Zənnim məni aldatmırsa bir dəfə də bu barədə qısaca yazmışdım: Demək toydayam. Özü də son dərəcə kasıb və halal (kasıbın zatən haram olma şansı yox) bir qohumun övladının toyunda. Oturmuşuq. Çox da gözəl məclis gedir. Hamı Allah verəndən yeyir-içir, ardınca da əylənir, oynayır... Üstəgəl, ortalıqda nə 200 manatlıq viski var, nə 20 min manatlıq musiqi, nə də vəzifə və pul ışığına yığışan saxta dost-tanış. Əlqərəz, meydanda olan hər şey səmimidir. Və... elə bu gözəlliyin havasına yenicə girmişdik, anidən musiqini kəsdilər. Ortalığa qərib bir sükut çökdü. Hamı çaşqın şəkildə gözü qapıya dikəli qaldı. Vallah, bir anlıq elə bildik nəsə ciddi bir problem var. Amma, demə problem yox, HADİSƏ varmış! – Təxminən nazir statusunda olan hörmətsiz bir məmurumuzun elə özü kimi də "hörmətli” bacısı oğlu məclisə təşrif buyururmuş. Keçmiş qonşuluq münasibətlərini dəyərləndirmək və içindəki təvazökarlıq fontanı ilə hamını islatmaq üçün...
Öz də "gədə”ni oturdublar bizim masaya. Görürəm vurnuxur e... rahatlaşmır adam. İlk öncə sürücünü çağırdı ki, get tamadaya denən filankəs müəllim gəlib. Elan eləsin. Amma dayının adı çəkilməmək şərtilə. Üzərindən 2 dəqiqə keçməmiş "administrator”u gətirdib danladı ki, kondinsioner niyə zəif soyudur. (demə "kişi qırığı” tərləyirmiş) Və nəhayət... adamın (təbii, əgər ona adam demək mümkünsə) ən sonda elədiyi hərəkət lap rəzalət idi. Ofisantı bərk və ləhcəli şivə ilə səslədi. Öz də hamının eşidəcəyi (nümayişkəranə) tərzdə. Ki, bəs bu nə stoldu, bu nə menyudur, bu nə araqdır? Tez dəyiş bunu. Pulu nədirsə verəcəm...
İnanın, bu vicdansızın, binamusun hərəkətlərini görənə qədər həmişə belə bir qənaətdə olmuşdum ki, toy, onun menyusu, təmtərağı kimsənin qarışa biləcəyi ya da qarışmalı olduğu məsələ deyil. Hətta dövlətin belə. Və ya kim necə istər, balasına o cür də məclis düzənləyər. Amma...indi fikrim tam dəyişib. Təm səmimi deyirəm. İndi heç bir məkanda təmtəraq, dəbdəbə görmək istəmirəm. İstəmirəm, indicə haqqında danışdığım haramzadələr getdikləri toyda masa müqayisəsi, istehzası edə bilsin. İstəmirəm - kasıb öz balasına toy edərkən kompleksə girib kimdənsə əksik olduğunu düşünsün. İstəmirəm övladı böyüdükcə, evlənmə, ərə getmə yaşına çatdıqca yüz fikrə, min dərdə girən insanlar qonşunun 2000 manatlıq menyusu ilə özünün 20 manatlıq menyusu arasındakı fərqin burulğanında, bataqlığında ilişib qalsın, boğulub qalsın, karıxıb qalsın...
***
Bu ölkədə kimsə öz övladı ilə bir başqasının xoşbəxtliyini, təhsilini, tərbiyəsini müqayisə etməz. Vur-öldür - etməz! Amma gəlin paltarının, gəlin maşınının, cer-cehizin, vəzifənin, maşının, pulun müqayisəsini edər. Həm də böyük mümnuniyyətlə! Baxmayaraq ki, bir dəfə yaşadığımız həyatda hər şey, amma HƏR ŞEY həmin o xoşbəxtliyin fövqündə qalır!
Bu ölkədə namuslu qadın, vicdanlı ər axtarışına çıxanlar sanballı vəzifə, varlı qohum axtarışına çıxanlara əhəmiyyətli dərəcədə uduzur. Nonsensdir - amma bu belədir! Və ya insanlar hansısa nazirin gey oğluna qız verməyi ya da hansısa məmurun fahişə qızını gəlin etməyi özlərinə daha çox şərəf bilirlər, nəinki doğru-dürüst biri ilə izdivaca girməyi, ailə qurmağı, ömür-gün yoldaşı olmağı... Yəqin elə bu səbəbdəndir ki, evlənənlərlə boşananlar arasındakı fərq az qala itib. Əlli - əlliyə olub. Başa baş qalıb...Niyə? Çünki, bünövrədən sonuca qədər hər kəs və hər şey "TOY” havasına köklənib...
Əvvəlcə TOY etmək, ardınca isə TOY TUTMAQ havasına!
***
Hamı qızlar haqqda danışır, amma inanın indi ən çox zibili çıxan oğlanlardır. Üstəgəl, nəzərə alsaq ki, istehsal bazarında olduğu kimi həyatda, ailədə, məişətdə də "tələb - təklif” zərurəti var. Oğlanlar necə arzulayırsa, qızlar da o cür olmağa çalışır. Və ya, sevmir oğlanlar – normal qızları. İstəmirlər onları. Maraqsızdırlar. Çox başı aşağıdırlar. Ya da öz təbirlərincə desək – duzsuzdurlar! Hətta, indi söyləyəcəyim ifadəyə görə hər kəsdən dönə-dönə üzr istəyirəm, amma... bəzi oğlanlarımız var ki, evlənəcəyi gözəl qadına belə – övladlarına tərbiyə verəcək qadından çox pulsuz "bazlıq” subyekti kimi baxırlar...
Yaxşı bəs dünya, həyat bu insanların eyninə bu şəkildə girirsə, o zaman həmin bambılıların toy menyusuna - bildirçin dabanı, göyərçin qoltuğu ya da canım sizə desin lap ördək bəbəyi niyə girməsin ki?
***
Biz yeganə millətik ki, yasımız gülməli, toylarımız ağlamalıdır. Həqiqətən. Həm də sırf ruh etibarilə. Vallah ciddi deyirəm və bilmirəm bu məclislərin havasındandır yoxsa nə, amma son zamanlar hansı yasa getmişəm qarşımda oturanlar yalnız lətifə danışıblar. Eyni zamanda ayaq basdigim bütün toyların kontingent əhli sanki yasdaymış kimi oturub mürgü vurublar...
Bizim toylar – yeyib-içən olmağımızın göstərgisi ilə bərabər həm də manıssevərliyimizin sübutu və bariz nümunəsidir. Və ya biz övladımızın xoşbəxtliyi üçün - onun toyunda hansısa yoldan keçən müğənniyə 30- 40 min manat verməyi özümüzə "zapadlo” bilmərik. Amma bununla bərabər həmin 30 – 40 min ilə ən az 30-40 xəstəni həyata qaytarmağın mümkünlüyünü də bilmərik. Anlamarıq! Edə bilsək, bəlkə də elə yalnız bu savabın hesabına övladlarımızın xoşbəxt olma şansını, ehtimalını, perspektivini dərk etmərik!
Biz çöldə - bayırda olduğu kimi toyda da ceyran, maral ölüsüyük...
Maral kimi qızların, maral baxışların, ”maral-maral” mahnısının, Maral Tahirqızıların ölüsüyük....
P.S. Odur ki, lap tutaq yas və toy menyusunu dəyişdik. Bəs özümüz, beynimizdəki proqram, menyu nə zaman dəyişəcək?
//aktual.az/
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM