Ruhani İrəvanda: İran-Ermənistan münasibətlərində yeni mərhələ?

13:05 / 23.12.2016

İranın dövlət başçısı Həsən Ruhaninin Ermənistana səfəri ilə bağlı müxtəlif təhlillər aparılır. Erməni mətbuatı əldə edilən razılaşmalardan pafoslu şəkildə yazır. Ancaq bütövlükdə dərc edilən yazılara təhlili yanaşdıqda, burada qərəzliliyin olduğunu da görmək mümkündür. İranla Ermənistan arasında bir neçə sənəd imzalanıb. Tərəflər əlaqələri daha da inkişaf etdirmək niyyətindən danışırlar. O cümlədən regional xarakterli layihələrin reallaşdırılmasından bəhs edilir. Bütün bunlar erməni ekspertlər tərəfindən nədənsə anti-Azərbaycan və anti-Türkiyə isteriyası kontekstində təqdim olunur. Sanki İran Azərbaycan və Türkiyəyə qarşı olan əməkdaşlıq formatına üstünlük verməyə başlayıb. Ermənilərin bu cür davranışı gözləniləndir, çünki onlar heç zaman obyektiv düşünməyiblər. Bununla yanaşı, reallıq da göstərir ki, İran-Azərbaycan münasibətləri yüksək səviyyədədir və hansısa qarşıdurmadan söhbət gedə bilməz. Hər iki ölkənin rəhbərliyi əməkdaşlığı inkişaf etdirməkdə qətiyyətlidirlər. Bu məsələlərin geosiyasi təhlili maraqlı olardı.

İmzalanan sənədlər: enerji və nəqliyyat sahələrinə verilən üstünlük

Adi halda İran Prezidentinin Ermənistana səfər etməsi normal qarşılanır. Müasir dövrdə bütün ölkələr arasında əlaqələrin qurulması beynəlxalq hüquqa uyğundur. Lakin erməni kütləvi informasiya vasitələri Həsən Ruhaninin İrəvana gedişini xeyli dərəcədə birtərəfli şəkildə işıqlandırmağa cəhd edərək, həmin səfəri Azərbaycan və Türkiyəyə qarşı bir hadisə kimi təqdim edib. Biz isə bu məsələyə obyektiv mövqedən yanaşmaq istədik.

İran Prezidenti İrəvanda "iki xalq arasında qədim dostluğun və əməkdaşlığın olduğunu" vurğulayıb (bax: Президенты Армении и Ирана подвели итоги переговоров / "www.president.am", 21 dekabr 2016). H.Ruhani ermənilərlə "eyni sivilizasiya və mədəniyyət mühitində yaşadıqlarını" deyib (bax: əvvəlki mənbəyə). İran dövlət başçısı bu sözləri təsadüfi işlətmir. Doğrudan da, keçən əsrin 90-cı illərində İran Ermənistan üçün "həyat yolu" olub. Bu barədə rəsmi şəxslər açıq danışıblar. Hətta rəsmi İrəvan buna görə Tehrana dəfələrlə minnətdarlığını da bildirib.

İki ölkənin rəhbərləri qarşılıqlı səfərlər edib, müxtəlif sənədlər imzalayıblar. Ancaq onların az bir hissəsi reallaşdırılıb. Bununla bağlı H.Ruhani İrəvanda olarkən ifadə edib: "İran və Ermənistan münasibətlərinin böyük potensialı vardır, lakin indiyə qədər onun yalnız bir hissəsindən istifadə edilib, qalan hissəsini isə biz yaxın aylar və illərdə işə salmalıyıq" (bax: əvvəlki mənbəyə).

Sonuncu fikirdə əks olunan "qalan hissənin işə salınması" dedikdə, İranın dövlət rəhbəri konkret olaraq nələri nəzərdə tutur? İmzalanan sənədlərdən və aparılan müzakirələrin məzmunundan aydın olur ki, tərəflər geniş aspektdə əməkdaşlığa hazırdırlar. İdman, turizm, ticarət, sərmayə qoyuluşu, energetika, elm, bank işi və texnologiyalar, ekologiya kimi sahələrdə müqavilələr imzalanıb (bax: əvvəlki mənbəyə).

Bunların fonunda nəqliyyat və enerji sferalarında nəzərdə tutduqları bir sıra əməkdaşlıq formulu regional və qlobal miqyasda İranla Ermənistanın ortaq hərəkət barədə düşündüklərini göstərir. Bunun geosiyasi proseslərin dinamikası aspektində hansı nəticələr verə biləcəyi üzərində bir qədər geniş dayanmaq olar.

Aydındır ki, Tehran İrəvanla müəyyən geosiyasi konfiqurasiya yaratmaqda maraqlıdır. Konkret olaraq enerji proyektləri və ticarət marşrutları üzrə ortaq layihələri reallaşdırmağa çalışırlar. Burada Şimal-Cənub dəhlizi üzrə Ermənistandan istifadə etməklə Rusiya və Avropaya çıxış mühüm yer tutur. İran Prezidenti həmin kontekstdə deyib: "Bizim enerji sferasında, o cümlədən qazın ixracı həcminin artırılması, İran ərazisindən keçməklə Türkmənistan qazının nəqlində, elektrik enerjisinin verilməsində yaxşı münasibətlərimiz vardır" (bax: əvvəlki mənbəyə).

Deməli, İranla Ermənistan yalnız iki ölkəni əhatə edən enerji layihələrini deyil, başqa dövlətlərin də iştirak etdiyi proyektləri həyata keçirmək istəyirlər. Burada Türkmənistan, Rusiya və Gürcüstanın adı çəkilir. Türkmənistan qazının İrandan keçməklə Ermənistana, oradan da Gürcüstan vasitəsi ilə Qara dənizə çıxarılması nəzərdə tutulur. Erməni ekspertlərin bəziləri bunu "Yeni İpək Yolu" layihəsinin tərkib hissəsi kimi təqdim etməkdə maraqlıdırlar.

İranın rəsmi dairələri isə Fars körfəzi ilə Qara dənizi birləşdirən dəhlizdən söz açırlar. "Ermənistan və İran Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizinin tərkib hissəsi ola bilərlər" (bax: əvvəlki mənbəyə). Burada avtomobil və dəmiryolu vasitəsi ilə ticari-iqtisadi əlaqələrin qurulması mümkündür. Həm də tərəflər bu məsələyə regional əməkdaşlıq kontekstində qiymət verirlər. Beləliklə, Tehran və İrəvan enerji və ticarət sahələrini nəzərdə tutan bir layihəni həyata keçirmək istəyirlər.

Geosiyasi aspekt: erməni ekspertin xülyaları və regional reallıqlar

İrəvan Dövlət Universitetinin İranistika kafedrasının müdiri Vardan Voskanyan Rusiyanın "Nezavisimaya qazeta" nəşrinə bildirib ki, iki ölkə arasındakı münasibətlərdə siyasi və iqtisadi aspektlərin sintezi prosesi gedir. Tərəflər Şimal-Cənub kommunikasiya və enerji dəhlizində əməkdaşlığı gücləndirməyə çalışırlar ki, bunun da geosiyasi mənası vardır. Fars körfəzi ilə Qara dənizi Ermənistan və Gürcüstandan keçməklə birləşdirmək regional əhəmiyyətli hadisədir. Buraya dolayısı ilə Rusiya da aiddir. O cümlədən Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə iqtisadi əlaqələri imtiyazlı şəkildə yaratmaq məsələsi gündəmdədir. Burada Ermənistan-İran sərhədinin ermənilərə aid olan hissəsində azad ticarət zonası yaratmaq ideyası da vardır (bax: Армения свяжет Иран с ЕАЭС. Ереван и Тегеран рассматривают новые экономические проекты и реанимируют существующие / "www.ng.ru", 21 dekabr 2016).

Ancaq, qəribədir ki, erməni alim bu addımları obyektiv tələbat kimi deyil, Azərbaycan-İsrail münasibətlərinə cavab olaraq qiymətləndirir. O bununla bağlı deyir: "...İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya səfərindən sonra Tehranla münasibətlər pozulub. Azərbaycanla İsrail arasındakı hərbi sahədəki fəal əməkdaşlıq bir tərəfdən Ermənistana, digər tərəfdən isə İrana qarşı yönəlib" (bax: əvvəlki mənbəyə). Əslində bu, rəsmi İrəvanın mövqeyidir və tamamilə qərəzlidir. Burada reallığı əks etdirən bir kəlmə belə yoxdur.

