Goranboyda oğru silahla yaxalanıb.
Strategiya.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 13-də Goran qəsəbəsi ərazisində rayon sakini Rasim Süleymanova məxsus mağazadan oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Hümbət Əhmədov tutulub.
Onun çantasına baxış zamanı "Makarov" markalı tapança, 15 ədəd patron və 2 ədəd silah lüləsi aşkar edilərək götürülüb.