Tərtərdə səhər saatalrında yanğın faktı qeydə alınıb. Strategiya.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Səhləbad kəndində hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 500 m² olan birmərtəbəli 8 otaqdan ibarət olan məktəbin 50 m² olan otaqında 35 m² sahədə əşyalar yanıb. Digər otaqlar və yaxınlıqdakı uşaq bağçası yanğından mühafizə olunub.
Yanğın saat 07:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.