Təkcə Krım deyil,Şotlandiya da bu ilin sentyabrında ümumxalq səsverməsi keçirərək əsrlərlə ideallarında yaşatdığı müstəqillik arzusunu gerçəkləşdirməyə çalışacaq. Döyüşə bu dəfə milli qəhrəmanı Uilyam Olosun səfərbərliyi altında getməyə ehtiyac qalmayıb.Mərkəzi hakimiyyətlə savaşı uzun müddətdir ki,əsas platformasına çevirən Şotlandiya Milli Partiyasının rəhbəri və keçmiş Baş naziri Aleks Salmondun Birləşmiş Krallıqdan ayrılmaq üçün öz xalqını necə səfərbər etməsi ilə bütövlükdə bir imperiyanın sabahı asılıdır.
Şotlandiyanın yeni status qazanacağı təqdirdə təkcə siyasi xəritə dəyişmir,eləcə də fərqli iqtisadi münasibətlərə keçiləcəyi də şəksizdir.Məhz bu səbəbdən müstəqillik tərəfdarlarının sayı son illər ərzində 2 faiz azalaraq 32 faizə düşüb.Şotlandlar hesab edir ki,onların mərkəzi büdcəyə ödədəyi 9.4 faizlik vergilər fonunda aldıqları 9.3 faizlik vəsait onların milli inkişafını azad qaydada təmin etməyə imkan vermir. Üstəlik,ayrılma qərarı Şimal dənizinin zəngin ehtiyatlarına sahiblik imkanı verir ki,bu da avtonom olaraq yeni enerji siyasəti yürütməyə və Britaniyadan hazırki yanacaq, resurs asılılığına son qoymağa şərait yaradır.
Hər kəs razılaşar ki,dünyanın məhşur neft şirkətləri olan Şell və BP-nin də iştirak etdiyi layihələrlə fərqlənən “şotland” dənizinin hüquqi sahibinin dəyişməsi çox mühüm kontraktların taleyini sual altında qoyur və açıq-aşkar hüquqi-iqtisadi konfrontasiyalara meydan açır.Belə olarsa, yaranacaq qeyri-sabitlik fonunda təkcə Edinburqda çalışan 140 mindən artıq işçi qüvvəsini ixtisar etmək lazım gələrdi ki,bu da Şotlandiya üçün böyük itki sayıla bilər.
Bəs ingilis hökuməti şotlandların azadlıq arzusunun qarşısına hansı silahla çıxır?Təbii ki,bu dəfə müttəfiqlərlə hərbi ittifaq sazişinə və böyük ordularla ənənəvi güc nümayişinə ehtiyac qalmayıb.İndi müharibələri fərqli vasitələrlərlə aparırlar.Dumanlı Albionda bunun dərin və təsirli rıçaqları mövcuddur.
İlk növbədə,güclü maliyyə vahidi olan funt sterlinqin Şotlandiya ərazisində istifadəsinin qadağan edilcəyi söylənilir.Maliyyə aktivləri əsasən bu valyutada olan bir ölkənin birinci addımdaca böyük iqtisadi problemlələ üzlşəcəyi şübhəsizdir. Üstəlik,Avropa Birliyi sırasına alınmamaq fonunda Britaniya hesabına komfortlu həyatla vidalaşmaq məcburiyyəti də Olosun həmvətənlərini dərindən düşünməyə vadar edir.Bu yerdə Aleks Salmond öz kumiri kimi bəlağətli və inandırıcı nitq əvəzinə,yeni pil vahidindən deyil,ingils hökumətinin yığılmış borclarını qaytarmayacaqlarından bəhs etməklə arqument savaşında qalib gəlməyə çalışır.
Lakin bunun çıxış yolu olmadığını hamı bilir.Etibarsız partnyor imici ilə hara qədər getmək olar?
Ən böyük təhlükə isə yeni müstəqil bir ölkənin hərbi və siyasi təhlükəsiliyini təmin etməkdə qarşıya çıxacaqdır.Krallığın dağılmaması naminə tarixdə nələrə getmək mümkündürsə,onu tətbiq edən monarxiya rejimi bu dəfə də şotlandlar içərisindəki 5-ci kolonu işə salmaqla müstəqillik arzusunu boğmağa çalışacaqdır.
Keçmiş Baş nazir və milliyətcə şotland Qordon Braun da məhz bunu anlayaraq millətçilərdən fərqli və uzlaşdırıcı bir xətt yürütməklə hər cür qarşıdurma əhval-ruhiyyəsindən uzaq bir siyasi müstəvidə addımlamağa çalışır.Çox ehtimal ki,nəticələr də buna adekvat olacaqdır.
Referendumu mühüm bir geopolitik silaha çevirən Putindən fərqli olaraq Avropa dövlətlərində xalqın iradəsi ilə idarəçiliyini sürdürmək adi hala çevrilib. Məsələn,isveçrəlilər nəinki qlobal və ya regional məsələləri,eləcə də cari sosial və ictimai problemləri belə plebisit vasitəsilə tənzimləməyə çalışır.Məsələn,2010 cu ildə gündəliyə salınan müddəanın adı müsəlman aləmində nə qədər mənfi reaksiyalar doğursa da minarələr məsələsi idi və onlar istəklərinə nail olaraq belə məscidlərin tikintisini qadağan etdilər.Yəqin süngüyə çevrilmiş hər bir simvol avropalı demokratların azadlıq idealları ilə ziddiyyət təşkil edir.Yaxşı ki,onlar qələmin islamda müqəddəsliyini bilmirlər,yoxsa onun da formasında bir təhdid və ədavət mənası axtarardıılar.
İsveçrəlilər onları dövlətdə təmsil edənlərə deyil,birbaşa demokratiyaya üstünlük verdiklərindən əksər milli qərarları da yalnız referendum vasitəsilə həll edirlər.Yanacağın qiyməti,miqrantların sayı,istirahət günlərinin və əmək haqlarına təbiq olunan məhdudlaşdırıcı normaların miqdarı kimi rəngarəng sualların hamısına xalq birgə cavab axtarır.Ozü də burada uzaqgedən geoplitik planlardan deyil,sırf fərdi mənafelərdən çıxış edilir ki,çoxları da məhz buna daha çox dəyər verir.Məsələn miqrantların hədsiz artan kütləsi-1 ildə 20 mindən 80 minə artmasını ona görə təhlükə saydılar ki,ictimai nəqliyyatda gedərkən isevçrəlilər oturmağa boş yer tapmırdılar.
Yəqin ki,təəccübləndiniz.Bəli,köhnə avropalılar vətənpərvərliyi belə görürlər.Bu başqa məsələdir ki,onlar nə qədər emosional ovqatda qərar verərək özlərini Avropa Birliyinin siyasətinə qarşı qoyurlar,lakin məsələn,fransızlardan fərqli olaraq Konstusion normanı gündəlik həyat tərzinə çevirməyə onlara heç kəs mane ola bilmir.Xatırladaq ki,məhz bunun nəticəsidir ki,İsveçrə kantonu təsis olunduğu 1848-c i ildən bu yana onlar 600 dəfə belə səsvermə keçiriblər,respublika quruluşunu dünyaya bəxş etməklə öyünən fransızlar isə 1958-ci ildən başlayaraq cəmi 8 dəfə xalqın sözünə qulaq asıblar.
Millətlər istər könüllü,istərsə də Kalaşnikov avtomatının lüləsi altında kütləvi qərar verərək talelərini müəyyənləşdirirlər.Hər cür inqilabın yuxarı çıxaraq əvvəlki uca başları yerə sərməyə yönəldiyini nəzərə alsaq,hər cür maharibələrin kütləvi qanvermə aksiyası olduğunu dərk etsək,”aşağılar”ın öz səsi ilə “yuxarılar”ı yönləndirməsi ən yaxşı üsul-idarə və quruluş sayıla bilər.Axı ayqsız baş şikəst sayılmaqdan özgə nə adlana bilər ki?!
Milli Məclisin deputatı,
Zahid Oruc
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM