“Gənc vətənpərvərlər” adlı konfrans keçirilib

14:00 / 14.12.2016

Dekabrın 9-u Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının Prezidenti Sevil Yusifovanın və Anadolu Universiteti Azərbaycan Proqramlarının birgə təşkilatçılığı ilə, “Milli Mənəvi Dəyərlər və Vətənpərvərlik Hisslərinin Gənclər Arasında Təbliği” layihəsi çərçivəsində “Gənc vətənpərvərlər” adlı konfrans keçirilmişdir. Tədbirdə, Anadolu Universiteti Azərbaycan Proqramlarının Kooordinatoru Azər Hətəmov, Azərbaycan Milli Elmlər Akademiyasının Filologiya üzrə fəlsəfə doktoru, Dosent Esmira Fuad, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının Prezidenti, İctimai Televiziyanın Yayım Şurasının üzvü Sevil Yusifova və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının Vitse-Prezidenti Şəhla Bayat iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Koordinator Azər Hətəmov, qonaqları və tələbələri salamlayaraq, tədbirin əhəmiyyətindən, bunun Azərbaycan gəncləri üçün nə qədər önəmli olmasından bəhs edərək, son zamanlar ölkəmizdə bu istiqamətdə çox böyük işlərin görüldüyünü qeyd etdi. Həmçinin Koordinator Azər Hətəmov vurğulamışdır ki, “Qarabağ kimi problemimizin olması və yeni müstəqillik qazanmış bir ölkə olaraq, vətənpərvərlik, həmçinin hərbi vətənpərvərlik mövzusunun aktuallığı bizlər üçün hər zaman böyük əhəmiyyət kəsb edir və buna görə də gənclərimizi milli ruhda, vətənpərvər yetişdirməliyik ki, gələcəkdə Azərbaycan üçün öz töhfələrini verə bilməklə yanaşı layiqli vətəndaş olsunlar.” Daha sonra Koordinator Azər Hətəmov, Layihənin rəhbəri, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının Prezidenti, İctimai Televiziyanın Yayım Şurasının üzvü Sevil Yusifovanı gənclərə təqdim edərək onun 2010-cu ildə Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edildiyini, daha sonra Azərbaycan və Gürcüstan QHT-ləritərəfindən də mükafatlandırıldığını qeyd edərək sözü Sevil xanıma vermişdir.

Sevil Yusifova öz nitqində: “Bugün burada sizlərlə görüşümüzü təşkil edən, Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmova, layihəmizin həyata keçməsində, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkür edirəm. Əziz Anadolu Universitetinin tələbələri. Sizlər hansı ixtisasın sahibi olursunuz olun, ən vacibi öz dilinizi, Azərbaycan dilini yaxşı bilərək qoruyub saxlamalısınız. Bu cəmiyyətdə sizlərin bir fərd kimi, şəxs kimi, savadlı bir insan imicinizi yaradacaq. Milii mənəvi dəyərlər hər bir vətəndaşın cəmiyyətdə formlaşmasına və inkişafına təkan verən dəyərlərdir. Qloballaşan dünyada , hər bir kiçik dövlət öz milli mənəvi dəyərlərinə sahib çıxacaqsa, bu qloballaşmanın içində əriyib getməyəcək. Siz gənclər bugün hər biriniz bizim Türkiyədəki diaspora gücümüzsünüz, Azərbaycanı hər kəs öz şəxsində necə təqdim edirsə, təkcə millətini deyil, o həmçinin ailəsini və özünü təqdim etmiş olur. Bizlər öz milli dəyərlərimizin fərqinə başqa xalqların yanında olanda vara bilirik və nə qədər milli mənəvi dəyərləri zəngin bir millət olduğumuzu bir daha anlayırıq.”

Daha sonra söz Azərbaycan Milli Elmlər Akademiyasının Filologiya üzrə fəlsəfə doktoru, Dosent Esmira Fuada verilmişdir. Esmira Fuad öz çıxışında: “Siz tələbələrin keyfiyyətli insan kimi formalaşması, Anadolu Universiteti və bütün təhsil müəssisələrinin əsas hədəf nöqtəsidir. Sizlərin digər tələbələrdən bir üstünlüyünüz və fərqiniz vardır ki, siz Türkiyənin Anadolu Dövlət Universitetində distant formada təhsil almaqla, universitetiniz ilə məsafədən əlaqəyə girərək fərqli və müasir təhsil almaqdasınız. İnsanı insan edən onun milli dəyərlərə sahiblik duyğusunun hansı səviyyədə olmasıdır. Bir insanın maddi zənginliklərinin miqdarının çoxluğundan asılı olmayaraq, əgər o insanın ayağı vətən torpağına dəymirsə, o sadəcə canlı bir varlıqdır. Əgər bizim torpağımız , himnimiz, gerbimiz, bayrağımız yoxdursa biz kimə gərəyikki? Təhsil aldığınız qardaş Türkiyədə 29 Oktyabr Cümhuriyyət günü münasibətilə, bütün eyvanlarda bayraqlar asılmışdı, sanki binalarda lalələr açılmışdır, bu çox qürurverici bir hissdir. Bizlər də bayrağımızı evlərimizdən, eyvanlarımızdan sevgi və istəklə asmalıyıq. Cənubi Azərbaycan şairi Əli Daşqının bayrağımıza həsr etdiyi “Mən səni öylə sevdim ki” şeirini səsləndirən Esmira Fuad, şeirdəki “Mavi gözlü, yaşıl telli, al çiçəkli köynəyini” misrasında, şairin milli atributlarımızı vəsf etdiyini bildirdi”

Sonra söz Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının vitse-prezidenti, Azərbaycan Times İnformasiya Agentliyinin rəhbəri Şəhla Bayata verilmişdir. Şəhla Bayat öz çıxışında: “Vətənpərvərlik ancaq hərbiçilərdə olmalı deyil, bizim hər birimizdə olmalıdır. Vətənpərlik ən birinci vicdandan başlayır, vicdansız adam vətənini sevə bilməz.” Daha sonra tələbələrlə intellektual oyunlar apararaq, milli atributlarımızın mənalarından danışan Şəhla Bayat, tələbələri vətəni, milləti üçün könüllü olaraq xidmət göstərməyə dəvət etmişdir.”

Tədbirdən sonra Anadolu Universiteti Azərbaycan Proqramlarının Koordinatoru Azər Hətəmov qonaqları qəbul edərək, tədbirin mövzusunun müzakirəsini dəyirmi masada davam etdirmişlər, layihənin rəhbəri Sevil Yusifova, Anadolu Universiteti Azərbaycan Proqramları ilə əməkdaşlıqdan hər zaman məmnun olduğunu bildirərək, gənclərimizdə vətənpərvərlik ruhunun inkişafına yönələn əməkdaşlığa görə də, Koordinator Azər Hətəmova öz dərin minnətdarlığını bildirmişdir. Eyni zamanda Koordinator Azər Hətəmov da, bu istiqamətdə gördüyü işlərə, belə layihələri həyata keçirdiyinə görə , Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının Prezidenti Sevil Yusifovaya öz təşəkkürünü bildirmişdir.

Strategiya.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM