ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp öz "Trump Organization" şirkətinin Hüquq Departamentinin rəhbəri Ceyson Qrinblattı beynəlxalq danışıqlar üzrə xüsusi nümayəndə təyin etməyi planlaşdırır.
Bu barədə gələcək prezidentin komandasının rəsmi bəyanatına istinadən "Reuters" məlumat yayıb.
"The Wall Street Journal" yazır ki, Ceyson Qrinblatt 20 ildir "Trump Organization" şirkətinin Hüquq Departamentinin rəhbəri vəzifəsində çalışır və seçkiqabağı kampaniya zamanı Trampın ABŞ və İsrail münasibətlərinə dair müşaviri olub.("Report")