Tutuquşular bir müddət əvvəl hardansa bura gəlib. Özü də nə az nə çox, sayları 30-a yaxındır.
Bulvar idarəsinin əməkdaşlari əvvəl elə biliblər ki, tutuquşular nə vaxtsa çixib gedəcək, amma belə olmayib. Tutuquşular hələ də bulvardakı ağaclarda yaşayır və heç yerə getmirlər.
Tutuquşular həm görünüşü, həm də çıxardıqları səslərlə bulvara başqa ahəng gətiriblər.
Dənizkənarı Bulvar İdarəsinin kommunal xidmət, təmir və mühafizə müəssisənin direktoru Rafael Niftəliyev deyir ki, gələcəkdə tutuquşuların sayı çoxalarsa quş yuvalarının sayını artıracaqlar. (“Xəzər TV”)