"Meyiti manqalda odunla qarışdırıb, yandırdım" - Neftçalda atasını öldürən oğlan

10:41 / 13.12.2016

Neftçalada atasını öldürən şəxs daha sonra taksi sürücüsünü də qətlə yetirib. Qətlin hansı səbəbdən törədilməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
 
Strategiya.az bildirir ki, Musavat.com-un əldə etdiyi məlumata görə, atasını öldürən şəxs taksi sürücüsünün hadisədən xəbərdar olduğunu bilib. Məlumata görə, mərhum taksi sürücüsü qatili şantaj edrək ondan pul tələb edib. Bundan sonra atasını öldürən şəxs taksi sürücüsünü də öldürməyə qərar verib.
 
21 yaşında ata qatili...
 
Qətli törədən 1992-ci il təvəllüdlü Emil Heybətov artıq həbs edilib. Ancaq Emil Heybətov ilk olaraq atasının qətlində təqsirli bilinir. Belə ki, o, anası Tükəzban Heybətova və bacısı ilə birgə 2013-cü ildə atasını qətlə yetiriblər.
 
Ailə münaqişəsi zəminində 1961-ci il təvəllüdlü Aydın Heybətovu qətlə yetirdikdən sonra meyiti yandıraraq külünü Kür çayına atıblar.
 
Ana, oğul və qızın birgə cinayəti...
 
İstintaq araşdırması zamanı Aydın Heybətovun ailə üzvləri tərəfindən hansı səbəbə görə öldürülməsi üzə çıxıb. Məlum olub ki, Aydın Heybətovu oğlu Emil güllələyərək öldürüb. O, atasına ov tüfəngindən iki dəfə atəş açaraq qətlə yetirib, sonra anası Tükəzban və bacısı ilə birgə meyiti həyətdə yandırıb. Onlar yanmış meyitin qalıqlarını kisələrə yığaraq evlərinin yaxınlığından keçən Kür çayına atıblar.
 
Qətlə yetirilən Aydın Heybətovun qızı nişanlı imiş. Həmin ərəfədə ailənin yaxın qohumlarından biri vəfat etdiyi üçün Aydın Heybətov toyun təxirə salınmasını istəyib. Lakin oğlan tərəfi, eləcə də ailə üzvləri Aydın Heybətovun bu təklifi ilə razılaşmayıb. Bu səbəbdən ailədə münasibətlər kəskinləşib və tez bir zamanda toy edib qızı köçürmək istəyən qadın əri ilə dalaşıb. Ata ilə ananın münaqişəsinə ailənin kiçik oğlu Emil də qoşulub. 
 
O, tüfənglə atasını güllələyərək qətlə yetirib. Daha sonra Emil anası və bacısı ilə birgə izi itirməyə çalışıb. Aydın Heybətovun qətlindən sonra ailə üzvləri qohum-qonşuya onun Mahaçqalaya işləməyə getdiyini deyiblər. Onlar qətl hadisəsindən bir neçə gün sonra toyun dəvətnamələrini də paylayıblar, sonra da toy ediblər.
 
Taksi sürücüsünün qətli...
 
Məlumata görə, 21 yaşında əlini ata qanına bulayan Emil, cəsədin qalıqlarını Kürə atan zaman Neftçalada taksi sürücüsü işləyən Kamal Rüstəmov hadisəyə şahidlik edib. İlkin ehtimal da budur ki, bu şahidlik taksi sürücüsünün ölümünə səbəb olub.
 
Ailəyə yaxın şəxslərin verdiyi məlumata görə, taksi sürücüsü Kamal Rüstəmov atasını qətlə yetirən Emili şantaj edərək ondan bir neçə dəfə pul tələb edib. Şantajlar və pul tələbindən bezən Emil taksi sürücüsünü də qətlə yetirmək qərarına gəlib.
 
Beləliklə Emil 2014-cü ilin fevralında növbəti qətli törədib.
 
Xatırladaq ki, 2014-cü ildə rayonun Yuxarı Qaramanlı kənd sakini Kamal Rüstəmovun maşının yandırılması, özünün isə, itkin düşməsi ilə bağlı məlumat yayılmışdı.
 
Bir neçə gün əvvəl isə Kamal Rüstəmovun da Emil Heybətov tərəfindən qətlə yetirilməsi üzə çıxıb. Məlum olub ki, Emil atasının qətlindən bir neçə ay sonra taksi sürücüsünü də öldürüb və onun cəsədini Bakıya gətirib. Mərhumun maşınını da yandırıb.
 
Meyiti isə Sabunçu rayonu ərazisində, Balaxanı küçəsində kirayədə yaşadıqları evin həyətində basıdırıb. Bu, ilkin məlumat idi. Ancaq sonradan məlum olub ki, Emil meyiti həyətdə basdırmayıb. O, taksi sürücsünün də cəsədini eyni ilə atasının cəsədi kimi yandırıb. Polis əməkdaşları Emilin kirayədə yaşadığı evə baş çəkiblər və cəsədin axtarışına başlayıblar.
 
Musavat.com-un əməkdaşı da cəsədin gətirildiyi evdə olub. Məlumata görə, polis əməkdaşlarında olan ilk məlumat cəsədin basıdrılması ilə bağlı olub. Lakin hadisə yerinə baxış zamanı qətli törədən Emil baş verən dəhşətli qətlin təfərrüatlarını danışıb.
 
Emil taksi sürücüsünün cəsədini manqalda oduna qarışdıraraq yandırdığını və külün bir hissəsini evin həyətinə, bir hissəsini də küçəyə tökdüyünü etiraf edib.
 
“Cəsədi maşınla bu evə gətirdim. Həyətdə manqalda hissə-hissə yandırdım. Külünü də ayrı-ayrı yerlərə tökdüm”- deyə Emil dəhşətli qətli etiraf edərkən deyib.
 
O da məlum olub ki, Emil bu ünvanda tək yox, 3 nəfərlə birlikdə yaşayıb. Onlar Bakıda tikintidə və bazarda fəhlə işləyirmişlər.
 
Mənzil sahibinin sözlərinə görə, Emil və hadisəni törətdiyi deyilən digər şəxslər 2014-cü ildə onun evində kirayədə yaşayıblar. Sadəcə 23 gün kirayəşin qaldıqları evi sonradan tərk edən Emil və dostları evin pulunu belə ödəməyiblər. Hazırda evdə başqa bir ailə yaşayır.
Hadisə şahidlərinin verdiyi məlumata görə, evin həyətindən cəsədin külünün töküldüyü yer qazılsa da, polis əməkdaşları sadəcə kiçik sümük parçasından başqa heç nə tapa bilməyiblər. Həmin sümük parçasının mərhuma aid olduğu ehtimal edilir. 
 
Atasının, daha sonra isə taksi sürücüsünün qatili olan Emilin yanında olan şəxslərin isə hansısa səbəbdən saxlanılmasına gəlincə, ilkin məlumat həmin şəxslərin də hadisədən xəbərdar olmalarıdır. Həm də Neftçalada taksi sürücüsünü sonuncu görən, evindən çağıran şəxslərin məhz bu üç nəfər olması da ehtimal edilir. Mərhum taksi sürücüsünün bu üç şəxslə görüşə getdikdən sonra itkin düşməsi haqda məlumat yayılmışdı...

Strategiya.az

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM