“Kaspi” qəzetinin 135 illiyi münasibətilə tədbir keçirilib (FOTO)

20:35 / 09.12.2016

Bu gün Bakıda “Kaspi” qəzetinin yaranmasının 135 illiyi münasibətilə təntənəli tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Milli Məclisin deputatları, media qurumlarının rəhbərləri, ictimai-siyasi xadimlər və digər qonaqlar iştirak edib.

Tədbirin əvvəlində qəzetin tarixinə həsr olunmuş film nümayiş olunub. Daha sonra tədbirdə çıxış edən “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva qəzetin yaranma tarixi və keçdiyi inkişaf yolu haqqında danışıb. S.Vəliyeva bildirib ki, Azərbaycan milli mətbuatının 140 ildən artıq keçdiyi tarixi inkişaf prosesində "Kaspi” qəzeti geniş bir dövrü əhatə edir:

“Tarixi “Kaspi” qəzeti xalqın, millətin keçmişini, ictimai-siyasi, iqtisadi yaşantılarını, istək və arzularını günbəgün, aybay bizlərə çatdırmağa nail olmuşdu. “Kaspi”də fəaliyyəti ilə qəzetə yeni məzmun gətirən əksər milli yazarları birləşdirən amal milli düşüncə və millət sevgisi idi. Bu sevgi çıraq işığı kimi ziyalıları ətrafına toplamağa müvəffəq olmuşdu.

1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən min bir əzabla “Əkinçi” işıq üzü görsə də, qəzetin açılmasına izn verən senzura sonralar onu bağlamağa nail oldu. Anadilli bir qəzetin bağlanması Həsən bəyi və onun ətrafındakı yeni, mütərəqqi fikirli ziyalıları yenidən düşünməyə vadar etdi. Həsən bəyin qəzetçilik fəaliyyətindən başqa xalqı cəhalətdən oyadacaq elə bir kütləvi vasitə görə bilməməsi düşüncəsi yeni bir ideyanın reallaşmasına təkan verdi. Həsən bəy Zərdabinin V.Kuzminə verdiyi məsləhətlə qəzet açmaq təşəbbüsü dəyərləndirilir, qısa bir müddətdə müsbət cavab alaraq fəaliyyətə başlayır. Həsən bəy Zərdabinin növbəti məsləhəti ilə həftədə bir dəfə qəzetin “Çıraq” adı ilə Azərbaycan dilində əlavəsinin çıxması ideyasına isə “yox” cavabı verilir. Beləliklə, “Kaspi” yalnız rus dilində nəşr olunaraq 1881-ci ildən 1919-cu ilədək böyük bir tarixi inkişaf mərhələsi keçdi. Bu tarix həm də millətin, xalqın taleyi idi. Xalqın yaşadığı taleyüklü proseslərdə “Kaspi” qəzeti ziyalıların tribunasına çevrildi. Hədə-qorxulara, dəfələrlə şər və böhtanlara məruz qalsalar da, əqidə sadiqliyi göstərərək, həqiqətə və azadlığa doğru irəliləyərək istiqlal mücadiləsindən dönmədilər. Bu yolun yolçularını vahid əqidə birləşdirirdi – milli mücadilə, milli istiqlal”.

S.Vəliyeva vurğulayıb ki, 1881-ci ildən 1919-cu ilədək olan mərhələdə “Kaspi”də fəaliyyət göstərən ziyalılarımız bu qəzet vasitəsilə həm fikir adamlarının həmrəyliyinə nail oldular, həm də milli düşüncələrin oyanmasında, milli şüurun dirçəlişində, eyni zamanda, istiqlal mübarizəsinin formalaşmasında əhəmiyyətli dərəcədə böyük tarixi rol oynadılar:

“Onlar sözün əsl mənasında tarix yaradırdılar. Tarix isə illər sonra onları əbədiləşdirdi. “Kaspi” 1881-ci ildən 1919-cu ilədək Azərbaycan xalqının mətbuat tarixində, eləcə də ictimai, mədəni, ədəbi fikir tarixində baş vermiş inkişafı güzgü kimi əks etdirərək bizlərə miras qoyub. Tarixdə iz qoymuş “Kaspi” bizlərə qəzetçilik tariximizin dərin elmi araşdırmaya ehtiyac duyulan mənəviyyat və düşüncə xəzinəsini miras qoyub. Bu qəzetin tarixi missiyasını öz üzərinə götürən müstəqil Azərbaycanın çağdaş mətbuat orqanı kimi biz “Kaspi”çilər öz tarixi missiya və məsuliyyətimizi və cavabdehliyimizi həmişə anlayır, hər cümlə və sətrimizdə bunu isbat etməyə çalışırıq”.

S.Vəliyeva vurğulayıb ki, müasir “Kaspi” qəzeti XX əsrin sonlarında - 1999-cu ilin mart ayında Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayıb:

"Bu elə bir dövrün başlanğıcı idi ki, artıq Azərbaycanda söz və mətbuat azadlığı bərqərar olmuş, kütləvi informasiya vasitələrinin qanunvericilik bazası formalaşmış, yeni qəzetçilik ənənəsi yaranmışdı. Ölkəmizdə müstəqilliyin əldə olunduğu ilk illərdən başlayaraq yaranan müstəqil mətbuat 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yeni məzmun alaraq sürətlə inkişaf etməyə başladı. O, söz, fikir, mətbuat azadlığının inkişafını dövlətin demokratik inkişafının əsas istiqaməti kimi qəbul edərək, mətbuatın daha da sürətlə inkişaf etməsi üçün ardıcıl olaraq bir sıra sərəncam və fərmanlar imzalamışdı”.

S.Vəliyeva bildirib ki, “Kaspi” media aləminə gəlişi ilə sələfinin ənənələrinə sadiq qalaraq milli bir qəzet olmağı, digər tərəfdən də dünyanın ən mütərəqqi mətbuatının inkişaf prinsiplərindən bəhrələnərək daim yenilik və müasirliyi öz fəaliyyətində əks etdirməyi qarşısına əsas məqsəd qoydu, söz, mətbuat azadlığının gətirdiyi azadfikirliliyin ölçü-biçisini düzgün dərk etdi:

““Kaspi” media etikasına daim sadiq qaldı. Şəxslərin təhqirinə heç zaman yol verməyərək, istər sadə vətəndaşların, istərsə də müəyyən sahəyə aid yetkililərin şərəf və ləyaqətini qorumaq baxımından lazımi məqamlarda balanslı mövqe nümayiş etdirdi. Qəzet, sələfinin iş metodikası və məqsədinə sadiq qalaraq millətin, xalqın olduğunu sübut etdi. Bu gün "Kaspi” əhatəli oxucu auditoriyasına malikdir. Qəzetimiz həftənin cümə axşamı "Teatr”, cümə "Gənclik qəzeti”, şənbə günləri isə "Ədəbiyyat” əlavəsi ilə nəşr olunur”.

Daha sonra çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev bildirib ki, “Kaspi” qəzetinin nümunəsində Azərbaycan milli mətbuatının keçdiyi böyük və şərəfli inkişaf yolunu bir daha görür və milli mətbuatımızla qürur duyuruq.

V.Əliyev bildirib ki, o zaman rus dilində nəşr olunan “Kaspi” qəzeti dövrün mütərəqqi baxışlarını təbliğ etməklə, xalqa xidmət nümunəsi göstərməklə onun azadlıq arzularının gerçəkləşməsinə, milli müstəqillik ideyasının inkişafına əməli töhfə verib:

““Kaspi” qəzeti o zaman Azərbaycan xalqının adət-ənənələrini təbliğ edən, cəmiyyətin aktual məsələlərini ictimai müzakirəyə çıxaran, tanınmış maarifçilərin, mütəfəkkirlərin fikirlərini xalq arasında yayan nəşr kimi bütövükdə cəmiyyətin maariflənməsinə, milli təfəkkürün formalaşmasına mühüm töhfələr verib”.

V.Əliyev qeyd edib ki, bolşevik işğalından sonra Azərbaycanda milli mətbuat faktiki olaraq fəaliyyətini dayandırmışdı:

“Yeni yaradılan mətbuat isə Azərbaycanda senzura şəraitində fəaliyyət göstərmək məcburiyyətində qaldı. 1990-cı ilin əvvəllərində Azərbaycanda milli müstəqilliyin bərpa olunması həm də Azərbaycan milli mətbuatının qarşısında yeni üfüqlər açdı, onun öz tarixi köklərinə, prinsiplərinə qayıtması üçün şərait yarandı. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması və Azərabaycanda başlanan demokratik islahatlar və bunun tərkib hissəsi kimi söz və mətbuat azadlığının təmin olunması istiqamətində atılan addımlar Azərbaycan milli mətbuatının yeni inkişaf mərhələsinə yüksəlməsini təmin etdi”.

PA rəsmisi vurğulayıb ki, dövlətin media siyasəti mətbu nəşrlərin, o cümlədən ümumilli lider Heydər Əliyevin tövsiyyəsi ilə 1999-cu ildə fəaliyyəti bərpa olunmuş “Kaspi” qəzetinin inkişafına çox əlverişli şərait yaratmışdı:

““Kaspi” adi bir qəzet kimi yox, tarixi keçmişi olan, 135 illik Azərbaycan mətbuat tarixini çiynində daşıyan mətbuat orqanıdır. Elə buna görədir ki, fəaliyyətinin bərpa edilməsinin ilk günündən “Kaspi” qəzeti cəmiyyətdə milli təəssübkeşliyin nümunəsini təqdim etməyi, onun informasiya ehtiyacını ödəmək missiyasını milli maraqlarla uzlaşdırmağı bacarmışdı. “Kaspi” qəzeti ölkənin aparıcı media orqanları arasında layiqli yer tutub və ictimaiyyətdə böyük nüfuz qazanıb”.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, “Kaspi” qəzeti xalqımızın ictimai-siyasi həyatında mühüm rol oynayan nəşrlərdən biridir:

““Kaspi” qəzeti öz ətrafında o dövrün ziyalılarını birləşdirdi, həmin vaxt xalqın problemlərini gündəmə gətirdi. Bu gün də “Kaspi” qəzeti cəmiyyətimizin informasiya təminatında mühüm rol oynayr”.

Daha sonra “Kaspi” qəzetinə Mətbuat Şurasının diplomu təqdim edilib və tədbir bədii hissə ilə davam etdirilib.

//Trend

 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM