"Bakı kəndləri məni Alimin əvəzinə toya aparırdılar"
"4 dəfə əməliyyat olunmuşam"
Strategiya.az bildirir ki, ARB TV-nin "Gəlin Danışaq" verilişinin budəfəki qonağı xalq artisti, tanınmış muğam ifaçısı Zabit Nəbizadə olub.
Xanəndə gənc vaxtlarında səsinin xalq artisti Alim Qasımovun səsinə çox bənzədiyini bildirib, ilk dəfə Alim Qasımovun onu dinləməsiylə bağlı maraqlı əhvalat danışıb:
"Alim müəllim məni ilk dəfə 1990 - cı ildə flarmoniyada Şamaxı aşıqları və xanəndələrinin konsertində dinləmişdi. Gəlib mənə dedilər ki, Alim Qasımov zaldadır. Mən heç nə söyləmədim. Sonra daha bir yoldaş gəlib dedi ki, Alim müəllim zaldadır. Sən də onun kimi oxuyursan. Dedim ki, o, oxumur ki, qulaq asır. 3-cü yoldaş gəlib söyləyəndə ki, onun cahargahını oxuyacaqsan əsəbləşdim ki, olsun da burda. Mən elə oxuyaram, o, mənim arxamca adam göndərər ki, bu kimdir. Mənim içimdə bu var idi. Ustad orda oturub mən həyəcanlanım ya o, məni tanımaya-tanımaya eşitsin ki, mən onun kimi oxuyuram kimi şeylər ağlıma gətirmirdim. Oxuyub səhnədən çıxanda bir yoldaş gəlib dedi ki, qadanı alım sən haralısan? Dedim ki, şamaxılı. Gülərək söylədi ki, biz də şamaxılıyıq, hansı kəndindənsən? Cavab verdim ki, Şıxsəli kəndindən. Sonra dedi ki, Alim müəllim səni çağırır. Alim Qasımovun yanında oturanda soruşdu ki, hardan öyrənmisən bu mahnını? Dedim ki, kasetdən. Bir iradı oldu ki, sözlərini səhv deyirsən. Söylədim ki, inşallah tələbəniz olaram düzəldərik. Amma dərs prosesində heç vaxt mənə demədi ki, buranı belə oxu, oranı elə. Mənə deyirdi ki, maşallah sən hər şeyi bilirsən".
Zabit Nəbizadə hələ tələbəlik vaxtında olarkən toylara çağrıldığını və burada səsinin Alim Qasımovun səsinə bənzəməsinin böyük rol oynadığını bildirib:
"Birinci kursda Bakı kəndlərindən ən çox muğamı bilən Nardaran kəndinə mən toylara getdim. Hacıbaba müəllim mənə dedi ki, oğlum, əgər 1 -ci kurs tələbəsi olaraq, mənimlə birlikdə camaat səni Nardarana toya aparırsa, sən tələbə deyilsən, sən elə xanəndəsən. Məni tələbə kimi aparmırdılar, xanəndə kimi aparırdılar. Bunun da səbəbini belə eşitmişdim ki, o vaxtlar Alim müəllim toylara getmədiyi üçün Bakı kəndləri məni Alimin əvəzinə aparırdılar".
Xalq Artisti keçirdiyi yüngül xəstəliyindən və 4 dəfə əməliyyat olunmasından danışıb:
"Əslində böyük bir problem yox idi. Sadəcə olaraq diaqnoz qoya bilmirdilər. Sağalandan sonra bildim ki, boş yerə 8-9 ay xəstəxana da qalıb, heç nədən 4 dəfə əməliyyat olunmuşam. İndi çox dəb halına düşmüş bel yırtığı var idi yəni qrija problemi çıxdı. Tapa bilmirdilər ki, nədi. Sovetlər dönəmində 4ay yatan kimi pensiyaya çıxarırdılar. Komissiyanın sədri atama dedi ki, cavan oğlandır heçnəyi də yoxdur. Buzovna qəsəbəsində Nisəxanım adlı bir həkim məsləhət gördü. Həmin həkim tapdı ki, dərdim nədir. 6 ay müalicə elədi".
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM