Paytaxtda 57 yaşlı qadının evindən külli miqdarda oğurluq edilib.
"Report"un xəbərinə görə, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 92 A ünvanında qeydə alınıb.
Belə ki, ev sahibəsi, 1959-cu il təvəllüdlü Mehparə Qoçuyeva evdə olmadığı vaxtda naməlum şəxs və ya şəxlər qapının klidini sındıraraq içəri daxil olub. Evdə olan 2 000 manat, 3 500 ABŞ dolları və 3 000 manat dəyərində qızıl-zinət əşyaları, o cümlədən mobil telefon oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, son vaxtlar evlərdən oğurluq halları artıb.