Trump və “qırmızı düymə”: nüvə zərbəsi qərarı necə qəbul edilir?

10:06 / 22.01.2017

Yanvarın 20-də yeni ABŞ prezidentinin inaqurasiyası günündə tamaşaçılar Kapitol yüksəkliyindəki mərasimdə prezident Barack Obamanı müşayiət edən hərbi geyimli köməkçini də görə biləcəklər.

Köməkçinin daşıdığı çanta-portfelin içində kiçik çemodan olacaq. Bu çemodana "nüvə futbol topu" da deyirlər.

Artıq həmin vaxtadək yeni prezidentə strateji nüvə zərbəsi endirilməsi üçün kodların necə işə salındığı barədə təlimat verilmiş olacaq. Elə ki, Donald Trump prezident kimi and içdi, əlində portfel olan həmin köməkçi diqqəti cəlb etmədən keçib onun yanında dayanacaq.

Məhz bundan sonra Donald Trump bir saatdan da qısa müddətdə milyonlarla insanın məhvinə səbəb ola biləcək əmri verməyə bu dünyada səlahiyyəti çatan yeganə şəxs olacaq. İndi bir çoxları belə bir sual verirlər: Onun kəskin temperamenti və çılğınlığı nəzərə alınarsa, bu adamın düşünülməyən və fəlakətli nəticələrə səbəb ola biləcək qərarının qarşısı alına bilərmi?

Buradaca qeyd etmək lazımdır ki, Donald Trump artıq özünün nüvə silahı barədə təxribatçı bəyanatlarından geri çəkilib. Bu yaxınlarda o deyib ki, bu silaha əl atacaq ən sonuncu adam o olacaq, hərçənd bunu edə biləcəyini də istisna etməyib.

Digər tərəfdən komandanlıq strukturunun tərkibində, məsələn gələcək müdafiə naziri, keçmiş dəniz piyadaları generalı James Mattis kimi başqa şəxslər də var. Lakin Washington-dakı Stateji Tədqiqatlar İnstitutunun eksperti Mark Fitzpatrick deyir ki, bütün hallarda nüvə raketlərinin atılması barədə son qərarı yalnız prezident verir.

O qeyd edir ki, prezidentə belə bir əmr verməyi heç kəs qadağan edə bilməz. Lakin onun verdiyi əmrlə əmrin icrası arasında prosesə qoşulacaq başqa şəxslər də var.

Odur ki, idarə olunmayan prezidentin belə qərarı təklikdə qəbul edəcəyi ssenari real görünmür. Lakin nəzəri baxımdam prezident belə bir əmri verə bilər və konstitusiyaya görə həmin əmri müdafiə naziri yerinə yetirməlidir.

Lakin nəzəri baxımdan yenə də, prezidentin əqli sağlamlığına şübhə edən müdafiə naziri bu əmri icra etməyə bilər, amma bu, artıq hərbi qiyam kimi qiymətləndiriləcək. Prezident onu vəzifədən kənarlaşdıra və əmri müdafiə nazirinin müavininə verə bilər.

Donald TrumpFotonun müəllifiDREW ANGERER/GETTY IMAGESImage captionDonald Trump ABŞ-ın nüvə cəbbəxanasının gücləndirilməsi zərurətindən danışıb

Eləcə də nəzəri baxımdan ABŞ Konstitusiyasının 25-ci maddəsinə edilmiş düzəlişə uyğun olaraq vitse-prezident elan edə bilər ki, prezident əqli baxımdan iqtidarsızdır və müvafiq qərarları qəbul edə bilmir. Lakin bu halda nazirlər kabinetinin əksəriyyəti vitse-prezidenti dəstəkləməlidir.

Nüvə düyməsi necə basılır?

Daim prezidentin yanında olan çemodanın və ya "nüvə futbol topunun" içində "qara kitab" adlı təlimat var. Burada ABŞ-ın hansı hallarda nüvə zərbəsi endirməli olduğu barədə müxtəlif ssenarilər yazılıb. Bu çemodanı açmaq üçün prezident öz şəxsiyyətini müəyyən edən plastik kartı işə salmalıdır.

Washington-da dolaşan şayiələrə görə guya keçmiş prezidentlərdən hansısa bu kartı bir müddət itiribmiş və tapa bilmirmiş. Sonradan məlum olub ki, kart onun pencəklərindən birinin cibində kimyəvi təmizləməyə verilib.

Prezident çemodandakı "menyudan" nüvə silahının hədəfini seçdikdən sonra qərargah rəislərinin birləşmiş komitəsi vasitəsilə Pentaqonun komanda məntəqəsinə əmr verir. Prezident bundan sonra möhürlənmiş kodların köməyi ilə daha bir əmri Nebraskadakı Offatt hərbi-hava bazasında yerləşən ABŞ strateji komandanlığına verir.

Raket qurğularına start qərarı şifrələnmiş kodlar vasitəsilə ötürülür. Bu kodlar seyflərdə saxlanan kodlara uyğun gəlməlidir.

Həm ABŞ-ın, həm də Rusiyanın bir-birlərini bir neçə dəfə məhv etmək üçün kifayət qədər nüvə raketləri var. Məlum olduğuna görə təkcə Moskvaya 100-dək Amerika raketi tuşlanıb.

Bu iki ölkənin birlikdə malik olduğu nüvə arsenalı bütün dünyadakı nüvə döyüş başlıqlarının 90 faizini təşkil edir.

2016-cı ildən ən çox nüvə raketi Rusiyadadır. Məlumdur ki, Rusiyanın nüvə başlıqlarının toplam sayı 1796-dır. Onlar qitələrarası ballistik raketlərdə, sualtı qayıqlardakı raketlərdə və habelə strateji bombardmançı təyyarələrdə yerləşdirilib.

Topol ballistik raketləri Rusiya nüvə arsenalının əsasını təşkil edirFotonun müəllifiDIMA KOROTAYEV/AFP/GETTY IMAGESImage captionTopol ballistik raketləri Rusiya nüvə arsenalının əsasını təşkil edir

Prezident Vladimir Putinin sərəncamı ilə Moskva nüvə qüvvələrinin modernizasiyasına milyardlarla rubl xərcləyib. Səyyar ballistik raketlər Sibir meşələrindəki mövqelərini tez-tez dəyişir.

2016-cı ilin sentyabrına olan məlumata görə ABŞ-ın 1367 strateji nüvə başlığı var. Bu başlıqlar start şaxtalarında, sualtı gəmilərdə və dərhal təyyarələrə yüklənmək üçün hazır vəziyyətdə aviasiya bazalarında yerləşir.

Böyük Britaniyanın 120 strateji döyüş başlığının yalnız üçdə biri sualtı gəmilərdədir. Böyük Britaniyanın sualtı gəmilərindən biri daim haradasa dünya okeanının dərinliklərindədir. Buna "daimi dənizdən çəkindirmə" (continuous at sea deterrent) sistemi deyilir.

Qitələrarası ballistik rakletlərin uçuş sürəti saatda 27 min kilometrə çata bilər. Bu raketlər əvvəlcə Yerin atmosferindən çıxır, sonra isə saniyədə 6, 5 kilometr sürətlə hədəfə doğru şığımağa başlayır.

Rusiya və ABŞ arasında belə raketin hərəkətinə 25-30 saniyə vaxt lazım gələrdi. Sualtı gəmilərdə yerləşdirilmiş raketlər isə hədəfə yaxınlığı hesabına onu 12 saniyəyə vura bilər.

Buna görə də siqnalın yalançı və ya Axirəti bildirən həqiqi siqnal olduğunu müəyyən etmək üçün vaxt olduqca qısadır. Buraxılmış raketi dayandırmaq mümkün deyil, lakin şaxtadakı raketi düşmən tərəf vura bilər.

Ağ Evin keçmiş əməkdaşı mənə deyib ki, hər şey nüvə raketinin buraxılması qərarının hansı şəraitdə qəbul edilməsindən asılı olacaq.

Əgər bu X ölkəsi üzərinə uzun müddət müzakirə olunmuş və ölçülüb biçilmiş önləyici zərbə qərarıdırsa, onun icrasında çox sayda insan iştirak edəcək. Yəqin ki, belə qərarın qəbulunda vitse-prezident, milli təhlükəsizlik müşaviri və nazirlər kabinetinin əksər hissəsi iştirak edəcək.

Lakin əgər ABŞ-ın qarşısında strateji təhlükə qəflətən yaransa, məsələn, düşmənin Amerikaya tərəf uçan raketləri radarda görünsə, onda prezident nüvə raketlərinin buraxılması əmrini şəxsən verə bilər.//bbc


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM