Azərbaycanın tanınmış alimi vəfat edib

19:50 / 24.12.2016

Azərbaycanın tanınmış alimi Maqsud Əliyev dünyasını dəyişib.
 
Strategiya.az-ın məlumatına görə, Prezident İlham Əliyev, dövlət və hökumət nümayəndələri, alimlər M.Əliyevin vəfatı ilə bağlı nekroloq imzalayıblar. 
 
Nekroloqda deyilir: 
 
“Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın tanınmış alimi, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının fizika-riyaziyyat və texnika elmləri bölməsi akademik-katibinin müavini Maqsud İsfəndiyar oğlu Əliyev 2016-cı il dekabrın 23-də ömrünün 93-cü ilində vəfat edib. 
 
Maqsud Əliyev 1924-cü il avqust ayının 27-də Tbilisi şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1941-ci ildə Tbilisi Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1943–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirakı ilə əlaqədar ali təhsilini yarımçıq qoymuş və cəbhədən qayıtdıqdan sonra təhsilinə davam etmiş, 1947–1950-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində oxumuşdur.
 
Əmək fəaliyyətinə 1950-ci ildən etibarən Azərbaycan Politexnik İnstitutunda assistent kimi başlayan Maqsud Əliyev 1954–1957-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda baş müəllim, 1957–1961-ci illərdə isə Azərbaycan Dövlət Universitetində baş müəllim, dosent vəzifələrində çalışmışdır. O, 1961-ci ildən taleyini Azərbaycan Elmlər Akademiyası ilə bağlayaraq Fizika İnstitutunda 1966-cı ilədək baş elmi işçi, 1966–2013-cü illərdə laboratoriya müdiri işləmiş, 1971-ci ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının fizika-riyaziyyat və texnika elmləri bölməsi akademik-katibinin müavini vəzifəsini icra etmişdir.
 
Maqsud Əliyev 1957-ci ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 1966-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmiş və 1967-ci ildə professor elmi adını almışdır. O, fizika ixtisası üzrə 1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir.
 
Akademik Maqsud Əliyev Azərbaycanda fizika elminin inkişafında mühüm xidmətlər göstərmişdir. Onun uzun bir dövrü əhatə edən səmərəli elmi fəaliyyətinin başlıca istiqamətini yarımkeçiricilərin fiziki xassələrinin öyrənilməsi təşkil etmişdir. Yarımkeçiricilərin istilik keçirməsi probleminin həllinə yönəlmiş həmin araşdırmalar aktuallığı ilə səciyyələnərək bu sahədə bir sıra əsaslı məsələlərin aydınlaşdırılmasına zəmin yaratmışdır. Maqsud Əliyev selenin kristallaşmasına, elektrik, optik və istilik xassələrinə az miqdarda aşqarların təsirinin ilk tədqiqatçılarından idi. Alimin apardığı fundamental tədqiqatlardan əldə olunan mühüm nəticələr mütəxəssislər tərəfindən yüksək dəyərləndirilmişdir.
 
Maqsud Əliyev elmi yaradıcılığını pedaqoji fəaliyyəti ilə daim ahəngdar şəkildə əlaqələndirmiş və Azərbaycanın bir sıra ali təhsil ocaqlarında yüksəkixtisaslı kadrların yetişdirilməsində fəal iştirak etmişdir. O, nüfuzlu beynəlxalq elmi simpozium, forum və konfranslardakı çıxışları ilə Azərbaycan elmini ölkənin hüdudlarından kənarda da layiqincə təmsil etmişdir.
 
Maqsud Əliyev respublikamızda və xaricdə nəşr edilmiş 350-dən artıq elmi əsərin və 30 patentin müəllifidir. Alimin rəhbərliyi ilə yarımkeçiricilər fizikası və onun tədris metodikası üzrə 40-dan çox fəlsəfə və elmlər doktoru hazırlanmışdır.
 
Akademik Maqsud Əliyevin elmi fəaliyyəti lazımınca qiymətləndirilmişdir. Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə o, müxtəlif orden və medallara layiq görülmüş, o cümlədən, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.
 
Qocaman alim, gözəl pedaqoq və səmimi insan Maqsud İsfəndiyar oğlu Əliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır”.
 
Allah rəhmət eləsin!
 
İlham Əliyev
 
Artur Rasizadə
 
Oqtay Əsədov
 
Ramiz Mehdiyev
 
Elçin Əfəndiyev
 
Hacıbala Abutalıbov
 
Fatma Abdullazadə
 
Akif Əlizadə
 
Mikayıl Cabbarov
 
Arif Paşayev
 
Tofiq Nağıyev
 
İbrahim Quliyev
 
İsa Həbibbəyli
 
Rasim Əliquliyev
 
Telman Əliyev
 
Çingiz Qacar
 
Cavad Abdinov
 
Bahadur Tağıyev
 
Firudin Haşımzadə.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM