Strategiya.az xəbər verir ki, dünəndən bəri sosial şəbəkələrdə ünvanına xoş sözlər deyilmədiyindən xəbərdar olan deputat Hüseynbala Mirələmov Modern.az saytına açıqlamasında məsələyə daha ətraflı aydınlıq gətirib.
“Əvvəla, kiminsə məni təhqir etməyə ixtiyarı yoxdur. İkincisi də, dediklərimin hamısı konteksdən çıxarılıb. Müsahibə verəndə zarafatla dedim ki, “indiki dövrdə xanımlarımızın çoxu fiqura saxlamaq üçün heç nə yemir-içmir”. Özü də bir neçə dəfə dedim ki, “bu, zarafatdır”. Təəssüf ki, dediklərimin hamısını montaj edərək, ancaq çılpaq yerlərini saxlayıblar. Buna görə də xalqda mənim haqqımda mənfi rəy yaranıb.
Jurnalistlə səmimi şəkildə söhbət etdik, zarafatlaşdıq. Bu millətin bəzi üzvləri sanki bir-birinə qənim kəsilib. Belələri sanki 1937-ci ildə bir-birinin qanını içən adamların nəvə-nəticələridir. Belə olmaz axı!
Böyük Vətən Müharibəsində ata-babalarımız nə qədər əziyyət çəkiblər. Çətinlik görüblər. Ac-susuz qalıblar, amma vətənə kömək ediblər. Əgər vətənimiz çətin durumdadırsa, onun yolunda canımızı da verməliyik. Hər bir azərbaycanlı belə düşünməlidir”.
Hüseynbala Mirələmov, qalmaqala səbəb olan müsahibəsi zamanı toxunduğu məqamları xüsusi qeyd edib. “Müsahibədə Azərbaycanın stabil vəziyyətini xüsusi qeyd etmişəm. Bu gün Suriyada, İraqda yaşayan insanların vəziyyəti çox acınacaqlıdır. Nə yaxşı ki, dövlətimiz belə deyil. Azərbaycanın stabilliyi bizim üçün xəzinədir. Bizə qismət olub ki, sülh şəraitində yaşayırıq. Ölkələr var ki, milyonları, sərvətləri, neftləri var, amma rahat nəfəs ala bilmirlər. Qırılırlar... Müsahibədə bunların hamısını demişəm. Amma heç biri verilməyib. Müsahibə verən zaman yanımda bir oğlan vardı. Zarafatla dedim ki, “az yeyək, ayağımızı yorğanımıza görə uzadaq”.
Biz də insanıq da... Nə olar ki, zarafat edəndə... Gərək bir-birimizə düşmən olaq?! Adam var 1000 manat gəlir qazanır. Xərcləyir. Adam da var 200-300 manat əmək haqqı alır. Bu mənada demişəm ki, hər kəs ayağını yorğanına görə uzatmalıdır. Ailə büdcəsinə uyğun hərəkət etməlidir. Bu fikirlərimdə qəbahətli nə var axı, oturub-durub məni təhqir edirlər?! Əgər 1000 manat qazanıramsa, onu elə xərcləməyə çalışıram ki, bu ay üçün ailəmi saxlaya bilim”.
Deputat bizneslə məşğul olduğu barədə deyilənlərə belə aydınlıq gətirib. “Hüseynbala Mirələmov millət vəkilidir. Hüseynbala Mirələmov yazıçıdır. Hüseynbala Mirələmov alimdir, professordur. Vəssalam! Mən biznesmen deyiləm. Dövlət Neft və Sənaye Universitetində kafedra müdiriyəm. Ola bilər ki, mənim ailəmin digər üzvləri bizneslə məşğul olur. Buna görə onların qarşısını ala bilmərəm. Aldığım məvacib mənə kifayət qədər bəs edir. Mənim yazıçılığım, elə mənim biznesimdir. Dünyanın 39 ölkəsinə kitablarım tərcümə olunub”.
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM