"ABŞ-ın xarici və daxili siyasətində böyük dəyişikliklərin olacağına dair gözləntilər var": ekspert Elxan Ələsgərov

11:12 / 22.01.2017

Donald Trampın prezidentliyi dövründə ABŞ-ın Azərbaycana dair siyasətində müsbət addımlar atacağı gözlənilir.

Bunu Milli.Az-a "Baku Network" ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov ABŞ-ın yeni prezidenti Donald Trampın inauqurasiya mərasimindəki çıxışını şərh edərkən bildirib.

Onun sözlərinə görə, indiyədək ABŞ-da belə mübahisəli seçki kampaniyası olmamışdı. Bunun da səbəbi məhz Donald Trampın açıqlamaları idi: "Onun hələ ilk çıxışında İslam terrorizmi və buna qarşı ABŞ-ın mübarizəni gücləndirməli olduğu haqqında fikirləri qalmaqal yaratdı. Daha sonra o, ABŞ-da məskunlaşma siyasətində dəyişikliklərə ehtiyac duyulduğunu və meksikalıların, eləcə də radikal islamçıların Amerikaya gəlişlərinə qadağa qoyulacağını dedi. Digər tərəfdən, Trampın Rusiya ilə münasibətlərdə müsbət dəyişiklik olacağına dair ismarıcları müəyyən ziddiyyətlərə və ona qarşı etirazlara səbəb olmuşdu".

Lakin E.Ələsgərov hesab edir ki, əslində, Trampın çıxışlarında mübahisəli məsələ yoxdur: "Birincisi, dünyada terrorizmə qarşı mübarizədə müəyyən böyük dövlətlər arasında uzlaşma olub və bir sıra digər dövlətlər də bu məsələdə birləşməlidirlər. Təbii ki, biz "radikal islamçı terrorizmi" ifadəsi ilə bağlı mübahisə edə bilərik. Amma biz bunu din amili ilə bağlaya bilmərik. Hesab edirəm ki, Trampın çıxışındakı ifadə də İslam dini ilə terrorizmin eyniləşdirilməsi mənasını daşımır. Sadəcə, "İslam dövləti" adlı terrorçu qrup müsəlmanlar adından çıxış edir və bu termin də onlara qarşı yönəldiyindən bu məsələni şişirtməyin mənası yoxdur. Çünki terrorizmə və İslama qarşı mübarizə eyni şeylər deyil.

 

Rusiya ilə münasibətlərə gəlincə, rusiyalı hakerlərin seçkilərin nəticələrinə guya təsir etməsi və Trampın prezident seçilməsində böyük rol oynaması ilə bağlı səslənən iddialar da mübahisəlidir. Əlbəttə ki, ABŞ-dakı prezident seçkilərində istər Rusiyanın, istərsə də başqa dövlətlərin də siyasi maraqları olub. Lakin Trampı seçən Amerika xalqı olub və bunu şübhə altına almaq lazım deyil. İndi ABŞ-ın xarici və daxili siyasətində böyük dəyişikliklərin olacağına dair gözləntilər var".

Ekspertin fikrincə, bunların içində Azərbaycanın gözləntilərini xüsusi qeyd etmək lazımdır: "Çünki prezident İlham Əliyevin seçkilərdən Donald Trampla şəxsən telefon danışığında onu təbrik etməsi və qarşı tərəfin səsləndirdiyi nisbətən ilıq bəyanatlar bizdə ABŞ-ın, ümumiyyətlə, Azərbaycan siyasətində, konkret olaraq Dağlıq Qarabağ məsələsində müəyyən müsbət dəyişikliklərin baş verəcəyinə dair ümidlər yaradır. Bu gözləntilər çoxdur. Çünki Barak Obama zamanı ABŞ-ın istər rəsmi şəxslərinin, istərsə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin bəyanatları Azərbaycanda Amerikaya olan ümidləri qırırdı. Biz ümid edirik və böyük ehtimalla belə də olacaq ki, Trampın hakimiyyəti dövründə ABŞ-ın Azərbaycanla münasibətləri daha yaxşı olacaq. Qeyd etmək lazımdır ki, Azərbaycan terrorla mübarizədə, antiterror əməliyyatlarında və çoxlu digər məsələlərdə ABŞ-ın tərəfdaşlarından biri olub, hətta Əfqanıstandakı əməliyyatlara konkert dəstək də verib. Ona görə də ABŞ-ın yeni prezident adminstasiyası tərəfindən Dağlıq Qarabağ məsələsində müsbət addımlar gözləyirik".//Day.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM