Qırğız Respublikasının prezidenti Almazbek Atambayev Çinə səfərini yarıda dayandıraraq ölkəsinə qayıdıb.
“Report” xəbr verir ki, Türkiyəyə məxsus təyyarənin Bişkekdə qəzaya uğraması və yaşayış evinin üzərinə düşməsi dövlət başçısının səfərini yarıda dayandırmasına səbəb olub.
A.Atambayev Çinə işgüzar səfərə gedibmiş. Onun səfərdən sonra da bir müddət Çində qalması nəzərdə tutulurdu.
Qeyd edək ki, yanvarın 16-da səhər saatlarında Honk-Konq- Bişkek-İstanbul marşrtu üzrə uçan yük təyyarəsi qəzaya uğrayaraq, yaşayış binasının üzərinə düşüb. Nəticədə 42 nəfər ölüb. Dağıntılar altından 11 nəfər sağ çıxarılıb.