Azərbaycan gənclərlə iş sahəsində dünyanın qabaqcıl ölkələrindən birinə çevrilib.
Bunu dekabrın 19-da “İrəli” İctimai Birliyinin V hesabat-seçki konfransında çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev deyib.
V.Quliyev qeyd edib ki, 1991-ci ildə müstəqilliyini bərpa etmiş və yeni ictimai-siyasi sistemin təşəkkülü prosesini yaşayan Azərbaycan dövlətçiliyi 25 illik müstəqil inkişaf tarixində ən müxtəlif çətinliklərlə üzləşərək mürəkkəb yol keçib. Bu illər ərzində azadlıq ideyalarına sadiq olan Azərbaycan xalqı və dövləti ölkədə mürəkkəb və sərt maneələri dəf edərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu istiqamətində qətiyyətli addımlarını atıb. Bu müsbət dəyişikliklər cəmiyyətin müxtəlif sahələrində olduğu kimi, gənclərlə iş sahəsində də öz bəhrəsini verib:
"Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyi ayrı-ayrı siyasi qruplaşmaların maraqlarının təminatçısı rolunda çıxış edirdi. Daha doğrusu, siyasi hakimiyyət uğrunda mübarizə aparan, ölkədə xaos yaradan dəstələr dövlətçiliyin möhkəmləndirilməsi naminə səfərbər olunası gəncləri siyasi oyunların alətinə çevirirdi. Dövlət guya gənclərin problemləri ilə məşğul olması barədə cəmiyyətdə yalnış təsəvvür formalaşdırırdı. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, gənclərlə iş sahəsində də ciddi dönüş yaranmasına, bu sahədə ciddi işlərin görülməsinə səbəb oldu. Həmin ilin avqustunda ulu öndər Heydər Əliyev cəmiyyətin ən fəal təbəqəsi olan gəncləri Milli Məclisdə bir araya gətirərək onlarla ilk və tarixi görüşünü keçirdi. Bununla da gənclərə vətəndaş cəmiyyəti quruculuğu prosesində öncül yer verilmiş oldu və çox əhəmiyyətli ictimai münasibətlərə start verildi. Həmin görüşdə gənclər tərəfindən səsləndirilmiş təkliflərin böyük əksəriyyəti nərəzə alındı. Bu görüşün məntiqi davam kimi Gənclər və İdman Nazirliyi yaradıldı, Gənclər Forumlarının keçirilməsinə başlanıldı, Gənclər Günü təsis olundu və s. əhəmiyyətli hadisələr baş verdi".
PA rəsmisinin sözlərinə görə, bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu gənclər siyasətinin nəticəsidir ki, ölkəmizdə layiqli gənclik yetişir. Azərbaycan gəncliyi yüksək biliklərə yiyələnməklə, müasir dünyagörüşünə sahib olmaqla, eyni zamanda, azərbaycançılıq ideyalarına yiyələnməklə ölkəmizin layiqli vətəndaşları kimi formalaşırlar. Hər bir xalqın gələcəyi gənclərlə bağlıdır:
"Bu mənada biz də Azərbaycanın gələcəyini ulu öndər Heydər Əliyevin tövsiyələrinə istinad edərək bugünkü ölkə gəncləri ilə bağlayırıq. Son illərdə gənclərlə bağlı dövlət proqramlarının qəbul edilməsi, İnkişaf Strategiyasının təsdiq olunması, Gənclər Fondunun yaradılması və digər tədbirlər onu göstərir ki, ölkə rəhbəri gənclərimizin öz bilik və bacarıqlarını üzə çıxarmalarına, potensiallarını effektli reallaşdırmalarına, cəmiyyətdə layiqli yer tutmalarına münbit şərait yaradıb. Fəxr hissi ilə deyə bilərik ki, Azərbaycan bu gün gənclərlə iş sahəsində dünyanın qabaqcıl ölkələrindən birinə çevrilib".
V.Quliyev bildirib ki, bu gün ölkədə həyata keçirilən gənclər siyasəti nəinki gənclərin fərdi qaydada inkişafına şərait yaradıb, o cümlədən onların təşkilatlanmasına, müxtəlif ictimai birliklərdə təmsil olunmalarına geniş imkanlar verib:
"Hazırda ölkəmizdə 300-dən artıq dövlət qeydiyyatına alınmış gənclər təşkilatı mövcuddur. Gənclər təşkilatları vətəndaş cəmiyyətində aparıcı rola malikdir. Onların təşəbbüsü ilə həyata keçirilən layihə və proqramlar minlərlə insanı əhatə edir".
O əlavə edib ki, “İrəli” İctimai Birliyi ölkənin ən qabaqcıl və fəal gənclər təşkilatlarından biridir. Azərbaycanda insan kapitalının inkişafına dəstək olmağı əsas missiyası müəyyən etmiş “İrəli” İctimai Birliyi yarandığı gündən yüzlərlə gənci öz ətrafına toplamış və maraqlı təşəbbüslərlə çıxış edib. Hazırda minlərlə gənc Birliyin üzvdür:
"Əvvəlki illərdə olduğu kimi, hesabat dövrü ərzində də Birlik maraqlı təşəbbüslərlə çıxış edib, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının köməkliyi ilə həmin ideyaları reallaşdırıb. Birlik Azərbaycanın dövlət gənclər siyasətinə töhfə vermək məqsədilə fəaliyyətinin son iki ili ərzində 15 geniş tərkibli layihə həyata keçirib. Bu layihələr sırasında gənclərin təşkilatlanmasına stimul verən “Mənim gənclər təşkilatım”, ali təhsil müəssisələrində təhsil alan gənclər arasında şəbəkələşməni və onların idarəetmə qabiliyyətlərini artırmaq məqsədilə “Şəxsi inkişaf akademiyası”, gənclərin beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil etməsi üçün “Nəzər nöqtəsi”, gənc və peşəkar jurnalistlərlə əlaqələrin möhkəmləndirilməsi və Azərbaycanda mətbuatın 140 illiyi münasibətilə “Gənc əkinçi”, region gənclərini bir yerə toplayan “Region gənclərinin əməkdaşlıq forumu”, Azərbaycanda könüllülük fəaliyyətinin inkişaf etdirilməsi və gəncləri bu işdə həvəsləndirmək, İlk Avropa Oyunları “Baku 2015”-ə və IV İslam Həmrəylik Oyunlarına dəstək olmaq üçün “Könüllülük Akademiyası” və “Könüllülük Festivalı” layihələrini göstərmək olar. Ümumi olaraq keçirilmiş layihələr çərçivəsində 5000 nəfərdən artıq gəncin müraciətinə baxılıb. Onlardan 2130 gənc birbaşa olaraq layihələrdə iştirakçı adını qazanıb. İştirakçıların 60%-dən çoxu region gəncləri olub. Layihələr boyunca 71 müxtəlif mövzuda təlim sessiyası təşkil edilib.
Bu gün “İrəli” İctimai Birliyinin növbəti hesabat-seçki konfransıdır. Bu o deməkdir ki, Birlik ötən 2 illik dövrə yekun vurmaq və onu qiymətləndirməklə yanaşı, eyni zamanda rəhbər strukturlarını yeniləyir. İctimai birlikdə belə bir ənənənin qorunub saxlanması, daima yenilənmənin aparılması müsbət haldır. Fürsətdən istifadə edib, yeni seçiləcək Birlik rəhbərliyinə uğurlar arzu edir və işlərində müvəffəqiyyətlər diləyirəm".
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM