Bunu açıqlamasında "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, hazırda Bakı şəhərinin "Azəravtoyol" ASC-nin balansında olan heç bir küçə və prospektində buzlaşma müşahidə olunmur:
“Texnika, maşın-mexanizmlərimiz hazır vəziyyətdədir. Hazırda 20 Yanvar dairəsində, dairəyə gələn yollarda, Bakı-Sumqayıt yolunda tıxac müşahidə olunur. Tıxacın yaranmasına səbəb sürücülərimizin hazırlıqsız olması, sovet istehsalı maşınlar və ən əsası avtonəqliyyat vasitəsinin yay şinləri ilə idarə edilməsidir. Nəticədə, avtomobillər sürüşür, hərəkətində çətinliklər yaranır və bu da tıxaca səbəb olur. Qış şinləri ilə ədarə olunan avtomobillərin hərəkətində hər hansı problem yoxdur”.
Anar Nəcəfli qeyd edib ki, yollar buzlaşdıqda, qarla örtüldükdə qurumun tabeliyində olan texnikalar yollara duz-qum səpəcək: “Bundan əlavə yolların qardan təmizləməsinə başlayacaqlar. Aidiyyatı qurumlar qışa hazır olduğu kimi sürücülərimiz də hazır olsa yollarda vəziyyət normal olar”. (“Xəzər TV”)