı dəyişənə isə 1 həftə müddətinə işdən icazə veriləcək.