Olum ya Ölüm - Qarabağ üçün başqa çıxış yolu qalmadımı?

14:21 / 17.12.2016

Artıq bir neçə gündür ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda erməni və azərbaycanlı vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirən Platformanın əsası qoyuldu. İşğal faktının aradan qaldırılması, dinc və sülh şəraitində sərbəst yanaşı yaşama prinsiplərini konstatasiya edən platforma üzvləri əsasən Ermənistanın ölkədə mövcud olan hazırki rejimin əlində alətə çevrildiyini, Qafqazda sülhün və barışın təmin olunması üçün rejimin dəyişilməsinin vacibliyini önə çəkdilər. Bir müddət səssiz qalan Ermənistan hakim dairələri , Xankəndindən olan gənc şairənin və Ermənistan hərbi qüvvələrinin zabiti olmuş şəxsin də platformaya isti münasibətlərindən sonra məsələnin mahiyyətini dəyişmək üçün səylər başladılar. Bəzi erməni şərhçilər Platformanın əslində 04 Aprel döyüşlərindən sonra Azərbaycanın mövcud status kvo ilə barışması, məğlubiyyəti qəbul etməsi, digərləri platformaya qoşulanların psixi və düşüncə baxımından normal olmadıqlarını, başqa biriləri isə Sülh Platformasının Azərbaycan tərəfinin sülh imitasiyası kimi qələmə verməyə çalışır. Həqiqət budur ki, həm erməni, həm də azərbaycan ictimaiyyətinə Aprel döyüşlərindən sonra Azərbaycanın cənubi Qafqazda ən güclü və nizami orduya malik olması faktı əyani sübut olundu. Erməni hərbi dairələri döyüşlərdən sonra Azərbaycanın Talış və Lələ Təpə strateji yüksəkliyinin qoşunların təmas xəttində  baş verə biləcək hərəkətlənmənin izlənilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini ifadə etdilər. Heç kimə sirr olmadı ki, döyüşlər zamanı Azərbaycan ordusu daha irəli gedərək, Madagiz, Ağdərə, Cəbrayıl və Xocavənd istiqamətində daha uğurlu mövqeyləri geri qaytara bilmişdir. Lakin beynəlxalq birliyin təzyiqi ilə ərazilərdən geri çəkilən Azərbaycan tərəfi, məsələnin sülh yolu ilə həlli üçün ciddi zəmin yarandığı, Ermənistan tərəfinin danışıqlar masasında sülh prosesinin yenidən müzakirəsi və hətta uzağa gedərək sülh müqaviləsinin imzalanmasına hazır olmasına inandırılmışdır. Vyana və Kazanda keçirilən danışıqlarda isə Ermənistan tərəfi əvvəllər də razılaşdırılmış, Kui Vest, Madrid prinsiplərində olduğu kimi qəbul edilmiş son prinsipləri və mövcud status kvonun dəyişilməsi istiqamətində hərəkətsizlik nümayiş etdirməyə başladı. Azərbaycan tərəfi isə son döyüşlərdən sonra yekun prinsiplərin qəbul edilməsi və icrası şərti ilə işğal altındakı torpaqların güc yolu ilə geri qaytarmayacağına dair öhdəlik götürürdü. Ermənistanda sülh danışıqları vasitəsi ilə məsələnin çözülməsinə dair fikirlər səsləndiyi bir vaxtda, hər zaman olduğu kimi, daxili vəziyyət gərginləşdirildi və Sasna Sver adlı qrup DİN binasında bir xeyli insanı girov götürməklə hökumət qarşısında tələblə çıxış etməyə başladı. Ermənistan faktiki olaraq sülh danışıqlarında əldə olunmuş prinsiplərin yerinə yetirilməsi prosesindən kənarda saxlanıldı. Belə bir şəraitdə Azərbaycan prezidentinin Dağlıq Qarabağa Azərbaycan tərkibində ən yüksək Muxtar Respublika  statusunun verilməsinə razılıqla bağlı bəyanatlarına cavab özünü çox da gözlətmədi. Ermənistan prezidenti bir tərəfdən Dağlıq Qarabağa Muxtar Respublika statusunun mümkünlüyü, digər tərəfdən isə mübahisəli ərazinin Ermənistana birləşdirilməsi kimi xülyaları ilə son danışıqların prinsiplərinin pozulmasının əsasını qoymuş oldu. O, bəyanatında münaqişənin həll olunmasında erməni diasporunun rolunu qabartmaqla, danışıqlar prosesindən əldə olunan razılaşmaları yerinə yetirməməsini dolayısı ilə bununla izah etməyə çalışdı. Artıq proseslər geridə qalıb Ermənistan prezidentinin Dağlıq Qarabağa son səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüş zamanı “Dağlıq Qarabağı, əhalimizi ağır günlər gözləyi” ifadəsi də çıxılmaz durumda qalan hakimiyyətin ciddi təzyiqlərlə üzləşəcəyini əvvəlcədən bəyan etmiş oldu. Ermənistanın keçmiş XİN rəhbəri Vardan Oskanyan Serj Sarkisyanın bu ifadəsinin arxasında regionda yenidən müharibənin alovlana biləcəyi faktorunun dayandığını və bu baxımdan onun əhaliyə ayıq sayıq olmalarını xitab etməsini şərh edib. Ehtiyatda olan erməni hərbçilər birliyi keçmiş döyüşçülərin səfərbər olunmasına dair çağrışlar edir. Bir başqaları isə daha uzağa gedərək neft üzərində yatan Bakını terrorla hədələməyə başlayır. Rəsmi Bakı həm Vyana, həm də Kazan görüşlərində əldə olunan razılaşmanın prinsiplərinə hazır olduğunu ifadə etməklə yanaşı, Ermənistanın izolyasiya edilməsi və dairənin qapadılmasını uğurla başa çatdırmış oldu. BMT –nin İnsan Haqqları Şurasının Azərbaycanda erməni soyadı daşıyan azlığın hüquqlarına həssas yanaşılması, onların hüquqlarının qorunmasının, dini inanclara hörmət və dini icmaların qeydiyyatının asanlaşdırılmasının  vacibliyi ilə bağlı 21 Oktyabr və 02 Noyabr 2016 tarixli, Şuranın 3330 və 3333 saylı iclasının yekun müddəalarını özündə əks etdirən hesabat yeni yaranacaq status kvo üçün hüquqi zəmin hazırlayır. Digər tərəfdən 02 Noyabrda BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində “xalqların öz müqqədəratını həll etməsinə dair “ qətnamə ərazi bütövlüyünün qorunması, nəzarətsiz ərazilərdə yerləşən muzdlu qoşunların saxlanılması, maliyyələşdirilməsi, digər üzv dövlətlər tərəfindən dəstəklənməsi qadağan olunur və belə olduğu halda muzdlu hərbi birləşmələrin təsirinə məruz qalmış dövlətlərin qəti addımlar atmasını əsaslandıran qətnamə qəbul edilir. Beləliklə beynəlxalq münasibətlər sistemində tanınmamış ərazilərdə baş verən qanunsuzluqların qarşısının alınması, bu ərazilərin beynəlxalq hüququn prinsiplərinə tabe etdirilməsi üçün vacib sənədlər qəbul olundu. Bu həm də Asiya ilə Avropanı birləşdirəcək, TAP, TANAP və Trans Xəzər Qaz xəttinnin, Rusiya, İran və Azərbaycanın iştirakı ilə imzalanan transmilli layihələrin Şimal Cənub beynəlxalq dəmir yolu, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolunun, Ələt Beynəlxalq Dəniz Limanın gələcək inkişaf perspektivlərinin təhlükəsizliyin qorunması üçün vacib addımlardan idi. Artıq əsas region ölkələrinin də maraqlarının təmin olduğu regionda Azərbaycanın təşəbbüsü ilə yaradılan Sülh Platforması, sülh təşəbbüsləri üçün, münaqişənin həllində regionun maksimum itkilərlə çıxması üçün sonuncu şansdır. Ermənistan tərəfi bu təşəbbüsü Azərbaycanın hibrid müharibəsi kimi qələmə verməklə, prosesin erməni ictimaiyyəti arasında yayılmaması üçün ölkə daxilində həbs və müəyyən qadağalara üstünlük verməyə başlayıb. Artıq proses başlanmışdır, erməni xalqı uzun illər təcrid vəziyyətində qalmaq, dünya birliyinə işğalçı ölkə kimi tanınmaq, ya da sülhün, barışın, birgə yanaşı yaşamanın qiymətini dəyərləndiməlidir.  Onsuz da Azərbaycan tərəfi müharibə şəraitində fövqəladə vəziyyətin idarə olunması ilə yanaşı, yeni qəbul edilmiş konstitusiyada hərbi birlik və birləşmələrin idarə olunması istiqamətində hüquqi bazanı movcud status kvoya uyğunlaşdırmış, Rusiya ilə İsgəndər raketlərinin başqa dövlətə qarşı istifadə olunmaması istiqamətində razılıq əldə etmiş, hərbi arsenalını daha da gücləndirmiş, yeni hərbi əməkdaşlıq müqavilələri imzalamışdır. Belə bir şəraitdə miqrasiya təhlükəsi ilə üz-üzə qalmış, ciddi iqtisadi böhran şəraitində yaşayan, Ermənistanı regionun destablizasiya üçün təhrik edən qüvvələrin fəallığı hiss olunmaqdadır. Sülh Platforması və sülh təşəbbüsləri isə belə bir fəallığın qarşısını ala biləcək regionu müharibə məngənəsindən çıxara biləcək müharibə vəziyyətində olan bu iki xalq üçün son şansdır. Artıq əsrlər boyu birgə, qonşu yaşayan, bu gün regiondan kənarda Qafqazlı kimi bir-birlərinin təəssübünü çəkən azərbaycan və erməni xalqlarının son söz demək vaxtı çatdı. Ya yaşayıb çiçəklənən Qafqazı birlikdə quracayıq, ya da dünya güclərinin Suriya və İraqda törətdiklərini diqqətə almadan cəhənnəmə yuvarlanacağıq.  
 
Ramil Əzizov 
BAMF-ın sədr müavini        

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM