Beynəlxalq münasibətlərdə rəsmi dövlət siyasəti ilə yanaşı vətəndaş cəmiyyətinin və xalq dplomatiyasının mühüm rolu var. Dağlıq Qarabağ münaqişəsi, işğal olunmuş ərazilərimizin azad edilməsi ilə bağlı hörmətli Prezidentimiz İlham Əliyevin apardığı hərtərəfli uğurlu siyasət, dövlət qurumlarının fəaliyyəti bu gün öz nəticəsini verməkdədir. Ölkəmizdə aparılan müasir islahatlar, iqtisadi inkişafımız, genişlənən beynəlxalq əlaqələrimiz, cəmiyyətimizdəki sabitlk və multikultural mühit Azərbaycanın nüfuzunu və dövlətimizə olan etimadı günbəgün artırmaqdadır. Keçən ilin aprel ayında düşməni lərzəyə salan qalibiyyətli hərbi əməliyyatlar da ölkəmizin qüdrətini nümayiş etdirdi, mövqelərmizi daha da möhkəmləndirdi.
Bu baxımdan vətəndaş cəmiyyətinin, ictimai və qeyri-hökumət təşkilatlarının da üzərinə böyük öhdəliklər düşür. Qarabağ amalı ilə bütün xalqımız bir olmalı, vahid məqsəd – torpaqlarımızın azadlığı uğrunda çalışmalıdır. Bu yöndə aparılan işlərdən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) gerçəkləşdirdiyi layihəni – Ağ Ev Administrasiyasının rəsmi saytında yerləşdirilmiş “Biz Xalqıq” platformasına ünvanlanmış “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” petisiyanı böyük uğur kimi qeyd etmək istərdik. Bu müraciətdə Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı məqsədyönlü törətdiyi ekoloji təcavüz, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi diqqətə çatdırılır, Administrasiyaya AŞPA-nın 2085 (2016) saylı qətnaməsini dəstəkləməsi, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım edilməsi üçün çağırış edilirdi. İctimaiyyətimiz bu təşəbbüsə fəal qoşuldu və bir ay ərzində 330.000-dən çox imza toplandı. Vətəndaşlarımızın bu müraciətinə Ağ Ev Administrasiyasının 2016-cı ilin iyul ayında verilmiş cavabda bir sıra vacib məsələlərlə yanaşı, “tərəfləri münaqişənin hərtərəfli nizamlanmasına, o cümlədən Dağlıq Qarabağ ətrafı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasına və Dağlıq Qarabağın statusunun müəyyən olunmasına dair təcili danışıqlar aparmağa və təmkinli olmağa” çağırış səslənib.
Bu yaxında, Amerikanın Pew Tədqiqat Mərkəzinin 2016-cı il 28 dekabrda “Biz Xalqıq” platformasının 2011-2016-cı illər ərzində olan fəaliyyətinə dair dərc olunmuş hesabatında isə Azərbaycanda keçirilmiş petisiya dünyada ikinci məşhur petisiya kimi dəyərləndirilib. Təbii ki, bu faktın əsas əhəmiyyəti Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycan ictimaiyyətinin mövqeyinin dünyaya çatdırılmasında müəyyən rolu ilə bağlıdır. Artıq dünya ictimaiyyəti Azərbaycanın iqtisadi inkişafını, ölkəmizdə aparılan hərtərəfli islahatları, tolerantlıq və multikultural mühiti görür və dəyərləndirir. İctimaiyyətin bu işdə fəal iştirakı da bu baxımdan yüksək qiymətləndirilməlidir.
Məmməd Əliyev,
fəlsəfə elmləri doktoru
professor
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM