Bakının Əhmədli qəsəbəsində itkin düşən 10 yaşlı Abbasov Amil tapılıb.
Bu barədə Amilin ailəsindən bildirilib. Deyilənə görə, uşağın özü az öncə evə gəlib. "Qapı döyüldü, açdıq gördük uşağın özüdür", - deyə Amilin anası Arzu Abbasova bildirib.
3-cü sinif şagirdi olan Amin özü isə aznews.az-a onu dilənçilərin oğurladığını deyib: “Məni soyuqda diləndirdilər”.
Bunu həmin sayta Aminin anası da təsdiqləyib. O bildirib ki, uşaq oynayarkən yanında 4 uşaq olan qaraçı qadın onu çağırıb və dünən bütün günü soyuqda diləndirib: “Uşaq o qədər soyuqda qalıb ki, eşitmə qabiliyyəti zəifləyib. Qaraçı qadın uşağın internetdə şəklini və axtarışda olduğunu görən kimi gətirib qapımızın ağzına qoyub. Hal-hazırda hüquq-mühafizə orqanları qadının kimliyini araşdırır”.//Lent.az