Xalq şairi Zəlimxan Yaqubun qəbirüstü abidəsinin açılışı oldu

19:35 / 09.01.2017

 

Yanvarın 9-da Fəxri xiyabanda, müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Zəlimxan Yaqubun qəbrüstü abidəsinin açılışı keçirildi.

Mərasimdə millət vəkilləri, elm, mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri və şairin yaxınları iştirakı edirdi.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov çıxış edərək Zəlimxan Yaqubun Azərbaycan ədəbiyyatının inkişafındakı böyük xidmətlərindən danışdı: “Zəlimxan Yaqub Tanrının fitri şairlik istedadı bəxş etdiyi nadir söz ustalarından idi. Tanrı ona başqa bir fitri istedad da – yaddaş da vermişdi. Amma millətin yaddaşında, ədəbiyyat aləmində həmişəlik qalmaq üçün yalnız böyük söz qabiliyyətinə malik olmaq azdır. O, Vətənini, xalqını sevirdi. Dövlətinə sadiq insan idi və bütün bunları yaradıcılığında əks etdirirdi. Zəlimxan Yaqub bütün yaradıcılığı ilə onsuz da abidəyə çevrilmişdi. Bu gün isə abidə formasında yenidən bizə qayıtdı”.

Millət vəkili qeyd etdi ki, Z.Yaqubun yaradıcılığına, onun istedadına ən böyük qiyməti ümummilli lider Heydər Əliyev verib. Prezident İlham Əliyev də daim şairə xüsusi diqqət və qayğı ilə yanaşıb.

Vurğulandı ki, şairin yaradıcılığında o tay-bu taylı Azərbaycan həqiqətləri ilə yanaşı, bütün türk və islam dünyası öz əksini tapıb. Ona görə də Z.Yaqub bütün türk və islam dünyasına mənsub böyük şairdir.

Professor Qəzənfər Paşayev şair haqqında xatirələrini bölüşdü. Bildirdi ki, Z.Yaqub sözün, millətinin və ölkəsinin qarşısında tarixi məsuliyyətini hiss edən və ömrünün sonunadək əlindən qələmi yerə qoymayan şair idi. Onun yurd, xalq sevgisindən yoğurulmuş şeirləri Azərbaycan insanı ilə həmişə bir yerdə olacaq.
AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov müasir Azərbaycan poeziyasının böyük simalarından olan şairin dərin məzmunlu əsərləri ilə daim ürəklərdə yaşayacağını vurğuladı.

Şairin ailəsi adından çıxış edən oğlu Bəhlul Yaqubov atasının xatirəsinə göstərdikləri yüksək hörmət və ehtirama görə hər kəsə öz minnətdarlığını bildirdi.

Xalq şairinin abidəsinin müəllifi, Xalq rəssamı Natiq Əliyev, memarı Tərlan Həsənovdur.

Qeyd edək ki, Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq fakültəsini bitirib. 1995-2005-ci illərdə Milli Məclisin deputatı, 2008-ci il avqustundan ömürünün sonunadək Azərbaycan Aşıqlar Birliyinin sədri olub. Müəllifin “Şair harayı”, “Vətən yaralar”, “Sizi qınamıram”, “Od aldığım ocaqlar”, “Əbədiyyət dastanı”, “Mən bir dağ çayıyam”, “Məni sabahıma qovuşdur, ana” və s. kitabları geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanıb. Əsərləri müxtəlif dillərə tərcümə olunub, xarici ölkələrdə işıq üzü görüb.

Xalq şairi 2016-cı il yanvarın 9-da dünyasını dəyişib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM