Qazaxda Astara rayon sakini saxta əsginasla yaxalanıb.
Daxili İşlər Nazirliyindən Strategiya.az-a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi və Qazax rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 28-də rayonun 2-ci Şıxlı kəndi ərazisində Astara şəhər sakini Kainat İsmayılovdan saxta 2 min ABŞ dolları götürülüb.