Birincisi, İranla Azərbaycan, Həsən Ruhaninin İrəvanda da bir neçə dəfə dediyi kimi, dost ölkədirlər. Onlar arasında konkret sahələr üzrə əməkdaşlıq yüksək səviyyədədir və tərəflər bunun inkişaf etdirilməsində maraqlıdırlar. Hətta təhlükəsizlik sahəsində iki dövlət bir-biri ilə sıx əlaqələr qura biliblər. Bunun təsdiqi Bakıda Rusiya, Azərbaycan və İran prezidentlərinin apardıqları müzakirələr və gəlinən razılıqlarda yaxşı ifadə olunub. Azərbaycan Prezidenti bu əməkdaşlıq formatını tarixi əhəmiyyət kəsb edən hadisə adlandırıb və onun səmərəli nəticələr verəcəyini ifadə edib. İlk növbədə Şimal-Cənub dəhlizinin reallaşmasında həmin formatın əhəmiyyəti böyükdür.

Bunlardan başqa, Azərbaycanla İran "Yeni İpək Yolu" layihəsi çərçivəsində də əməkdaşlıq edirlər. Onlar arasında Xəzərin statusunun müəyyənləşdirilməsi istiqamətində danışıqlar davam edir. Nəhayət, Azərbaycanla İranı tarixi və etnik bağlılıq birləşdirir, iki ölkənin insanları bir-biri ilə qohumdurlar, ayrılmazdırlar. Serj Sarkisyan Həsən Ruhani ilə görüşündə İrandakı erməni icmasına qarşı yaxşı münasibətə görə minnətdarlıq edib, orada erməni mədəni irsinin qorunmasından razılığını bildirib. Ancaq erməni siyasətçi bir şeyi unudur ki, İranda ermənilər icmadırsa, azərbaycanlılar (türklər) elə cəmiyyətin özüdür. Məhz ermənilərin bütün satqınlığı, xəyanəti və nankorluğuna baxmayaraq, İrandakı xalqlar (o cümlədən azərbaycanlılar) erməni mədəniyyətini qoruyurlar, erməni icmasına isə toxunan yoxdur. Lakin o da faktdır ki, bizi ermənilərdən tarixən fərqləndirən də elə məhz budur. Bütün bunlara görə, ermənilərin İranla Azərbaycanı qarşı-qarşıya qoymaq kimi absurd cəhdləri böyük saxtakarlıq, qərəzli və əhəmiyyətsiz iş deyildirmi?

İkincisi, hansı səbəblərdən İsrail-Azərbaycan münasibətləri İran, yaxud Ermənistana qarşı yönələ bilər? Biz də deyə bilərikmi ki, Ermənistan-Rusiya və ya Ermənistan-İran əməkdaşlığı Azərbaycan və Türkiyəyə qarşı yönəlib? Demərik, çünki Azərbaycan bəşəri, demokratik, multikultural düşüncəyə əsaslanan siyasət yeridir, başqalarının əməkdaşlığı Bakını qətiyyən narahat etməz. Ermənistanla ABŞ, Avropa ölkələri, Rusiya hətta hərbi sahədə belə əməkdaşlıq edirlər. Rəsmi Bakı yalnız təcavüzkara işğalı davam etdirməyə imkan verilməsini qəbul etmir, digər sahələrə Azərbaycanın heç bir etirazı yoxdur. Hətta Bakı ifadə edir ki, işğala son qoyulsa, Ermənistanla əməkdaşlıq tam həcmdə bərpa olunacaq. Bunu Ermənistanın keçmiş başçısı Levon Ter-Petrosyan belə etiraf edir. Lakin Ermənistan rəhbərliyi belə konstruktiv və sivil düşüncə tərzindən çox uzaqdır. O hələ müasirləşməyib.

Bunlar onu göstərir ki, həmişə olduğu kimi, rəsmi İrəvan yenə də hər hansı ölkə ilə münasibətlərini anti-Azərbaycan ritorikası ruhunda qurmağa çalışır və onu bu formada təqdim etməyə cəhd göstərir. Ancaq İran kimi böyük dövlət başqalarının marağına görə hərəkət etmir.

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM