UEFA Avropa Liqasında qrup mərhələsinin son oyunları baş tutub.
“Qəbələ” də qrupda son oyununa çıxıb. Roman Qriqorçukun komandası səfərdə “Maynts”ın qonağı olub.
C qrupu
“Maynts” (Almaniya) – “Qəbələ” - 2:0
Qollar: Hak, 30 , de Blasis, 40
Oyunun taleyi ilk hissədə həll olunub. Almanlar 30 və 40-cı dəqiqələrdə vurduqları qollarla qalib gəliblər.