Heç kimə sirr deyil ki, ölkə başçısı İlham Əliyevin korrupsiya və rüşvətxorluqla mübarizədə geniş işlər görür. Sübut kimi, prezident dövlət tədbirləri və nazirlər ilə görüşlərdə bildirib ki, "korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə bundan sonra da ən ciddi şəkildə davam etdiriləcəkdir. Bu, böyük sosial bəladır, böyük yaradır. Korrupsiyanın, rüşvətxorluğun aradan qaldırılması üçün Azərbaycan dövləti əlindən gələni edir. Rüşvətxorluq üçün meydan daralır. Sistemdə xarakterli tədbirlər görülür, islahatlar aparılır. Eyni zamanda, inzibati metodlar, cəza tədbirləri də görülür və görüləcəkdir.”
Amma deyəsən, Sumqayıt şəhər 2 saylı Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru Əhmədov Nizami Hüseyn oğlunun başı məktəbdə uşaqlardan pul yığımına o qədər qarışıb ki, artıq o, prezidentin korrupsioner məmurların haqqında dediyi sərt sözləri qulaqardına vuraraq, "burda mənəm, Bağdadda isə kor xəlifə” deyir. Redaksiyamıza "Şikayətçi Valideyn” adlı bir anonim vətəndaşdan şikayət ərizəsi daxil oldu. Həmin şikayəti sizə olduğu kimi təqdim edirik:
SALAM. MƏN SİZƏ BİR VALİDEYN KİMİ SUMQAYIT ŞƏHƏR 2 SAYLI TƏBİƏT TƏMAYÜLLÜ GİMNAZİYADAN ŞİKAYƏT EDİRƏM. BU MƏKTƏBİN DİREKTORU NİZAMİ MÜƏLLİM HEÇ KİMƏ VƏ HEÇ NƏYƏ MƏHƏL QOYMAYARAQ AÇIQ -AYDIN PUL(RÜŞVƏT) YIĞIR. BİZ VALİDEYNLƏRDƏN RÜŞVƏTİ MƏCBURİ ALDIRIR, ƏVƏZİNDƏ İSƏ KAĞIZA YAZDIRIR Kİ, "YAZIN, ÖZÜM ÖZ XOŞUMLA BU PULU MƏKTƏBƏ VERİRƏM.” BUNDAN ƏLAVƏ, O MƏKTƏBƏ KÜLLÜ MİQDARDA DÖVLƏT TƏRƏFİNDƏN PUL AYRILSA DA VƏ EYNİ ZAMANDA YENİCƏ TAM TƏMİRDƏN ÇIXSA DA VALİDEYNLƏRƏ KOMPYUTER LƏVAZİMATLARI ALDIRILIR. HƏR ZAMAN SİZİN REDAKSİYANI BU CÜR PİS HALLARLA MÜBARİZƏ APARDIĞINI GÖRƏRƏK, SİZƏ BU ŞİKAYƏTİ ÜNVANLADIM. ANONİM YAZMAQDA MƏQSƏDİM ONDAN İBARƏTDİR Kİ, BİLSƏ HANSI VALİDEYNDİR, O ZAMAN UŞAĞI İNCİDƏCƏK. ÇOX XAHİŞ EDİRƏM BU MƏSƏLƏNİN ÜSTÜNƏ DÜŞÜN.
LiderXeber.com informasiya agentliyi olaraq, məsələnin nə dərəcədə düzgün olub-olmamasını araşdırmaq üçün adıçəkilən məktəbə yollandıq. Bizi qarşılayan direktor ilk olaraq bildirdi ki, sizə nə lazımdır?! Biz də, direktora şikayətlə əlaqədar məsələni araşdırmaq üçün gəldiyimizi bildirdik. Nizami müəllim bu sözləri eşitcək kobudcasına üstümüzə qışqıraraq bildirdi ki, "A kişi, get işinlə məşğul ol!” Cavab olaraq, Nizami müəllimə bildirsək ki, elə bizim işimiz bundan ibarətdir, bir daha əlini oturduğu masaya vuraraq, "durun bu məktəbi tərk edin və işinizlə məşğul olun.” Bildirdik də ki, Nizami müəllim, bura sizin şəxsi mülkünüz deyil ki, siz, bizi buradan məcburən uzaqlaşdırırsınız. O isə bizə bir daha kobudcasına dedi ki,” kişi get nə istəyirsən elə.” Məktəb direktoruna bildirdik ki, sizin bu davranışınızla əlaqədar Sumqayıt şəhər Təhsil Şöbəsinə müraciət edəcəyik. O isə elə öz mövqeyində qalaraq, bir daha hirsli-hirsli dedi ki, "get kimə istəyirsən şikayət elə.”
Biz də Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Vaqif Ələkbərovla telefon əlaqəsi saxladıq. Şöbə müdri də öz növbəsində bizə bildirdi ki, mən indi tədbirdəyəm, çıxım məsələni araşdıracağam. Məsələnin üstündən bir gün keçdikdən sonra, şikayətçidən bir xəbərdə gəldi ki, məktəb direktoru pul yığıdığı valideynləri yığaraq, deyib ki, "bir jurnalist gəlib mənə hədə-qorxu gəlirdi yola saldım. Siz pulları tez yığın verin.” Görünür, Nizami Əhmədovun pul sevgisi onun gözünü o qədər tutub ki, hətta, valideynlərə belə yalan deməkdən, jurnalistə böhtan atmaqdan belə çəkinmir.
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM