Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin daha bir kitabı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, “Yeni dünya nizamı və milli ideya” adlanan kitaba müəllifin 2002-ci və 2003-cü illərdə mətbuatda dərc olunmuş iki əsəri daxil olunub. Bu əsərlərin indi, 13-14 il sonra kitab şəklində nəşr olunaraq oxucuya yenidən təqdim edilməsi səbəbsiz deyil və dərin məntiqə söykənir.
Əgər əsərlərin altında tarix göstərilməsəydi, elə güman etmək olardı ki, müəllif onları yenicə qələmə alıb. Çünki bu əsərlərdə əksini tapan fikir, mülahizə və düşüncələr müasir dövrümüzlə tam səsləşir və aktuallığını əsla itirməyib. Daha bir mühüm məqam isə ondan ibarətdir ki, akademik sanki illərin arxasından Azərbaycanın gələcək günlərini, keçəcəyi yolu görürdü. Diqqətli oxucu dərhal görə bilər ki, müasir dünya nizamı Azərbaycanın buradakı yeri və proqnozlaşdırılan gələcəyi, XXI əsrdəki yeni lideri və milli ideya barədə söylədiyi fikirlər, çıxardığı nəticələr zamanın axarında öz təsdiqini bütünlüklə tapıb. Akademik təkzibolunmaz dəlil- sübutlara əsaslanaraq, onları fəlsəfi fikir süzgəcindən keçirərək hələ 14 il əvvəl belə bir məntiqi nəticəyə gəlmişdi: “Faktlardan qaçmaq olmaz. Onlar sübut edir ki, İlham Əliyev yeni dövrün siyasətçisidir və tarixinin mürəkkəb dövrü hələ tezliklə başa çatmayacaq ölkəyə gələcəkdə rəhbərlik etmək üçün bütün lazımi keyfiyyətlərə malikdir”.
Liderlə bağlı məsələnin mahiyyətini daha dərindən anlamaq üçün bir qədər təfərrüata varmağa, sadə olsa da, bəzi müqayisələr aparmağa ehtiyac duyulur. Kitabdan sitat: İlham Əliyevin dövlətlə, dövlətin inkişafı ilə bağlı baxışları məlumdur. Onun bütün başlıca arzu və istəkləri Azərbaycan dövlətini modernləşdirmək və ölkəni dünya miqyaslı mühüm qərarlar qəbul edən say-seçmə ölkələr birliyinə daxil etməkdir”. Günümüzün reallığı: Prezident İlham Əliyev öz müdrik və ardıcıl siyasəti ilə Azərbaycanı bu gün dünyada say-seçmə, söz və nüfuz sahibi olan ölkələr sırasına çıxara bilib. Hazırda çox sürətli inkişaf tempinə malik Azərbaycan sayı məhdud olan kosmik ailənin üzvüdür. Azərbaycan aydan-aya, ildən-ilə modernləşir və dünyaya “ASAN xidmət” kimi brendi ilə çıxır, sivilizasiyalararası dialoq mərkəzi, multikultural dəyərlər ixrac edən ölkə kimi tanınır.
Aktual mövzularda elmi əsərləri ilə vaxtaşırı geniş oxucu auditoriyasının diqqətini cəlb edən akademikin yeni kitabı zamanla sınanmış bu və digər fəlsəfi baxışlar, fikir və mülahizələrlə zəngindir.
Azərbaycanda müxtəlif dövrlərdə yürüdülən siyasətin, bu siyasət kontekstində Heydər Əliyev fenomeni haqqında düşüncələrin də yer aldığı kitabda cəmiyyət və dövlət həyatının fəlsəfəsindən, tarixdə şəxsiyyətin rolundan bəhs olunur, hadisələr konkret zaman və tarixi şərait fonunda təhlil edilir. Ötən əsrin 70-ci illərindən başlayaraq müasir dövrümüzədək Azərbaycanda və onun ətrafında cərəyan edən hadisələr, habelə ictimai-siyasi, iqtisadi proseslər fikir süzgəcindən keçirilir. Yeni dünya nizamında milli ideyanın necə yarandığı və formalaşdığı, həyata necə vəsiqə aldığı barədə suallara cavab axtarılır. Dünya siyasətində liberalizm və neokonservatizm kimi aparıcı meyillərdən bəhs edən müəllif onların sintezinin Azərbaycan üçün uğurlu ideoloji konstruksiya olduğunu nəzəri və praktiki cəhətdən əsaslandırır.
Kitabda neokonservatizm və azərbaycançılığın nisbəti, milli ideologiya, müstəqil Azərbaycanın siyasi və iqtisadi strategiyası qloballaşma kontekstində nəzərdən keçirilir, bununla bağlı fəlsəfi fikirlərə geniş yer verilir. Vaxtilə İlham Əliyevi yeni dövrün siyasətçisi kimi səciyyələndirən akademik Ramiz Mehdiyev hakimiyyətin varisliyinin Azərbaycan nümunəsi barədə maraqlı mülahizələrini bölüşür.
Nəşrdə, həmçinin Heydər Əliyev şəxsiyyəti üçün xarakterik olan liderlik, xarizmatiklik, müdriklik və digər nadir keyfiyyətlərə, Ulu Öndərin xilaskarlıq missiyasına, milli ideyanın və məfkurənin formalaşdırılması, milli dövlət quruculuğundakı roluna və digər misilsiz xidmətlərinə toxunulur. Müəllif ulu öndər Heydər Əliyevin siyasi portretinə özünəməxsus fəlsəfi ştrixlər əlavə edir.
“Şərq-Qərb” nəşriyyat evi tərəfindən çap olunan kitab oxuculara Azərbaycan və rus dillərində təqdim edilir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM