Qışda binalar fərqli üsulla tikiləcək – YENİ QADAĞALAR

14:44 / 27.12.2016

Azərbaycanda bina və qurğular layihələndirilərkən onların qış fəsli şəraitində inşa edilməsi nəzərdə tutulmalı olan tədbirlər müəyyənləşib.

Strategiya.az apa-ya istinadən xəbər verir ki, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının təsdiqlədiyi və dekabrda qüvvəyə minən “Daş və armaturlanmış daş konstruksiyalar. Layihələndirmə normaları”nda əksini tapıb.

Bu normalar yeni tikilən və rekonstruksiya olunan bina və qurğuların daş və armaturlanmış daş konstruksiyalarının layihələndirilməsinə şamil edilir. 

Bina və qurğular layihələndirilərkən onların qış fəsli şəraitində inşa edilməsi tədbirləri nəzərdə tutulmalıdır. Qış vaxtı mənfi temperaturlarda bina və qurğuların inşasında tətbiq olunan hörgü üsulu əvvəlcədən dəyərin, əməktutumunun, sementin, elektrik enerjisinin, yanacağın sərfinin və s. optimal göstəricilərini təmin edən texniki-iqtisadi hesablama ilə əsaslandırılmalıdır. 

Qış hörgüsündə qəbul olunan üsul konstruksiyaların möhkəmliyini və dayanıqlığını həm tikinti dövründə, həm də istismar vaxtı təmin etməlidir. Kərpicdən, düzgün formalı daşlardan və iri bloklardan qış hörgüsü aşağıdakı üsullardan biri ilə yerinə yetirilməlidir:

- hörgü materiallarını korroziyaya uğratmayan, şaxta əleyhinə kimyəvi əlavələrdən istifadə etməklə, şaxtada qızdırılmadan bərkiyən və markası 50-dən aşağı olmayan məhlullarda;

- kimyəvi əlavəsiz, markası 10-dan aşağı olmayan adi məhlullarda, dondurma üsulu ilə.

Bu halda konstruksiya elementləri onların həm birinci ərimə müddətində (təzə əriyən məhlulun ən aşağı möhkəmliyində), həm də binaların sonrakı istismar dövründə  lazımi möhkəmliyə və dayanıqlığa malik olmalıdır. 

Dondurma üsulu ilə tikilən daş konstruksiyaların hündürlüyü hesabatla təyin olunur, amma 15 metrdən və dörd mərtəbədən artıq olmamalıdır. Azmərtəbəli binaların (üç mərtəbəyə qədər) bünövrələrinin, yastı daşlardan markası M25-dən aşağı olmayan məhlullarda, xəndəyin divarına birbaşa söykənmiş dondurma üsulu ilə yerinə yetirilməsinə yol verilir;

- dondurma üsulu ilə tikilən konstruksiyaların markası M50-dən aşağı olmayan, kimyəvi əlavələrsiz adi məhlullarda, hörgünün, binanın üst konstruksiyaları ilə yüklənməsi üçün lazım olan möhkəmlik alması müddətində qızdırılması.

Qış hörgüsünün yekun möhkəmliyini təmin etmək üçün tədbirlər (məhlulun markasının yüksəldilməsi, möhkəmliyi yüksəldilmiş kərpic və daşların tətbiq olunması və ya ayrı-ayrı hallarda torla armaturlanmanın tətbiq edilməsi) işçi cizgilərdə göstərilməlidir.

Bu tədbirlər kimyəvi əlavəli məhlullarda yerinə yetirilən hörgüdə yük saxlama qabiliyyəti 90%-dən çox, dondurma üsulu ilə yerinə yetirilən hörgüdə 70%-dən çox istifadə edilən elementlər üçün tətbiq olunur. Şaxta əleyhinə kimyəvi əlavəli məhlullarda qışda inşa edilən yüksək mərtəbəli binaların (9 mərtəbə və çox) işçi cizgilərində müxtəlif hazırlıq mərhələləri üçün ayrı-ayrı mərtəbələrdə məhlulun aralıq tələb edilən möhkəmliyini göstərmək lazımdır.

Dondurma üsulu ilə yerinə yetirilən, qızdırılan qış hörgüsünün möhkəmliyi kəsiyin tam və ya bir hissəsində məhlulun tədricən bərkiməsi nəzərə alınmaqla təyin edilməlidir. Konstruksiyaların qızdırılmasına yalnız süni donmanın açılması müddətində hörgünün lazım olan yük saxlama qabiliyyətinin hesabatla yoxlanılmasından sonra yol verilə bilər. 

Dondurma üsulu ilə yerinə yetirilən divar hissələrində (dirəklərdə, divar aralıqlarında) donmanın açılması mərhələsində gərginliyin artması hesablamalardan aşkar edilmişsə, onda donmanın açılmasından sonrakı mərhələlərdə hörgünü pazlar və müvəqqəti dayaqlarla gücləndirmək lazımdır.

But-beton və kələkötür butdan, donmanın açılması mərhələsində vibrasiya və ya yüksək dinamik yüklərə məruz qalan və donmanın açılması mərhələsində boyuna yüklərdən 10% artıq eninə yüklərin təsirinə məruz qalan konstruksiyalar üçün donma üsulu ilə adi məhlullarda hörgünün aparılmasına yol verilmir. 

Nəm olan sexləri, hamamları, camaşırxanaları və istilik texnikası üzrə yüksək rütubətli binaların, həmçinin havasının temperaturu  40 dərəcədən çox olan binaların və su səviyyəsinin dəyişmə zonasında və bilavasitə su altında yerləşən hidroizolyasiyasız konstruksiyaların inşasında məhlullara şaxtaya qarşı əlavə kimi yalnız natriy nitritinin tətbiqinə icazə verilir.

Natriy-nitrit, potaş, qarışıq kompleks əlavəli məhlulların, bilavasitə öncədən protektor örtüklərlə üzlənməyən, sinklənmiş və alüminium qoyma hissələrlə təmasda olmasına yol verilmir. Potaş əlavəli məhlulların markası 100-dən və şaxtaya davamlılıq markası F 25-dən az olan silikat kərpiclərdən inşa edilən divarlarda tətbiq olunmasına icazə verilmir. 

Qış fəsli şəraitində üzlük tavalarla eyni vaxtda inşa olunan daş divarların layihələndirilməsində üzlük qatının və hörgünün fərqli deformasiyalı olmalarını nəzərə almaq lazımdır. Layihədə çatların yaranmasının və üzlüyün əsas divarlardan ayrılmasının qarşısını alan tədbirlər göstərilməlidir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM