“Qayınanam həbsə düşdüyümə görə sevinir, ərimi evləndirmək istəyir”
“Övladım deyir ki, ana, sən cinayətkarsan?”
“Tamah evimi yıxdı, amma yaxşı ki, bura düşdüm, gözüm açıldı”
ARB TV-nin “Rezonans” verilişində bu dəfə tamahı ucbatından 6 ildir ki, məhbus həyatı yaşayan Ülkər Qədirova həyat hekayəsini danışıb.
Məhbus xanım kasıb ailədə böyümədiyini bildirib:
“Ziyalı ailədə doğulmuşam. 1 bacı, 1 qardaşım var. Anam həkimdir. Atam da yüksək vəzifələrdə işləyib. Həyat yoldaşımla təsadüfən tanış olmuşuq. Anası ilk gündən məni istəmədi. Qayınanam indi çox sevinir ki, mən içəridəyəm. 5-6 aydır ki, onunla danışmıram. Evim də olub, maşınım da. Həyatım çox yaxşı olub. Atamın bir əli mənim üstümdə olub. Amma tamah mənim evimi yıxdı”.
Bir tanışı, hüquq sahəsində çalışan Ülkərə işə düzəltmək üçün vasitəçilik etməyi söyləyib, o da razılaşıb:
“O adam mənə dedi ki, Ülkər xanım, adam ver mənə, işə düzəldək. Mən də hazırlayıb verdim. Gördüm ki, hər uşaqdan mənə yaxşı pul qalır. Uşağımın xərcləri, benzinimin pulu çıxırdı. Hər adama görə, 3000 manat pul almışam. Bir müddət sonra göndərdiyim adamları işə düzəldəni işdən çıxartdılar. Onun yerinə gələn şəxs bizim adamları yoxlamağa başladı. Bizim adamları bir-bir işdən çıxartmağa başladılar. Məndən şikayət edənlər də oldu, etməyənlər də”.
Ona verilən hökm övladının ad günündə oxunub:
“55 dəfə məhkəməyə çıxdım. Mənə verilən cinayət hökmü övladımın ad günündə oxundu. Ata mülküm bura çox yaxındır. Küçənin o biri tayındadır. Ata mülkündən hər çıxanda buranın qarşısından keçirdim. Hər dəfə buradan keçəndə deyirdim ki, Allah uzaq eləsin”.
O, anasını uzun illərdir görmədiyini bildirib:
“Mənə 11 il cəza müddəti veriləndə, anam iflic oldu. Vaxtından tez pensiyaya çıxdı. Vəziyyət çox pis idi, mənə demirdilər. Anamla telefonda danışdım. Dedim ki, mənə görə oldun belə? Dedi ki, yox. Dedim ki, yox, mənə görə olmusan belə. 5 ildir ki, onu görmürəm. Atamdan çox xahiş elədim ki, gətir onu, bir dəfə görüm. Mən anamın əməliyyatında onun başının üstündə ola bilməmişəm. Özümü çox günahkar hiss edirəm. Ən böyük zərbələri vaildeynlərimə yetirmişəm. O dünyada da cavabını verə bilməyəcəm”.
6 ildir ki, həbsxana həyatı yaşayan qadın, həyat yoldaşının onu ziyarətə gəlmədiyini söyləyib:
“Atam dalımca gəlir. Anamı qoymur, bacımı da qoymur. Onlarla telefonda danışıram, şəkillərini görürəm. Həyat yoldaşım tutulsaydı, mən onu tək qoymazdım, bu qapının ağzından əl çəkməzdim. Amma o, utanır bura gəlməyə. Deyir ki, mən necə gəlim bura, qrup yoldaşım qapıda işləyir. Deyir ki, dostum mənə sual verir ki, sən bura kimin yanına gəlmisən? Cəmi 2 dəfə yanıma gəlib. Qayınanam həyat yoldaşımı evləndirmək istəyir. Efirdən onlara deyirəm ki, xoşbəxt olsun, oğullu-uşaqlı olsun. Mənimki onunla tutmayacaq, çünki mən dustaq həyatı yaşamışam. 2 uşağım qayınanamdadır. O, uşaqlara deyir ki, pis ananız cinayətkardır. Uşaq telefonda mənə deyir ki, ana, sən cinayətkarsan? Böyük oğluma isə valideynim baxır. O, hər 8 mart günündə mənə hədiyyələr gətirir. Deyirəm ki, bu hədiyyələri necə almısan? Deyir, babamın verdiyi pulları 4 ay yığıb almışam hədiyyəni. O biri uşaqlarımı da alacağam”.
Ülkər Qədirova həbsxanada keçən həyatından danışıb:
“Çox kitab oxuyuram, teleseriallara baxmıram. Həyətdə tək gəzirəm. Azadlığı dəhşətli dərəcədə gözləyirəm. Mən dünənə kimi geyim, qızıl, var-dövlət xəstəsi idim, amma indi yox. Amma yaxşı ki, bura düşdüm, gözüm açıldı. Nə vaxt qapım açılsa, uşaqlarımı bir yerə yığıb, valideynlərimin yanında qalacağam”.
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM