British Council, Tomson Fondu və “Paşabank”ın birgə layihəsi olan “Biznes jurnalistikası” layihəsinin Londonda keçirilən üçüncü mərhələsi daha faydalı və maraqlı oldu desəm yanılmaram. Britaniya mətbuatının ənənələri və bu günkü iş prinsipləri ilə tanış olmaq təlimlərin əsasını təşkil edirdi. Bir həftə boyunca media nəhənglərinin redaksiyalarına səfərlər ancaq müsbət hisslərlə yadda qaldı.
İlk olaraq dünyanın siyasi düzənini tənzimləmək gücündə olan “BBC” teleradio kompaniyasında qonaq olduq. Şirkətin yerləşdiyi binanın önündəcə xəbərlə rastlaşırsan. Yerə düzülən beton plitələrin hər birində dünyanın iri şəhərlərinin, tarixi məkanların adları yazılıb. Dərhal özümüzü axtarırıq və budur “Khogalı” və “Naqorni Karabagh” adları həkk olunan plitələr. Deməli, bizi tanıyır və tariximizə biganə deyillər.
Qapalı və nüfuzlu xəbər məkanı -“nyuz rum”
Görüşümüz öncədən planlaşdırıldığı üçün vizit kartlarımız hazır idi. Buna baxmayaraq, yuxarıya balədçisiz çıxa bilməyəcəyimizi xatırlatdılar. Bələdçi də özünü çox gözlətmədi. “BBC” Azərbaycan xidmətinin rəhbəri Könül Xəlilova bizi qarşılayaraq iri media qurumunun xidmətləri ilə tanış etməyə başladı. İkinci mərtəbəyə qalxan kimi özümüzdən asılı olmayaraq hamımız geniş pəncərənin önünə toplaşdıq. Aşağıda qonaqlar üçün qapalı olan nəhəng “nyuz rum”un bölmələri və studiyaları aydınca görünür. Heyrət etməmək mümkün deyil bu mənzərəyə. Bir jurnalistə eyni vaxtda 3 kompüter xidmət edir. Xəbər hazırlanır, montaj edilir, redaktorlarla əlaqələndirilir və efirə ötürülür. Yüzlərlə insanın bir məkanda işləməsinə və dünyanın xəbər siyasətinin müəyyənləşməsinə baxmayaraq orada qəribə səssizlik hökm sürür.
Qısa tarixçə
BBC 1922-ci ildə özəl şirkət olaraq fəaliyyətə başlayıb. 1927-ci ildən isə İngiltərədə krallığın nəzarəti altında və dövlətin maliyyə dəstəyi ilə televiziya kimi işini davam etdirib. 1972-ci ildən isə həm də radio yayımları sahəsində fəaliyyət göstərir. BBC Azərbaycan Xidməti isə 1994-cü ilin noyabrında işə başlayıb. Bununla Azərbaycan dili BBC-dən dünyaya yayımlanan 43 dildən biri olub. BBC-nin Bakı Bürosunda Azərbaycanda baş verən hadisələri işıqlandıran 2 müxbir işləyir. Ümumilikdə isə şirkətin 8 mərtəbəli binasında 6 min nəfər çalışır. Onlara hər mərtəbədə 10 müxtəlif studiya xidmət edir. Bundan başqa yuxarı mərtəbələrdə də xarici xəbər bürolarının və radioların ayrıca studiyaları var. Hər kəs lazımi məqamda öz studiyasından canlı efirə çıxır.
Bütün ölkələrin xəbərçiləri bir arada
BBC Azərbaycan bürosunun yerləşdiyi iş otağı da texniki təminatı və sakitliyi ilə diqqəti cəlb edir. İş rejimləri və Bakı ilə əlaqələrin operativliyindən danışan Könül Xəlilova bunların bir hissəsini əyani göstərməyə də vaxt tapdı. Yeri gəlmişkən, BBC Rusiya bürosunun rəhbəri də azərbaycanlıdır. Qonşu sırada iş başında olan Famil bəy də rəhbərlik etdiyi büronun fəaliyyəti barədə təqdimat etdi. Söhbətini isə ara-sıra Moskvadan daxil olan zənglər pozurdu. Operativ xəbər çatdırmağın belə xüsusiyyətləri qaçılmazdır. BBC-nin Avropa bölümündə bizimkilərlə yanaşı Ukrayna, Türkiyə, Belarusiya, Asiya bölümündə İran, Özbəkistan, Qazaxıstan, Pakistan, Əfqanıstan, Tacikistan, Cin, Yaponiya və digər ölkələrin xəbərçiləri fəaliyyət göstərir.
İstirahətə də məkan ayrılıb
Onlar iş yerindəcə istirahət etməyə, hətta idmanla məşğul olmağa da vaxt ayırırlar. Kitablarla dolu olan rəflər, rahat divanlar, çay içmək üçün kiçik kabinələr və idman otaqları elə “nyuz rum”un bir addımlığındadır. Oraları gəzdikcə, əvvəllər çalışdığım qəzetdə yazılarımı redaktə edən dəyərli müəllimim Elşən Əliyevin tez-tez bizə ünvanladığı deyimini xatırladım: “Yemək və işləmək”. (O, iş otağında bizi yemək yeyərkən görəndə həmişə belə deyərdi.)
BBC ilə tanışlıq nahar fasiləsinə qədər davam etdi və peşəkar xəbərçilərlə bir arada lunch. Şirkətin bu anadək bizi izləyən sakitliyini kafedəki səs-küy əvəzləyir. BBC əməkdaşları və onların qonaqları nahar vaxtı da iri monitordan elə BBC-ni izləyirlər. Qiymətlər çox baha olduğundan orada da əksər əməkdaşlar yeməyini özü ilə gətirir. Onlara ayrıca qızdırıcı sobalar da ayrılıb. Alışmadığımız ingilis mətbəxi əhvalımızı bir az dəyişsə də, BBC-dən xoş təəssüratlarla ayrılırıq. Bəzi həmkarlarım hətta bu iş şəraitini görüb depressiyaya düşdüyünü də etiraf elədilər.
Media nəhəngi-“The Daily Telegraph”
Səfərin ən maraqlı və zəngin bölümü “The Daily Telegraph” qəzetinin redaksiyasında keçdi. Təqdimatçıların iş rejimlərini həvəslə anlatması və texniki yeniliklərlə tanışlıq Britaniya mətbuatı barədə geniş təsəvvür yaratmağa imkan verdi. 150 yaşlı “The Daily Telegraph”ın ürəyi olan “nyuz rum”da eyni vaxtda 200 nəfər jurnalist çalışır. Lakin bu məkandakı sükutu yalnız həyəcan siqnalı poza bilər. Hərə öz işi, xəbəri ilə məşğuldur, yanından ötüb keçən bir kimsəyə belə nəzər yetirmirlər. Cünki xəbəri vaxtında və yüksək keyfiyyətlə səhifəyə yerləşdirmək lazımdı.
Xəbərlərə hüquqi yanaşma
“The Daily Telegraph” gündə üç dəfə (səhər, günorta, axşam) 675 min tirajla çap olunur. Eyni vaxtda dünyanın 5 böyük ölkəsində yayılan qəzetin ümumilikdə 2 milyondan artıq oxucusu var. Sürətli xəbər və analizlərin onlara çatdırılmasında ən müasir informasiya texnologiyalarının gücündən maksimum istifadə olunur. Qəzetin ümumilikdə min nəfər əməkdaşı var. Burada menecer və hüquqşünaslar üçün ayrıca otaqlar ayrılıb. Menecerlər qəzein idarə olunması və gəlirlərini tənzimləyirlərsə, hüquqşünaslar redaksiyanı məhkəmələrdən qoruyurlar. Başqa sözlə, onlar xəbər və analitik yazılarda böhtana və təhqirə yol verilib-verilmədiyini yoxlayırlar.
Avropada ilk xəbər saytı
Qəzet bir sıra ilklərin də müəllifidir. Avropada ilk olaraq internet saytı olan qəzet məhz “The Daily Telegraph”dır. Bundan başqa, Anderoidə və podcastinq xidmətinə qoşulan və yeni proqramlar üçün “Microsoft”a müraciət edən birinci media qurumudur. Britaniyanın ən populyar sayt olan “The Daily Telegraph”ın 3,5 milyon izləyicisi var. Elə bir qədər insan da qəzeti “Twitter”dən izləyir. Günorta vaxtı sayta 1 milyon nəfər baxdığı halda, sonrakı saatlarda bu rəqəm azalır. Saat 5-7 arası isə izləyicilərin sayı sürətlə artır. Ən çox baxılan məqalələr sağ sütunda yerləşdirilir. Mövzular və xəbərlər isə sosial şəbəkələrin gündəminə uyğun seçilir. Ona görə də qəzetdəki redaktorlar birliyini indi sosial media redaktorları əvəz edir.
“Baş qaşımaq, burun çəkmək vaxtı”
“The Daily Telegraph”da redaktorların toplantısı məcazi olaraq məhz belə adlandırılır. Velosiped təkərini xatırladan “nyuz rum”un tam ortasında oval şəkilli böyük stol qoyulub. Burada redaktorlar gündə bir neçə dəfə toplaşaraq nə yazacaqlarını müzakirə edirlər. Onlardan biri “nə yazacağıq?” deyərək başını qaşıyır. Digəri “hələlik elə bir şey yoxdu” deyir və burnunu çəkir. Əlbəttə, bu bir zarafatdır. “The Daily Telegraph” İngiltərənin və oradan bütün dünyanın xəbər gündəmini müəyyən edən iri media qurumlarındandır.
“Gələcəyin stolu”
Bəlkə də çoxlarına yuxu kimi görünər, amma bu yeni sensorlu yemək masası xəbəri sizə təsəvvür edə bilməyəcəyiniz qədər yaxın edir. Səhər nahar etmək üçün masaya oturur və fincanınızı onun üzərinə qoyursuz. Bu zaman ən son xəbərlərlə “The Daily Telegraph” qarşınızdadır. Masa boyu açılan qəzeti sanki əlində olan kağız qəzet kimi vərəqləyə, özünüzə lazım olan xəbərləri tapıb oxuya bilərsiz. Masada yerinizi dəyişib qarşı tərəfdə otursaz elektron qəzeti də bir əl hərəkəti ilə özünüzə tərəf çevirə bilərsiz. Yaxud, yoldaşınızın aldığı şirəni masaya qoyursuz və dərhal onun barəsində bütün məlumatlar kart formasında masada görsənir. Eyni zamanda siz həmin şirənin alternativləri barədə də digər yanaşı kartlardan informasiya ala bilərsiz. “Apple” şirkətinin istehsalı olan masadakı digər “xidmətlər” sizin bütün gününüzü faydalı və qənaətli keçirməyinizə imkan verir. Lakin “The Daily Telegraph” buna qane olmayaraq yeni proqramlar üçün “Microsoft” şirkətinə müraciət edib.
Maliyyə siyasətini formalaşdıran “Financial Times”
Pearson PLS holdinqinə məxsus olan “Financial Times” qəzetinə səfərimiz də maraqlı məqamlarla yadda qaldı. 1888-ci ildən nəşr olunan qəzetin bir necə əlavəsi də var. 2000-ci ildən isə almanca versiyası olan “Financial Times Deutschland” nəşr olunur. “Financial Times” beynəlxalq işgüzar qəzet kimi tanınır və oxunur. Əsasən, maliyyə və biznes sektorunda baş verən hadisələri, yenilikləri çatdıran qəzet 360 min tirajla çap olunur və dünyanın 24 şəhərində yayılır. Xəbərlərin satışı da bazar prinsiplərinə uyğun formalaşdırılıb. İnternet saytında bir çox xəbərlərə giriş pulludur. Eyni abunələr “biznes to biznes” formasında əldə olunub. Qəzetə uğur gətirən amillərin ən mühümü elə budur.
Saatları Qrinviçə kökləyin!
Londonda gedib dünyanın vaxt göstəricisini təyin edən başlanğıc nöqtədə olmamaq yanlış olardı. Qrinvic (Qreenwich) meridianının adı Temza cayının sahilində yerləşən eyni adlı kəndin adından götürülüb. Şəhər mühitini xatırladan kəndin ən yüksən nöqtəsində rəsədxana qurulub. Onun üzərində uzaqdan hamının görə biləcəyi qüllə və kürə yerləşdirilib. Gündüz vaxtı həmin kürə qüllənin yuxarısına qalxır. Bu onu göstərir ki, artıq saat birdir. Bu mənzərəni görmək bizə də nəsib oldu. Gəmilər də vaxtı həmin kürənin yurarı qalxması ilə təyin edirlər. Saatlarımızı Qrinviçə kökləyərək Temza sahilinə endik. Buradan Londona yalnız gəmi vasitəsi ilə getmək olur.
Bu yeniliklikləri görmək, Avropanın ən iri şəhərlərindən birini tanımaq, maraqlı tarixi bir daha vərəqləməkdə bizə yardımçı olan British Council, Tomson Fondu və “Paşabank”a dərin minnətdarlığımı bildirirəm.
Fərqanə Vəkilova,
Xüsusi olarq Strategiya.az üçün
Bakı-London-Bakı
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM