“Xəzər TV” məlumat verir ki, ideya ilk dəfə məhəllə sakini Zaur Dadaşovun ağlına gəlib. Məhəllə sakinlərinin dediyinə görə, onlar bura gələndə vətənpərvərlik ruhları daha da artır.
Böyüklərin bu adımı azyaşlıların vətən sevgisini də alovlandırıb.
Zaur Dadaşov deyir ki, hələlik bu küçənin adı rəsmiləşdirilməyib. Onlar küçənin adını rəsmiləşdirmək üçün aidiyyatı qurumlardan kömək istəyirlər.
Sakinlər gələcəkdə abidəni daha da böyüdüb, şəhidlərin xatirəsinə bulaq da çəkəcəklərini deyirlər.