Arif Quliyev: "Əgər biz həmin bayraq altında hərəkət etsək, diasporamız da birləşər və bütün işlərimiz də uğurla həyata keçirilər"
"Bununla da azərbaycanlılar yaşadıqları ölkələrdə bütün nailiyyətləri əldə edə bilərlər"
Tarixən Azərbaycan diasporunun ən güclü olduğu ölkələrdən biri də Ukrayna olub. Ancaq təssüflər olsun ki, zaman-zaman Ukraynadakı Azərbaycan diaspor təşkilatları arasında meydana gələn ziddiyyətlər, fikir ayrılığı bu ölkədəki diasporumuzu artıq zəiflədib. Amma bütün bunlara baxmayaraq diasporumuzun yekdil, birgə olması istiqamətində işlər aparılır. Bəs görəsən, bu kimi cəhdlər, təşəbbüslər nə dərəcədə müsbət nəticə verə bilər? Bu və ya digər suallarla Ukrayna Milli Aviasiya Universitetinin professoru, hüquq elmləri doktoru, Ukraynanın əməkdar təhsil işçisi, Ukrayna Elmlər Akademiyasının akademiki Arif Quliyevlə söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Arif Quliyev Ukraynada yaşayan azərbaycanlıların elm sahəsində əldə etdiyi nailiyyətlərdən də söz açıb.
-Arif müəllim, təxminən neçə ildir Ukraynada yaşayırsınız və bu ölkədəki əsas fəaliyyətiniz nədən ibarətdir?
-1998-ci ildən Ukraynada yaşayıram. Əvvəlcə Ukraynadakı Prezident yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almışam. Təhsil aldığım müddətdə həmin akademiyada aspiranturada oxumuşam və dövlət idarəçilik elmləri namizədi üzrə müdafiə etmişəm. Eyni zamanda Azərbaycanın Ukraynadakı səfirliyində işləmişəm. Elmi fəaliyyətim beynəlxalq hüquq, Konstitusiya məsələlərinə həsr olunub. Doktorluq müdafiəsi üzrə mövzum da Azərbaycanın qarşılaşdığı terrorizm problemi ilə bağlıdır. Bu mövzu ilə bağlı müdafiə işimi götürəndə elmi rəhbərim Azərbaycanın başına gətirilən müsibətlər, terror aktlarını qəbul etmirdi, ona inanmırdı. O zaman yaxın dostlarımın köməyi ilə həmin elmi rəhbərimlə birgə Bakıya gəldik. Burada Şəhidlər Xiyabanını ziyarət etdik, Milli Məclisdə olduq. O zaman vitse-spiker olan Arif Rəhimzadə ilə görüşdük və qanunverici orqanın bu sahədə həyata keçirdiyi tədbirlərdən danışdı. Daha sonra Prezident Administrasiyası, Milli Aviasiya Akademiyasında, MTN-nin Akademiyası və Polis Akademiyasında görüşlər keçirdik. Məlumat üçün qeyd edim ki, həmin şəxs Ukraynanın təhlükəsizlik orqanının generalı idi və ona görə də bu cür görüşlər keçirib bəzi dəqiqləşmələr aparılmasını zəruri sayırdı. Biz Bakıdan Ukraynaya qayıtdıqdan sonra mənə müdafiə işimi götürməkdə, onu hazırlamaqda xeyir-dua verdi. Həmçinin bir vətənpərvər kimi qeyd edilən mövzuya üstünlük verməmi təqdir etdi. Elmi Şuranın iclasında belə həmin şəxs bunları etiraf etdi. Beləliklə, 2012-ci ildə Ukrayna Ali Radasının Qanunçuluq İnstitutunda elmi işimi müdafiə edərək hüquq elmləri doktoru dərəcəsi aldım.
-Adətən erməni yalanlarını ifşa edən şəxslərə qarşı erməni diasporunun basqıları, təhdidləri olur. Siz də Ukraynadakı erməni diasporu tərəfindən hansısa təzyiqlə üzləşdinizmi?
-Təbii. Mənim yazdığım yazılar, məqalələr ermənilər arasında ciddi təşviş yaradır. Onlar da öz ənənələrinə uyğun olaraq həmin yazıların altına təhqiredici, həmçinin təhdid xarakteri daşıyan rəylər yazırlar. Bir məqamı da qeyd edim ki, hətta səfirlikdə işləyən zaman və sonra da mənim iş yoldaşlarım evə dönərkən ehtiyatlı olmağı tövsiyyə edirdilər. Ermənilərlə bağlı digər bir faktı da qeyd etmək yerinə düşər. Belə ki, doktorluq müdafiə edəndə Elmi Şuranın üzvü olan bir erməni xanım yerindən qalxaraq gəlib məni təbrik etdi. Və bildirdi ki, hadisələrin bu cür davam etməsindən xəbərdar olmayıb. Ancaq onu da qeyd edim ki, Ukraynada hansısa mətbu orqana yazı, məqalə təqdim edərkən xristian təssübkeşliyindən irəli gələrək onun çapına maneçilik törədilməyə çalışılıb. Hətta bildirilib ki, nə qədər istəyirsən hörmət edək, ancaq məqalə olduğu kimi dərc edilməsin. Təbii ki, mən bu cür fikirlərlə heç vaxt razılaşmamışam.
-Bəs sadə ukraynalıların bizə olan münasibəti necədir?
-Çox əla. Məlumat üçün qeyd edim ki, Ukraynada 3 nəfər Azərbaycanın milli qəhrəmanı var. Onlar Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində gedən döyüşlərdə həlak olublar. Mən Ukraynadakı Azərbaycan səfirliyində işləyən zaman həmin şəxslərin müvafiq sənədlərini hazırlayıb Bakıya göndərdim. Nəticə etibarilə həmin şəxslərin ailələri Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin təqaüdünü alırlar. Bundan başqa daha bir nəfər, Alek Babak 1991-ci il, aprel ayının 7-də Qarabağda gedən döyüşlərdə, Qubadlı rayonunda xristianlığın kölgəsində işğalçılıq fəaliyyəti ilə məşğul olan ermənilər tərəfində vəhşicəsinə öldürülüb. Məlum olduğu kimi aprelin 7-si xristianlar üçün ən müqəddəs gün - Pasxa günüdür. Alek Babak ölümündən sonra DİN işçisi kimi SSRİ-nin axırıncı, Böyük Vətən müharibəsindən sonra münaqişələrlə əlaqədar daxili işlər orqanı işçisi kimi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycanın Ukraynadakı diaspor nümayəndələri Sərxoş İsmayılov və Eldar Tağıyev həmin ailəni himayayə götürüb. Keçən il A.Babakın yaşadığı şəhərə gedərək, onun qəbrini ziyarət etdik. Həmçinin bizim təşəbbüsümüzlə onun oxuduğu məktəbə şəhidin adı verilib. Alek Babak barədə hətta film də çəkilib. Bu yaxınlarda isə Xarkovda Ruslan Poltarakın qəbrini ziyarət edib, onun ailəsi ilə görüşdük.
-Siz həm də bir diaspor nümayəndəsi hesab olunursunuz. Bu gün Ukraynada Azərbaycan diasporunun vəziyyəti hansı səviyyədədir?
-İlk vaxtlarda diasporamızda bəzi yekdillik vardı. İndi isə belə demək mümkün deyil. Bu gün Ukraynada əsasən iki diaspir təşkilatı fəaldır. Onların hər ikisinə
bildirirəm ki, birləşib yekdil olmalısınız. Əgər yekdil olmasanız, heç bir ciddi uğur əldə edilməyəcək. Onların hər ikisi mənə böyük hörmət bəsləyir və keçirdikləri tədbirlərə dəvət edirlər. Hətta mən Diasporla İş üzrə Dövlət Komitəsində olarkən komitə rəsmilərinə bununla bağlı fikirlərimi bildirmişəm. Qeyd etmişəm ki, Ukraynada diasporamız o zaman güclü olacaq ki, hamı bir adamı diaspor rəhbəri olaraq tanıyacaq. Yəni kim özünü diaspor fəalı hesab edirsə, onların hamısını bir yerə yığıb gizli səsvermə keçirək. Nəticədə səsvermə yolu ilə seçilən şəxsi hər kəs diaspor rəhbəri kimi tanısın. Həmçinin Ukrayna dövlətinə məlumat verək ki, bizim diaspor rəhbəri kimdir. Çox təəssüf ki, buna nail ola bilmirik. Ayrı-ayrılıqda hər ikisi yaxşı, dəyərli oğlandı. Ancaq ortaq fikrə gələ bilmirlər. Dünya Azərbaycanlılarının IV Qurultayında mənimlə yanaşı onlara da Prezident tərəfindən "Tərəqqi" medalı verildi. O zaman mən hər ikisinə bildirdim ki, bu medal sizin üçün dövlət tərəfindən verilmiş bir avansdır. İndi çalışırlar, özlərini döğrultsalar yaxşı olar. Əgər birgə çalışıb yekdil şəkildə bu işi görsələr, bu bizim milli maraqlarımıza xeyirdir. Sapı özümüzdən olan baltalar olmasa azərbaycanlılar Ukraynada heç bir əziyyət, çətinlik çəkməz. Çünki Ukraynada azərbaycanlılara çox böyük hörmət bəsləyirlər. Mən Prezident yanında Dövlət İdarəçilik Akdemiyasında təhsil alanda professorlardan biri mənə dedi ki, Azərbaycan geri qalmış bir ölkədir, orada demokratiya yoxdur və s. Cavabında ona bildirdim ki, Azərbaycanda olmusunuz? Bildirdi ki, yox. Dərhal ikinci bir sual etdim ki, o zaman bu informasiya sizdə hardandır? Həmin professoru məlumatlandırmaq, onda obyektiv fikir formalaşdırmaq üçün ona bir məqalə təqdim etdim. Həmin məqalə Millət Atası - ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışına nail olmaq üçün xalqın ona müraciət etməsi, Heydər Əliyevin həmin müraciəti dəyərləndirərək Bakıya gəlib Azərbaycanı düşmüş olduğu böhranlı vəziyyətdən çıxarması ilə bağlı idi. Mənim təqdim etdiyim material professorun rəhbərlik etdiyi "Politika və kultura" jurnalında 2000-ci ildə dərc edildi. Bir həftə sonra professor yenidən mənimlə görüşdü və bildirdi ki, həmin məqalə onu milli ruhda tərbiyə edib. Bununla da həmin şəxsin Azərbaycana olan münasibəti dəyişdi. Məlumat üçün onu da qeyd edim ki, Ukraynada "Ukrayna Azərbaycanlıları Alimlər Şurası" adlı təşkilat təsis edib, onu qeydiyyatdan keçirmişik. Həmin təşkilat barədə fikirlərini bildirən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə dedi ki, belə bir təşkilatın yaradılması müsbət bir addımdır. Həm də bu azərbaycanlıların yalnız bazar adamı olması fikrini təkzib etmək baxımından da çox dəyərlidir.
-Dünya Azərbaycanlılarının IV Qurultayında Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı diaspor qarşısında bir sıra mühüm vəzifələr qoydu. Ötən müddət ərzində dövlət başçısının tapşırıq və tövsiyyələri əsasında müsbətə doğru dəyişikliklər baş verib?
-Azərbaycan Prezidentinin bütün fikirləri, tövsiyyələri bizim üçün proqram xarakterli əhəmiyyət kəsb edir. Amma açıq, səmimi şəkildə deyirəm ki, həmin proqram tam gücü ilə icra olunmur. Bəzən bildirirlər ki, diaspor təşkilatları çox olsa rəqabət də çox olar. Amma, mən başa düşə bilmirəm ki, milli dəyərlərdə hansı rəqabət olmalıdır. Milli dəyər yekdildir. Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq ideologiyası bizim üçün bayraqdır. Əgər biz həmin bayraq altında hərəkət etsək, irəliyə getsək, o halda diasporamız da birləşər və bütün işlərimiz də uğurla həyata keçirilər. Bununla da azərbaycanlılar yaşadıqları ölkələrdə bütün nailiyyətləri əldə edə bilərlər. Ümid edirəm ki, diaspor təşkilatlarımız nəhayət bunu dərk edəcək və öz fəalkiyyətlərinə yenidən nəzər yetirərək birlik, bərabərliyə nail olmaq istiqamətində lazımı addımlar atacaqlar. Çünki bu bizim ümumi işimizin xeyrinə olan bir məsələdir. Həmçinin Qurultaya hazırladığım məqalədə də yazmışam və hesab edirəm ki, Heydər Əliyev Fondunun bu proseslərə qoşulması diasporamızı yekdilləşdirə bilər. Bir məqama da diqqət çəkim ki, Ukraynanın paytaxtı Kiyevdəki 5 məktəbdə Azərbaycan dili məktəbləri açmışıq və mənin həyat yoldaşım Səfayə Naibovanın rəhbərliyi ilə orada Azərbaycan dili və mədəniyyəti haqqında dərslər keçilir. Bu öz-özlüyündə Ukraynada yaşayan azərbaycanlıların övladlarının öz dilini, adət-ənənənlərini, milli dəyərlərimizi öyrənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Əgər onlar uşaq vaxtından bütün bunları öyrənməsələr, o halda bir müddət sonra onlar tamamilə Azərbaycanı unudacaqlar. Bütün bu məsələlər hesab edirəm ki, bizim diasporamızın da ümumi işinə müsbət təsir göstərəcək.
Süleyman İsmayılbəyli
Strategiya.az
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM