"Bizim məmurların çoxu 30 sm yupka ilə maraqlanırlar" - Azərbaycanlı idman ustası

10:41 / 23.04.2014

Strategiya.az 5 dəfə sambo, 4 dəfə cüdo üzrə dünya çempionu, 2 qat Avropa çempionu, hərbçilər arasında olimpiya çempionu Zülfiyyə Hüseynovanın oxu.az-a müsahibəsini təqdim edir:

 - İndiki gənclərin hər biri sizi çox gözəl xatırlayır və sizi kimdən soruşsaq səmimi olaraq Zülfiyyə Hüseynova Azərbaycanın fəxr ediləsi xanımıdır deyər. 1980-ci illərdə idmanın o qədər də inkişaf etməyən bir dövründə xanım və idman necə uyğunlaşdı?


- Təbii ki, hər şeyin çətin vaxtı idi, idmanın da həmçinin. Bizim üçün çətin idi, çünki inkişafın zəif vaxtı idi. Amma buna baxmayaraq idmanı sevirdim və 10 yaşında idmana getmək istəsəm də 16 yaşında başladım.

Qız uşaqlarını idmana aparmağı o qədər də qəbul etmirdilər. Mənim də ailəm elə idi, amma mən istədiyimin arxasıyca getdim. 1986-cı ildə başlamışdım. Azərbaycan çempionatı keçirilirdi, turnirlər keçirilirdi və mən gənclər arasında qalib oldum. Deməli, 5 dəfə samboda, 4 dəfə isə cüdoda çempion olmuşam. 

- O dövrdə qızlar azlıq təşkil edirdi. İndi necə, ondan fərqlidir? Yoxsa o adət, o fikirlər hələ də qalmaqdadı?

- O vaxtı qızlarımız az idi. Kimsə istəyirdi məşğul olsun, amma ailədən icazə vermirdilər. Deməli, biz harasa yarışa gedirdik, məsələn, 80-90 nəfərin içindən 3 və ya 4 nəfər azərbaycanlı var idi. SSR-nin vaxtında şərait yaxşı idi, maaşımız vaxtlı-vaxtında verilirdi, məşqlərimiz nizam-intizamla davam edirdi.

Qaldı ki indiki zəmanədə idmana olan maraq, indi daha çox qızların marağı var, valideynlər də normal qəbul edirlər və gətirirlər idmana yazdırırlar. Hətta neçə nəfər məni hardasa görəndə yaxınlaşıb deyirlər ki, biz də istəyirik qızımız sizin kimi olsun. Bu, məni sevindirir.

- Müsahibələrinizin çoxunda əsəb hiss olunur. Çox əsəbisiniz?

- Çox əsəbiyəm, həddindən artıq. Çünki buna səbəblər var.


- Məsələn, nə əsəbiləşdirir sizi?

- Haqqımı yeyirlər. Mən idman ustasıyam, nəticələrim var, amma buna baxmayaraq prezident təqaüdü almıram. Dəfələrlə cənab prezidentə məktub ünvanlamışam, amma imkan vermirlər məktub gedib çatsın, mane olurlar.

- Mane olurlar deyirsiz. Kimləri nəzərdə tutursuz?

- Məmurlarımızı. Mən neçə dəfə müraciət etmişəm, amma nə fayda...

Bizim məmurlarımızın çoxu üçün bayraqdansa 30 sm yubka önəmlidir, onlar bununla maraqlanırlar. Nəyə görə mən haqqımı istəməyim, mən ki sizdən sizə aid olanı istəmirəm ki, mənə, özümə aid olanı, əziyyətimin qarşılığını istəyirəm.

- Heç bir müraciətinizə baxmırlar? Kimlər mane olur sizcə?

- Gənclər və İdman Nazirliyi, Cüdo Federasiyası niyə mənim sözümü eşitmirlər, niyə mənə mane olurlar, niyə mənim məktubumun prezidentə çatmağına imkan vermirlər anlamıram. Yəqin ki nə isə umacaqları şeylər var.

Cənab prezident dəfələrlə söyləyib ki, insanların haqqını yeməyin. Bunlar deyəsən prezidentin sözünü eşitmirlər. Mən bayraq qaldırmışam ki, nəm olan evdə yaşayım?! Düzdü, işimi sevirəm, bu, mənim sənətimdi, amma bu qədər dəyərsizləşdirmək olmaz. Addım başı haqsızlıq da olmaz axı. Mən erməniyəmsə, deyin gedim bu ölkədən. Qanım təmiz deyilsə, çıxım gedim. İyun ayında çempionat var, amma mən indidən oturub fikirləşirəm ki, sponsor işini neyləyim? Oturub sponsor axtarıram ki, ustalar arasında çempionata gedəcəm. Gedib qalib gəlib erməni, rus bayrağını qaldırmıram ki. Mən öz bayrağımızı qaldırıram, bunlar bunu dərk etmirlər.

- Əsəbiləşməyin, sizin kimi xanımın, sizin kimi idmançının təbii ki, sözünü eşidərlər. İnanmıram ki, nazirlik sizi diqqətdən kənar saxlasın.

Keçək sizi oyundan kənar tanımağa.

- Ailə balaca dövlətdi. Hərə bir psixologiyada, hərə bir xarakterdə olur, amma sırf idmançı ailəsi olmaq başqadır məncə. İdmançı ailəsi olaraq hansı çətinlikləriniz olur? Məsələn, nədə yola getmirsiz?

- Çox gözəl yola gedirik, anlayışlı davranırıq, bir-birimizi başa düşürük. Bircə yola getməməyimiz oğlumun rejimi ilə bağlıdı. Oğluma qarşı çox ciddiyəm. Yatmaq, yeməyi rejimlə olmalıdır, kompüterlə saatlarla məşğul olmamalıdır. Amma mən olmayanda yoldaşım deyir anan yoxdu, oyun oyna, eybi yox dərslərini sonra da oxuyarsan (gülür).

- Hansı idmançımızı bəyənmirsiz?

- Adlarını çəkməyəcəm. İdmançı kimi hörmət edirəm, ən azından bayrağımızı qaldırıblar. Amma bəzilərindən xoşum gəlmir.

- İdmanla bağlı heç bir tədbirdə görmürük sizi. Niyə?

- Çünki çağırmırlar. Məhz prezident olan tədbirlərə də fikir versəniz dəvət etmirlər, çünki çəkinəcəkləri var. Bilirlər ki, mən danışacam, deyəcəm.

- Yeməkləriniz dadlıdı? Hər gün özünüz bişirirsiz?

- Yox, hər gün çatdırmıram, ancaq bazar günü belə kömək edirlər. Bazar günü istirahətə, ailəmə, yemək bişirməyə vaxt tapıram. Yəqin ki dadlıdı.

- Hər bir xanım görünüşünə mütləq şəkildə fikir verir. Siz makiyajı sevmirsiz deyəsən?

- İdmançıyam, amma geyimimə, səliqəmə həmişə fikir verirəm. Hər gün işə forma geyinirəm, makiyajsız, saçım yığılı şəkildə olur. Bu, bizim işin prinsipidir, forma mütləqdi. Amma toya, hansısa gecəyə gedəndə təbii ki, makiyaj öz yerində. Hətta elə kabluk geyinirəm ki, hamıdan da yaxşı (gülür). Amma açıq-saçıq geyimi sevmirəm.

- Bizim televiziyalardan hansını bəyənirsiz? Hansı verilişə baxırsız?

- İnanırsız, heç bir verilişə baxmıram. Bir dənə xəbərlərə baxıram. Amma durub iki dəqiqədən bir, birinin evini çəkirlər, nə alırlar göstərirlər bunu bəyənmirəm. Olmaz belə, birinin var, birinin yoxdu. Nələri var, Allah var eləsin, amma bu, pis görsənir kənardan.

- Yarışlara davam?

- Əlbəttə. İyun ayında cüdo üzrə Avropa çempionatı olacaq. Daha sonra noyabrda dünya çempionatı olacaq, ona hazırlaşıram. Dost-tanış sağ olsun, sponsor olaraq yardım edirlər gedirik yarışlara.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM