ABŞ kəşfiyyatı İstanbulda terror aktı barədə əvvəlcədən xəbərdarlıq edib.
Strategiya.az bildirir ki, bu barədə gecə klubun sahibi bildirib.
Onun sözlərinə görə, gecə klubunda bir həftə - 10 gün ərzində gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb. Hücum edən şəxs Kalaşnikov avtomatından atəş açıb.
Qeyd edək ki, İstanbulun Ortakoy rayonunda yerləşən “Reina” gecə klubuna silahlı hücum zamanı 39 nəfər ölüb, daha 69 nəfər isə yaralanıb.