Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Strategiya.az-a verilən məlumata görə, yanvarın 4-də saat 15 radələrində Şəmkir rayonunun Seyfəli kəndində kənd sakinləri Ruslan İbrahimovun idarə etdiyi "Opel" və Nurəddin Nağıyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub.
Hadisənin baş verməsi nəticəsində hər iki avtomobilin sürücüsü və "Opel" markalı avtomobildə olan 8 sərnişin xəstəxanaya yerləşdiriliblər, onlardan 4-nə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Şəmkir RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.