Ermənistan tərəfinin addımları Avropa İnsan Haqları Konvensiyası ilə nəzərdə tutulan fundamental insan hüquqlarını pozur. Strategiya.az bildirir ki, bunu Trend-ə Moldova İctimai palatasının rəhbəri, siyasi xadim Aureliya Qriqoriu bir müddət əvvəl Ermənistan-Azərbaycan sülhməramlı platformasına qatılmış Lusine Nersisyanın həbsini şərh edərkən deyib.
A.Qriqoriunun sözlərinə görə, Ermənistan Avropa İnsan Haqları Konvensiyasının şəxsi toxunulmazlıq və ədalətli məhkəmə istintaqı barədə maddələri pozub:
“Bütün bu pozuntuları Ermənistan və Dağlıq Qarabağ separatçıları cəzasızlıq səbəbi ilə edirlər. Dünya ictimaiyyəti artıq insan haqlarını pozan və işğalçı olan bu ölkəyə qarşı təsiredici tədbirlər görməlidir”.