"Elton Məmmədov 10 ildir ki, deputatdır. Əməkhaqqı 10 il ərzində 240.000 manat pul edir"

22:21 / 23.04.2014

"Bu avtomobillərin qiymətləri ümumi hesablandığı zaman 650.000 avro edir"

Bu yaxınlarda Yevlax gömrüyü rəisinin oğlu, polis əməkdaşı Tural Həsənovun və Rahib Abdulbağırov adlı şəxsin Zığ şossesində “BMW X6” və “Lada Priora” avtomobilləri ilə saatda 240 kilometri keçən sürətlə yarışa çıxdıqlarını əks etdirən videokadrların sosial şəbəkələrdə, daha sonra saytlarda yayılmasının ardınca DİN onların hər ikisini həbs edib. T.Həsənov 20, R.Abdulbağırov 15 sutka azadlıqdan məhrum ediliblər. 


Həmçinin T.Həsənov polis orqanlarından qovulub, atası Əliməmməd Həsənov isə vəzifəsindən çıxarılıb. Bu fakt prezident İlham Əliyevin qanunlara məhəl qoymayan qudurğan məmur balalarının cəzalandırılacağına, onların atalarının vəzifələrindən qovulacağına dair etdiyi xəbərdarlığın qüvvədə qaldığını bir daha sübut edib. 
 
Amma buna baxmayaraq, hələ də məmur övladları, öz bahalı avtomobilləri ilə Bakının küçələrində hansı sürətlə şütüdüklərini nümayiş etdirməkdən çəkinmirlər. Bu əməllərini videoya çəkərək sosial şəbəkələrdə yerləşdirirlər və bu yolla öz məharətlərini nümayiş etdirirlər.
 
Onlardan biri də Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlanlarıdır. Videokadrlara əsasən dövlət nömrə nişanlarından biri 10 LZ 100 nömrəli iki avtomobil Zığ-aeroport şossesində yüksək sürətlə yarışa çıxır. 10 LZ 100 dövlət nömrə nişanlı avtomobil bizim diqqətimizi çəkdi. 
 
Bu məsələ ilə bağlı bir az araşdırma apardıq. Məlum oldu ki, Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlanları Aynar və Elnur Məmmədov qardaşlarına məxsus olan milyonlarla ölçülən avtomobillərinin nömrələri də özlərinə məxsus şəkildədir.  Aynar Məmmədov (10-LR-100) Elnur Məmmədov isə (10-LZ-100) serialı dövlət nömrə nişanlı avtomobillərdə gəzirlər. Maraqlısı burasındadır ki, onların bütün avtomobillərində nömrələr eynidir. 
 
Aynar Məmmədovun 10-LR-100 nömrəsilə bizə məlum olan avtomobilləri və onların təqribi qiymətləri bunlardır. 
 
Maserati Quattroporte Sport GT S 386.000 avro
Maserati Quattroporte 200.000 avro
BMW M5 150.000 avro
Grand Cherokee 50.000 avro
BMW X6 130.000 avro
Mercedes M-Class 70.000 avro
Fiat 500 15.000 avro
Audi Q7 136.000 avro
Mercedes Viano 50.000 avro
BMW 5 Series 180.000 avro
Land Rover 60.000 avro
Range Rover 100.000 avro 
BMW X5 60.000 avro
Jaguar XF 75.000 avro
 
Bu avtomobillərin qiymətləri ümumi hesablandığı zaman 1.662.000 avro məbləğində pul edir.
 
Bundan əlavə Aynar Məmmədovun İnstagram səhifəsində yerləşdirilmiş fotolardan birində onun son model “BMW”avtomobili ilə Zığ şossesində saatda 238.2 kilometr sürət yığdığı avtomobilin bort kompüterinin göstəricilərinə əsasən nümayiş olunurdu. A.Məmmədovun İnstagram fotolarından məlum olurdu ki, onun kolleksiyasında “Lamborghini Avendator LP700-4” (qiyməti 440 min 500 dollardan 650 min dollara qədərdir), “Mercedes CLS 63” (72 min dollar), “Ferrari” (bu maşınların qiyməti 200 min dollardan başlayır) kimi çoxsaylı dəbdəbəli superkarlar yer alır.
 
Yeri gəlmişkən, Aynar Məmmədovun rəsmi iş yeri Milli Məclisdir. Yəni o, da məmur sayılır. Amma görünən budur ki, deputat oğlunun həyatında ən başlıca yeri qanun layihələri və seçicilər yox, bahalı maşınlar tutur. Buna görə də Aynar Məmmədov maşınlarının sayını getdikcə artırmaqla məşğuldur. Avtomobillərinin qiyməti 15.000 -  650.000 avro arasında olduğunu nəzərə alsaq görərik ki, Aynar Məmmədov üçün pul məsələsi o qədər də böyük problem deyil. İstədiyi avtomobili almağa qadirdir. Elton Məmmədov 10 ildir ki, deputatdır. Aylıq əməkhaqqını 2000 manat olaraq hesablasaq 10 il ərzində 240.000 manat pul edir. Bu da sadəcə A.Məmmədovun “Maserati” markalı avtomobilinin qiymətini ödəyə bilər. 
 
Deputatın digər oğlu Elnur Məmmədov isə daha “təvazökar” görsənir. Çünki onun 10-LZ-100 dövlət nömrə nişanlı avtomobillərinin sayı daha azdır.

Nissan GTR600 Hennessey 150.000 avro
Nissan GT-R 140.000 avro
BMW X5 60.000 avro
Lexus IS Series 50.000 dollar
Porsche Panamera 250.000 avro
 
Bu avtomobillərin qiymətləri ümumi hesablandığı zaman 650.000 avro edir. Bu qədər pulları haradan qazanmaqları naməlumdur. Elnur Məmmədov daha çox idman sahəsi ilə maraqlanır və bir neçə ay öncə kiq-boksinq üzrə turnirin qalibi olub. 
 
Bir nömrənin bir neçə avtomobildə istifadə edilməsinin qanuni tərəflərini aydınlaşdırmaq üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyevlə əlaqə saxladıq. 
 
Kamran Əliyev musavat.com-a açıqlamasında bildirib ki, nömrə nişanı yalnız bir avtomobildə istifadə etmək olar: “Bir dövlət nömrə nişanını yalnız bir avtomobildə istifadə etmək olar. Daha doğrusu qeydiyyat şəhadətnaməsində qeyd olunan avtomobildə istifadəsi mümkündür. İkinci və ya üçüncü avtomobildə istifadə etmək üçün qanuni tələblər var. Bəzən olur ki, kimsə avtomobilini başqasıyla dəyişir. Bu zaman avtomobilinin nörməsini yeni avtomobilində istifadə etmək istəyir. Onun da öz qaydaları var. Belə olduğu təqdirdə rəsmi şəkildə qeydiyyatdan keçirilir və həmin dövlət nişanı yeni avtomobilə təhkim edilir. Vətəndaşın bir neçə avtomobili varsa, onların hər birinin ayrı-ayrı nömrə nişanı olmalıdır. Bir nömrə nişanının eyni zamanda birdən artıq avtomobildə istifadəsi mümkün deyil, bu tamamıilə qanunsuzdur. Əgər elə bir şey aşkarlanarsa, həmin vətəndaş 60 manat məbləğində cərimə ediləcək və 4 bal yazılacaq”.
 
Onu da qeyd edək ki, Aynar Məmmədov 10-LR-100 dövlət nömrə nişanlı avtomobili ilə Ziya Məmmədovun oğlunun toyunda olub və korteşdə yer alıb. Buna sübut olaraq həmin kortejin videogörüntüsünü götürmək olar. Həmin görüntülərdə Aynar Məmmədovun özünə məxsus olan 10 LR 100 dövlət nömrə nişanlı “Maceratti” avtomobili də görüntülənib. Maşının bəzək-düzəyindən də görünür ki, bəylə gəlin də elə məhz bu maşında - əmioğlunun 10 LR 100 nömrəli “Maceratti”sində əyləşiblər.
 
O ki, qaldı bu nömrələrin qiymətlərinə. Əgər dövlət tərəfindən açıqlanan qiymətləri nəzərə alsaq, nömrələrə verilən pullar onlar üçün çox kiçik məbləğdir.
 
Azərbaycanda avtomobillər üçün dövlət nömrə nişanlarının rəsmi qiymətlərini təqdim edirik. Dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə qiymətlər həriflərin eyni və ya fərqli olmasından asılıdır. Avtomobillərin nömrəsi 001-dən 009-a qədər olan rəqəmlərdən, seriyası müxtəlif hərflərdən ibarət olduqda rüsum 1500, nömrə 001-dən 009-a qədər, seriyası eyni hərflərdən ibarət olduqda rüsum 2500, nömrə 100, 200, 300, 400, 500, 600, 700, 800, 900, seriya müxtəlif hərflərdən ibarət olduqda 1000, nömrə 100, 200, 300, 400, 500, 600, 700, 800, 900, seriya eyni hərflərdən ibarət olduqda 1500, nömrə 111, 222, 333, 444 , 555, 666, 777, 888, 999, seriya müxtəlif hərflərdən ibarət olduqda rüsum 500 manat, nömrə 111, 222, 333, 444, 555, 666, 777, 888, 999, seriya eyni hərflərdən ibarət olduqda isə rüsum 1000 manat müəyyənləşib.
 
“Mətbuatda mənə aid olduğu bildirilən fotolardaki əks olunan avtomobillərin mənə heç bir aidiyyatı yoxdur”
 
Bunu AzNews.az-a açıqlamasında nəqliyyat naziri Ziya Məmmədovun qardaşı və deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov bildirib.
 
A.Məmmədovun sözlərinə görə, fotolardakı avtomobillər onun dostlarına və tanışlarına məxsusdur: “Fotoların bəzisi mənim “İnstagram”səhifəmdə yerləşdirilib. Ancaq mətbuatda hətta həmin səhifədə olmayan avtomobillərin də fotoları yayılaraq guya həmin maşınların mənə məxsus olduğu iddia olunub. Bunlar mənə atılan böhtandır. Belə məsələlərin ümumilikdə ictimailəşdirilməsinə ehtiyac olmadığını düşünürəm”.
 
“Bu şayiəni yaymaqla məni və mənim qohumlarımı şantaj etməyə çalışırlar”
 
Millət vəkili Elton Məmmədov axar.az-a bildirib ki, bu hadisələrə mənim açıqlamamı öyrənmək lazım deyil, həqiqəti ortaya çıxarmaq lazımdır: “Bu atılan addımlar azərbaycançılığa, Azərbaycan gəncliyinə qarşı şantajdır. Bunları yazan, aranı qarışdıran o insanlara ar olsun, deyirəm. Allah bilir ki, mənim övladlarım həyatı boyu belə işlər görməyib. Mənim oğlum yumruq hesabına Avropa çempionu olub. Rinqdə bayrağımızı qaldırıb. O, ata-anasının dizinin dibində bəslənməyib. Böyük oğlum Avropa çempionudur. Fevralın 23-də Bakıdan 155 kanal vasitəsilə bütün dünyaya canlı yayımlanan "K-1 World Max" turnirinin təşkilatçısı olub. Hazırda da bu idman növünün ölkəmizdə təbliği ilə məşğuldur. Bəs, bundan niyə danışan olmadı? Xocalı faciəsi ərəfəsində bu faciəni canlı yayımla yüzdən çox ölkəyə tanıtdı. Bu zaman harada idi o jurnalistlər? Mətbuata düzgün xəbər deyil, qalmaqal lazımdır. Ancaq mənim ətrafımda qalmaqal yarada bilməyəcəklər”
 
Oxucularımıza əldə etdiyimiz foto və videoları təqdim edirik.
 
Məhəmməd Türkmən
 
 
 
 
 
 
 
 
 



















































Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM