Daxili işlər naziri əməliyyat müşavirəsi keçirdi

16:26 / 18.01.2017

Yanvarın 18-də Daxili İşlər Nazirliyində (DİN) Daxili Qoşunların 2016-cı ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş naziryanı əməliyyat müşavirəsi keçirilib.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müşavirədə çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ildə cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, bütövlükdə ordu quruculuğu, o cümlədən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi sahəsində aparılan işlərin də geniş vüsət aldığını xatırladıb. R.Usubov Qoşunların maddi-texniki bazasının daha da möhkəmləndiyini, müasir silah və texnika alındığını, şəxsi heyətin sosial-məişət problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Nazir bildirib ki, hesabat dövründə Daxili Qoşunlar tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifələrin icrası istiqamətində bir sıra işlər görülüb, şəxsi heyət ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlıqla mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirak edib, yüksək döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlıq nümayiş etdirib.

Qeyd olunub ki, görülmüş işlər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən layiqincə qiymətləndirilir. Bu ali diqqət və qayğı hərbi qulluqçulardan üzərlərinə düşən vəzifələri daha böyük məsuliyyətlə yerinə yetirməyi, sabitliyin, təhlükəsizliyin, əmin-amanlığın, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi təminini, heç bir halda arxayınlaşmamağı tələb edir.

Sonra daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov xidməti-döyüş fəaliyyətinin yekunları barədə məruzə ilə çıxış edib. O deyib ki, hesabat dövründə Qoşunlarda döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə şəxsi heyətin praktiki bacarığının artırılması, fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi, təlim-tədris bazasının inkişaf etdirilməsi döyüş təliminin başlıca vəzifələrini təşkil edib. Bununla yanaşı, polis orqanları ilə birgə qarşılıqlı əlaqənin və fəaliyyətlərin təkmilləşdirilməsi də təlim prosesində prioritet məsələlərdən olub.

Hərbi qulluqçuların mənəvi-psixoloji hazırılığının yüksəldilməsi, o cümlədən şəxsi heyətin Vətənə və hərbi anda sədaqət, hərbi nizamnamələrin tələblərinə sözsüz əməl edilməsi ruhunda tərbiyəsi, onlarda xidmətin çətinliklərinə dözüm keyfiyyətlərinin formalaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilib.

Qeyd olunub ki, ötən il qarşıya qoyulan əsas tapşırıqlardan olan Formula-1 Avropa Qran-prisi yarışı və 42-ci Ümumdünya Şahmat Olimpiadası kimi beynəlxalq tədbirlər zamanı hüquq-mühafizə orqanları ilə birlikdə Daxili Qoşunlar müəyyən edilmiş vəzifələri peşəkarlıqla həyata keçirib.

Qanunçuluğun, nizam-intizamın möhkəmləndirilməsi, hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarına uyğun riayət olunması sahəsində həyata keçirilən ardıcıl tədbirlərin nəticəsi olaraq, 2015-ci illə müqayisədə hərbi qulluqçular tərəfindən törədilmiş cinayətlərin və kobud intizam pozuntularının sayı sabit qalıb. Hadisələrin sayı 22 faiz, xəsarətlərin sayı isə 30,4 faiz azalıb.

Bildirilib ki, şəxsi heyətin kazarma-məişət şəraitinin müasir standartlara uyğunlaşdırılması, hərbi hissə və bölmələrin silah və xüsusi texnika ilə təchizatı istiqamətində işlər uğurla davam etdirilib. Hesabat dövründə məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Şirvan şəhərində yerləşən hərbi hissənin xidməti fəaliyyəti üçün bütün infrastruktur yaradılmaqla yeni hərbi şəhərcik salınıb ki, onun da yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur. Bundan başqa, bir çox hərbi hissələrdə hərbi və məişət obyektlərinin təmiri aparılıb, lazımi avadanlıqla təmin edilərək yenidən istifadəyə verilib.

Müşavirəyə yekun vuran daxili işlər naziri ötən hesabat ilində Daxili Qoşunların fəaliyyətini ümumilikdə yüksək qiymətləndirib, qarşıda duran vəzifələrdən danışıb, onların həlli istiqamətində konkret tapşırıq və tövsiyələrini verib.

R.Usubov deyib ki, əldə olunan müsbət nəticələrin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün bütün zəruri tədbirlər görülməli, qarşıya qoyulmuş tapşırıqların operativ və keyfiyyətli icrasına, döyüş xidmətinin təşkilinə və aparılmasına, döyüş təlimlərin keçirilməsinə xüsusi diqqət yetirilməlidir.

Bir neçə gün əvvəl dövlətimizin başçısının Naxçıvan Muxtar Respublikasında dislokasiya olunan hərbi hissələrə baxış keçirərkən bir daha döyüş qabiliyyəti ilə bərabər, əsgər və zabitlərin mənəvi-psixoloji durumunun yüksək səviyyədə olmasının vacibliyini vurğuladığını nəzərə çatdıran nazir bu baxımdan şəxsi heyət arasında vətənpərvərlik ruhunun, nizam-intizamın gücləndirilməsi ilə bağlı aparılan tərbiyəvi işin keyfiyyətinin artırılmasının, müvafiq vəzifələrin həllinə mütəxəssislərin, Daxili Qoşunların ictimai təşkilatlarının və şuralarının yaxından cəlb edilməsinin əhəmiyyətini önə çəkib. Qeyd edilib ki, döyüş təlimi prosesində şəxsi heyətə yüksək nəzəri biliklər tədris olunmalı, praktiki bacarıqlar aşılanmalıdır. Fiziki hazırlıq səviyyəsinin yüksəldilməsinə, silahdan, xüsusi vasitələrdən və döyüş texnikasından düzgün və effektiv istifadə bacarığının artırılmasına böyük önəm verilməli, xüsusi təyinatlı və xüsusi vasitələrin tətbiqi bölmələrinin, habelə xüsusi və döyüş texnikası ekipajlarının praktiki fəaliyyəti, ekstremal şəraitdə və əməliyyatlarda düzgün, qətiyyətli qərar qəbul etmək bacarığı, döyüş hazırlığı yüksəldilməlidir.

Cari ildə Bakıda IV İslam Həmrəyliyi Oyunları və Formula-1 Azərbaycan Qran-prisi kimi beynəlxalq əhəmiyyətli idman yarışlarının keçiriləcəyini xatırladan nazir bütün təşkilati tədbirlərin müəyyən edilmiş vaxtda icrasını, qüvvə və vasitələrin hər bir tədbir ərəfəsində tam hazırlıq vəziyyətinə gətirilməsini tələb edib.

Sonda R.Usubov xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən bütün lazımi şəraitin yaradıldığını, şəxsi heyətin böyük dövlət qayğısı ilə əhatə olunduğunu bir daha vurğulayıb. Nazir bu ali diqqət və etimada cavab olaraq qanunla müəyyən edilmiş vəzifələrin bundan sonra da peşəkarlıqla yerinə yetiriləcəyinə, xalqa, dövlətə xidmət işinin daha böyük əzmlə davam etdiriləcəyinə əminliyini bildirib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM