Xırdalanda dəyirmanın hasarı uçub.
Strategiya.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 17-də Xırdalan şəhərindəki "Orient ekspress" dəyirmanının anbarında arakəsmə hasarın uçması nəticəsində orada fəhlə işləyən Zərdab rayon sakinləri Rəcəb Cavadov və Sadiq Mehdiyev daşların altında qalaraq ölüblər.
Hadisə ilə bağlı araşdırma aparılır.