Strategiya.az xəbər verir ki, saytın əməkdaşı M.Qurbanovanın digər 3 övladının yaşadığı evdə olub.
Oğlu tərəfindən güllələnərək öldürülən M.Qurbanovanın atası Nurəddin Qurbanov bildirib ki, qızı Eldar Əliyevlə evli olduğu müddətdə daim əziyyət çəkib:
“Biz bu işin belə qalmasına imkan verməyəcəyik. Qızım 20 il idi, zülm çəkirdi. Bu illəri dözdük. Axırda da belə bir vəziyyətə gətirib çıxardılar. Düşmən düşmənə bunu etməzdi. Yuxuda olarkən tüfəngi başına dirəyib atəş açıb. Heç bir yerdə qadına qarşı belə şey görülməyib”.
Mərhumun anası Elmira Qurbanova isə bildirib ki, qızının ailəsində daim problemlər olub:
“Mənim hər kimi balamı onlar qətlə yetirib. Yoldaşının ayıq olduğu gün olmurdu. Həmişə içirdi, ailəyə baxmırdı. Neçə dəfə qızımı bıçaqlamışdılar da. Amma Mədinə gizlədirdi, hər dəfə nəyəsə görə ehtiyatsızlıqdan xəsarət aldığını deyirdi. Artıq təngə gəlmişdi, məhkəməyə boşanmaq üçün müraciət etmişdi. Bu ayın 19-u məhkəmə olacaqdı. Amma bir gün qabaq, yəni ayın 18-i öldürdülər. Gör, onların necə sirri, necə bir zibil işi olub ki, qızı boşanmağa imkan vermədən öldürdülər. Həm də qızım bacısına deyibmiş ki, məktublar yazmışam, şkafa qoymuşam. Əgər mənə nə isə olsa, bilin ki, məni öldürüblər. Hadisəni gizlətməyə çalışırdılar. Lap mənim balam tərbiyəsiz idi, əxlaqsız idi, buraxardınız gəlsin mənim yanıma. Mən onu gözümün içində saxlayacaqdım. Neçə dəfə polisə zəng edilib, amma gəlmirdilər. Mən istəyirəm, tələb edirəm ki, qızımın üstündən o söz götürülsün. Çünki mənim qızım qeyrətli qadın olub. İstəyirəm ki, bu işi təşkil edənlər - uşağın atası da, babası da tutulsun”.
Oğlu tərəfindən qətlə yetirilən qadının qardaşı Elməddin Qurbanov da valideynlərinin dediklərini təsdiqləyib və bu cinayətin tək bacısı oğlu Maarif Əliyev tərəfindən törədilmədiyini deyib:
“Orda qurğu qurulub. Bacıma da, uşaqlarına da yəqin, nə isə içirdiblər ki, onlar hələ axşam saat 8-9-da yuxuya gedib. O vaxt kim yuxuya gedər ki?!. Əgər elə bir hal var idisə, Mədinənin binamusluğunu görmüşdülərsə, gəlib bizə deyərdilər, biz özümüz tədbir görərdik”.
Hadisənin şahidi olan ailənin böyük övladı, mərhum M.Qurbanovanın böyük qızı Fatimə Əliyeva da hadisənin əvvəlcədən planlaşdırıldığını iddia edib:
“Hadisədən bir gün əvvəl atamla anam dalaşmışdı. Anam çıxıb getmək istəyirdi, atam qolundan tutub kresloya atdı. Yenə durub qaçmaq istəyəndə də imkan vermədi. Səhəri gün hər şey normal idi. Qardaşımla babam nə isə danışırdılar. Qardaşım dedi ki, zəhər versək ölməyə bilər, həkimlər mədəsini yuyub sağaldacaqlar. Sonra dedi, “bıçaqlamağa da qorxuram ki, qan görərəm, tüfəngi nə vaxt verə bilərsən?”. Amma söhbətin dəqiq nədən getdiyini həmin vaxt bilmirdim. Nəyin baş verəcəyini, nə planlaşdırıldığını bilmirdim. Həm də həmin gün qardaşım ancaq gülürdü, səhərdən həmin hadisəyədək ancaq gülürdü”.
Fatimə hadisəni belə nəql edib:
“Hadisə vaxtına gəlincə, anamla kiçik bacım divanda yatmışdılar. Bacımı ayağının altında uzandırmışdı, özü də yuxuya getmişdi. Anama dedim ki, dur get, razı olmadı, mən də kresloda oturduğum yerdə yuxuya getmişəm. Qardaşım kresloda oturmuşdu, babam da həmin otaqda uzanmışdı. Bir də yuxudan ayılanda gördüm kimsə qapıdan qaçdı. Anama baxdım elə bildim yatıb, yerdə də tüfəng vardı. Bir də baxanda gördüm hər tərəf qandı, qışqırıb qaçdım”.
Söhbətə müdaxilə edən Elmira Qurbanova:
“Hadisədən 2-3 gün əvvəl Mədinənin kiçik oğluna babası silahını təmizlətdirib yağlatdırıb. Çünki istəmirmiş silahda öz əlinin izi qalsın. Bu hadisəni uşaq özbaşına törətməyib. Onu kim başa salıbsa, silahı kim veribsə, hamısının cəzalandırılmasını tələb edirəm”.
Qeyd edək ki, dekabrın 18-də Füzuli rayon sakini, 1979-cu il təvəllüdlü Mədinə Qurbanovanın oğlu 16 yaşlı Maarif Əliyev tərəfindən güllələnərək qətlə yetirilməsi faktı ilə bağlı Sabunçu rayon Prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci maddəsi ilə iş başlanılıb, araşdırma aparılır. Hadisəni törətmiş M.Əliyev həbs edilib.
Strategiya.az
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM