Yol polisi bundan sonra yalnız üç halda avtomobili cərimə meydançasına evakuasiya edə biləcək
Ötən həftə Milli Məclisin İnzibati Xətalar Məcəlləsinə etdiyi dəyişikliklərdən biri ölkəmizdə dayanma və durma qaydalarını pozmaqla parklanmış nəqliyyat vasitəsinin evakuasiya edilməli olduğu hallara aydınlıq gətirmək olub. Avtosfer.az bildirir ki, bu, 2000-ci ildən bugünədək parklanma qaydalarını pozan nəqliyyat vasitəsinin evakuasiyası şərtlərini dəqiqləşdirməyə yönələn ikinci cəhddir. Təəssüf ki, hər iki cəhd uğursuzdur.
İXM-in ilk variantında (2000-ci il) qeyd olunurdu ki, sürücü dayanma və durmanın istənilən qaydasını pozduqda onun avtomobili evakuasiya oluna bilər. Yəni məsələn, sürücü duracaq tormozunu çəkmədən avtomobili tərk etmiş olduqda formal olaraq onu evakuasiya etmək olardı. Daha sonra “Yol hərəkəti haqqında” Qanuna dəyişiklik edildi və bir qədər konkretləşdirildi ki, avtomobil bu Qanunun 52-ci maddəsinin 4-cü və 6-cı hissələrində göstərilən qadağaları pozmaqla parklanmış olduqda evakusiya edilə bilər. Lakin bu da məsələni həll etmədi. Çünki dayanma və durmanın istənilən pozulma halında sürücü yanında olmayan avtomobil evakuasiya edilə bilərdi və s.
Ötən həftə İXM-in 124-cü maddəsinə edilən dəyişiklik, xüsusən də ona əlavə edilən “Qeyd” evakuasiyanın yol verildiyi halları dəqiqləşdirməyə yönəlib. Həmin maddəyə edilən dəyişikliyi təhlil edəndə aydın olur ki, sürücüsü yanında olmayan və dayanma, durma və parklanma qaydalarını pozmaqla duracağa qoyulmuş avtomobil bu Qanun qüvvəyə mindikdən sonra yalnız aşağıdakı hallarda evakuasiya oluna biləcək:
1) həmin nəqliyyat vasitəsi yol hərəkətinə maneə yaratdığı hallarda;
2) həmin nəqliyyat vasitəsi piyadaların hərəkətinə maneə yaratdığı hallarda;
3) bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda (yəni parklanma yerində 24 saatdan artıq park edildikdə).
Göründüyü kimi, yeni düzəliş bu əsasla evakuasiyanın yol verildiyi 3 halı qəti müəyyən edir və 4-cü hal yoxdur. Üçüncü hal nisbətən aydındır (bu halın hansı zərurətdən irəli gəldiyinə toxunmaq istəmirəm). İlk iki halda isə əsas meyar “maneə yaratma” kimi ifadə olunub. Həmin ifadəyə “Qeyd”də anlayış verilir. Bu “Qeyd”i olduğu kimi təqdim edirəm:
- Bu Məcəllənin 124.5-ci maddəsində “yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallar” dedikdə dayanma və ya durma qaydalarını pozmuş nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmamasının tıxac yaranmasına və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətini mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olduğu hallar başa düşülür".
Ciddi terminoloji qüsusların da olduğu bu anlayış həm də əslində heç nəyə alayış gətirmir. Orada “maneə yaratma”nın meyarı kimi iki əlamət göstərilir: 1) tıxac yaranmasına səbəb olma, 2) digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətini mühüm dərəcədə məhdudlaşdırma. Birinci meyarı həmin “Qeyd”dəki məzmunda götürsək, belə çıxır ki, dayanma və durma qaydalarını pozmuş sürücünün avtomobilini görən evakuator heyəti çox dəqiqliklə qiymətləndirməlidir ki, bu avtomobil tıxac yaranmasına səbəb olacaq və yalnız bundan sonra evakuasiyanı həyata keçirməlidir. Ən ciddi problem isə odur ki, ölkəmizin qanunvericiliyində tıxacın normativ anlayışı yoxdur. Deməli, hansı vəziyyətin tıxac sayılmasını hər kəs özü istədiyi kimi müəyyən edə bilər. Başqa sözlə, yenə də qeyri-müəyyənlik, çəkişmələr və mübahisələr qaçılmaz olacaq.
İkinci meyar da uğursuz və qeyri-müəyyəndir. Əslində, “maneə yaratma digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin mühüm dərəcədə məhdudlaşdırılmasıdır” kimi ifadə heç nəyi aydınlaşdırmır. Hətta əksinə istənilən mütəxəssis “yol hərəkətində “mane olma” nədir?” sualına asanlıqla cavab verə bilir. “Mühüm dərəcədə məhdudlaşdırma” isə bir halda piyadanın və ya avtomobilin yolunun tam bağlanmasını, digər halda isə onların öz adi yolunu dəyişərək fərqli trayektoriya ilə hərəkət etməsini ehtiva edə bilər.
Bu layihəni hzırlaynların diqqətindən yayınan ən ciddi məsələ isə hərəkətin təhlükəsizliyinə xələl gətirməklə parklanmış avtomobillərin evakuasiyasıdır. Dünyanın hər yerində ilk növbədə duracağa qoylduğu yerdə piyada və və ya başqa nəqliyyat vasitələri üçün qəza riski yaradan avtomobil evakuasiya olunur.
Haqqında danışdığımız layihənin uğursuzluğunu konkret misallarla ifadə edə bilərəm. Məsələn, bu layihə qüvvəyə minəndən sonra avtobus daynacağını zəbt edən avtomobili, yaxud düz piyada keçdinə çataraq dayanmış avtomobili heç də həmişə evakuasiya etmək olmayacaq, çünki hər iki halda tıxac yaranmaya, kiminsə hərəkəti məhdudlaşmaya bilər.
Beləliklə, hesab edirəm ki, evakuasiyaya yol verilən halları dəqiqləşdirməyə yönələn bu düzəliş, əslində heç bir təcrübi əhəmiyyət daşımayacaq, hətta əksinə, yeni məzmunlu problemlər doğuracaq. Bu məsələyə tam aydınlıq gətirmək üçün dünyada çox gözəl təcrübə var. Həmin təcrübə belədir ki, dayanma və durmanın qadağan edildiyi konkret hallar (məsələn, piyada keçidində durma, ikinci və sonrakı cərgələrdə durma və s.) sadalanır və qeyd olunur ki, bu hallarda sürücüsü yanında olmayan avtomobil evakuasiya edilməlidir.
Ərşad Hüseynov,
hüquqşünas
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM