Böyrəklərin təbii yolla müalicəsi - Özünüzü bu üsulla sağaldın

21:43 / 02.01.2017

Böyrəklər - elə bir nadir orqandır ki, bir sutka ərzində 200 litr qan özündən keçirərək təmizləyir. Bununla bərabər onlar çox həssasdırlar - keyfiyyətsiz içməli su, ziyanlı qidalar, müxtəlif xəstəliklər onlardan təsirsiz ötüşmür. Bəli ümumiyyətlə daxili orqanların istənilən xəstəlikləri, iltihabi və ya infeksiyalı olmasından asılı olmayaraq, böyrəklərə mənfi təsir göstərirlər. Buna görə də qan dövranı ilə bu qoşa orqana dərman preparatları və xəstəliktörədən mikroorqanizmlər də düşür. Heç şübhəsiz böyrəklərə belə aqressiv təsirlər olunduqda, onda pataloji dəyişkənliklər əmələ gəlir - piolonefrit, qlomerulonefrit, çistit, sidik daşı xəstəlikləri. Ənənəvi tibb və xalq təbibləri böyrəklərdə əmələ gələn hər hansı çatışmamazlığı aradan götürmək üçün bitki müalicəsinə üstünlük verməyi məsləhət bilirlər. Çünki fitoterapiya zamanı böyrəklər yüklənmir, əksinə o bərpa olunur, onların funksiyası qaydasına düşür.
 
Böyrəklərin təmizlənməsi və sağaldılması üçün otlar
 
Uroloqlar əmindirlər ki, adi kəmərlə gələn sularda böyrəklərdə qum və daş əmələ gəlməsinə səbəb olan çoxlu sulfatlar, nitratlar və xloridlər həll olmuş şəkildə mövcuddur. Ona görə də orqanizmin "baş süzgəci"ni dövri olaraq xarici çirklənmələrdən mühafizə etmək lazımdır və bu işdə ən effektli vasitə dərman bitkiləridir.
 
Diqqət: yalnız bitki qarışıqları böyrəkləri əla yuyur və farmakoloji preparatlardan fərqli olaraq oqanizmə lazım olan kalsiumun bədəndən çıxmasına səbəb olmurlar.
 
Böyrəkləri təmizləmək üçün yemək zamanı balqabaq, xiyar, yemiş, qarpizdan istifadə etmək lazımdır. Əyər təzə meyvə - tərəvəz mövsümü deyilsə, onda kətan toxumu,üçrəngli bənövşə,quşəppəyi, ayıüzümü və gəndəlaş çiçəyi həlimindən istifadə etmək olar. Bu bitkilər sidikqovucu təsir göstərir, amma bir anı unutmaq olmaz ki, əgər arterial təzyiqin yüksək olmasına meyllilik varsa, o zaman həlimə şirquyruğu otu əlavə etmək yaxşı məsləhətdir.  
Böyrəklərin sağlamlığını bərpa etmək üçün, ədviyyatlardan cəfəri və kərəvizi sadəcə yeməyə əlavə etmək və ya ayrıca istifadə etmək olar. Bu məqsədlə həmçinin ardıc meyvələrindən istifadə etmək olar, bunun üçün yaxşı olar ki, quru meyvələri narın hala salıb paraşok şəklində yeməkdən 15 dəqiqə əvvəl su ilə qəbul edilsin. Bu tədbirlər görülərsə böyrəklər ona daxil olan qanın təmizlənməsi işinin öhdəsindən tam gələ bilər. 
 
Böyrəklərdə olan soyuqdəymənin aradan götürülməsi 
 
Adətən həkimlər böyrəklərdə pielonefrit adlanan iltihabi xəstəliyə diaqnoz verirlər, hansı ki, zaman keçdikcə böyrək çatışmamazlığına və hipertoniya xəstəliyinə gətirib çıxarır. Birinci növbədə pielonefritin müalicəsində ilk addım orqanizmdə olan artıq mayenin kənarlaşdırılmasıdır. Buna görə məqsədəuyğundur ki, qatırquyruğu və ayıüzümü həlimindən istifadə olunsun. Şişlərdən qaçmaq üçün isə yulaf cövhər qəbul etmək lazımdır.
Böyrəklərdə iltihabi proses həmişə sistitlə- sidik kisəsinin xəstəliyi ilə əlaqədardır. Necə olmuş olsa da böyrəklərdən kisəyə ziyanlı mikroorqanizmlər düşür. Ona görə belə hallarda orqanizmə mütləq geniş həcmdə kömək lazımdır. Məsləhət görülür ağcaqayın qönçələri, ayıüzümü və boymadərən(qanotu) həlimi.
 
Diqqət: sidik kisəsinin iltihabında orqanizmi bitki həliminin ağır dozası ilə yükləmək lazımdır. Buna görə məhsulu hazırlamaq üçün 1 litr qaynadılmış suya 5 mətbəx qaşığı proporsiya nəzərə almaqla həlim qatmaq  və bu məhlulu gün ərzində içib qurtarmaq lazımdır. 
 
Böyrəklərin daşlardan təmizlənməsi
 
Əlbəttə bitki müalicəsi böyrəklərdən daşların çıxarılmasına effektli kömək edə bilməz. Bunun üçün mütəxəssislərin nəzarəti altında ciddi müzlicə olunmaq lazımdır. Amma proses qum əmələ gəlmə ilə yeni başlayıbsa və ya daşlar hələ çox kiçikdirsə, onda fitoterapiya daşəmələgəlmə prosesinin qarşısını tam dayandıra bilər. 
 
İlk növbədə bilmək lazımdır ki, böyrəklərdə hansı daşlar formalaşa bilər:
Uratlar - bu zaman süd - tərəvəz dietası lazımdır;
Fosfatlar - ət dietası mütləqdir
 
Əgər böyrəklərdə qum varsa, o zaman sidikqovucu həlimlərdən istifadə etmək lazımdır (ayıüzümü, ağcaqayın qönçələri) - bu sidiyin mütəmadi çıxışına səbəb olacaq və böyrək dürğunluğunun qarşısını alacaq.
 
Böyrəkdaşı xəstəliyində yerkökü toxumlarından hazırlanmış cövhər, itburnu meyvələrindən hazırlanmış həlim, yabanı çiyələk yarpaqları və mərcangilə cövhəri cox xeyir verir. Belə ki, xəstəliyin şiddətli dövründə həlim məhlul şəklində daha yaxşı qəbul edilir. Bunun üçün 1 litr suya 5 mətbəx qaşığı həcmində bitki komponenti əlavə edilir. Remissiya - sakitləşmş dövründə isə bu azaldılaraq 2 qaşığa endirilir.
Diqqət: böyrək sancısında itburnu meyvələrindən, yabanı çiyələk yarpaqları və mərcangilədən hazırlanmış həlim ilə vanna etmək də xeyirlidir.  Bunun üçün hər 10 litr suya yarım litr həlim məhlulu qatılır.
 
Böyrək otlarından necə istifadə etməli
 
Bütün həlimlər və cövhərlər 12 aydan çox olmayaraq istifadə edilir.
 
Hər otlar qrupu ilə müalicə 3 həftə müddətində aparılır. Sonra müalicə digər bitkilər qrupu ilə əvəz olunaraq aparılır.
Hər 2 aydan bir bitki müalicəsində fasilə verilir. Fasilə minimum 7 gün, maksimum 2 həftə olunur.
 
Müalicə kursu dövründə indiyə qədər heç bir gözlənilməz nəticə müşahidə edilməməsinə baxmayaraq, yaxşı olar ki, vaxtaşırı sidikdən analiz verilsin. 
 
Bitki müalicəsi - əsasən böyrəklərdə xəstəliklərin yeni başlandığı dövrdə çox yaxşı nəticə verir. Əlbəttə ki, müalicə dövründə həkimlərlə məsləhətləşmək müalicənin nəticələrinin etibarlı olmasına zəmanət verir.//Atv

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM