Bakı Beynəlxalq Avtovağzalı 25 dekabr - 7 yanvar tarixinədək gücləndilimiş iş rejimində fəaliyyət göstərəcək.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, sərnişin sıxlığını nəzərə alaraq 200 ehtiyat avtobus ayrılıb. Adi günlərdə 200 reyslə 7-8 min sərnişin daşınırdısa, bayram günlərində təxminən 600-700 reyslə 16-18 min sərnişin daşınması gözlənilir.
Bayram günləri regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün öncədən almaq tövsiyə olunur.
Əlavə sual və təkliflər üçün: Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin "qaynar xətt"i 012-480-42-86 və Bakı Beynəlxalq Avtovağzalının "qaynar xətt"i 012-499-70-38 /trend/