Lənkəran rayonun Parakənd kənd sakini, 1969-cu il təvəllüdlü Bəşirov Şaiq Siyab oğlu yolu keçmək istəyərkən "Suzuki" markalı, 10 JL 300 dövlət nömrə nişanlı avtomobil tərəfindən vurulub. Hadisəni törətmiş sürücü qəzadan dərhal sonra yaralını Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
Vurulan piyadanın içki düşkünü olduğu bildirilir.
Qeyd edək ki, hadisəni törətmiş şəxs bank işçisidir. (“Report”)