Mir Şahindən Azad Rəhimova ciddi suallar - Video

10:43 / 28.04.2014

Suallara Azad Rəhimov cavab verərsə, alnı açıq və üzüağ sözləri yerinə düşəcək

Hesablama Palatasının apardığı yoxlamaların nəticəsində ortaya çıxan suallara Azad Rəhimov cavab verərsə, alnı açıq və üzüağ sözləri yerinə düşəcək

Alnı açıq. Üzüağ. Bu həftə ANS-in apardığı daha bir araşdırmanın yekunu kimi bu iki keyfiyyətə bel bağlamaq istəyirik. Gənclər və İdman Nazirliyində Hesablama Palatasının apardığı yoxlamaların nəticəsində ortaya çıxan suallara Azad Rəhimov cavab verərsə, alnı açıq və üzüağ sözləri yerinə düşəcək. Yerə yox. Yerinə.

Mən Gənclər və İdman Nazirliyinin korrupsiyaya qurşandığını və ya qurşanmadığını, gündə, ayda və ildə nə qədər mənimsədiyini və ya mənimsəmədiyini müzakirə etmək fikrində deyiləm. Baxmayaraq ki, bu mövzuda danışmağa kifayət qədər məlumat var, rəqəm var, cəzalandırılmış şəxslər var. Mən Azərbaycan gənclərinin və idmanının sağlam ruhunu öz sağlam bədənində daşıyan böyük və görkəmli nazirimizin qazandığı halal pulları da saymaq fikirindən çox uzağam. Söhbət heç nazirliyin məsuliyyət zonasına daxil olan külli miqdarda vəsaitin xərclənməsi zamanı baş verən, Hesablama Palatasanın təbirincə desək, nazirliyin xətrinə dəyməsin deyə istiqamətdən kənarlaşmalardan getməyəcək. Biz ANS olaraq dövlətimizin, onun hər hansı bir qolunun pis vəziyyətdə görünməsinin tərəfdarı deyilik. 

2003-cü ildə Azərbaycan polisinin kütləvi ixtişaşlar zamanı xəsarət almış bir sıra əməkdaşlarının hüquqlarını qorumaqla bağlı bəyanatını da məhz ANS yaymışdı, ATƏT-ə onların harayını da ANS çatdırmışdı. Qaçqınların Avropa Məhkəməsinə müraciət etməsinin qaydalarını da ANS öz əməkdaşları vasitəsilə yerlərdə öyrətmişdi. Bu gün Avropa məhkəməsində erməniləri ifşa edən Çıraqovun işığı bir az da ANS-dən gəlir. Bir sözlə dövlət strukturları dövlətin imicinin tərkib hissəsi olduğundan ANS-in xüsusi həssaslığını anlamaq, orda hansısa qara -qura niyyətlər axtaranların ağzını yummaq lazımdır. İndi də söhbət dövlətimizin vacib qurumlarından birindən gedir. Gənclər və İdman Nazirliyimizdən. Onun fəaliyyətini ilk dəfə məz elə bu verilişdəv - “Hesabat”da mən tənqid etmişdim. 

Bir qrup Azərbaycan gəncinin internet inqilablarına aludə olmasının ilk işartılarını Fəvarələr Meydanına daşıyan vətəndaşlarımızla məşğul olmadığına görə, Rəhimov Azadın başqa azadlıq çağırışları ilə dalana dirəndiyini göstərmişdik. Doğrudan da Azad müəllim bütün gənclərin və nəzərə alsaq ki, idmançılarımızın da 95 faizindən çoxu gəncdir, deməli həm də idmançı gənclərimizin biləvasitə rəhbəridir, o zaman nigarançılığımızın səbəbini anlamaq çətin olmaz. Ən məsuliyyətli sahə - gənclər, məhz Azad müəllimin məsuliyyət zonası. Özünü vuran zəif əsgəri də. Suriyada döyüşə gedərək dövləti zərbə altına qoyan təriqət miqrantı da, həbsdən çıxıb özünü cəmiyyətə heç cür uyğundaşdıra bilmədiyinə görə yenidən həbsə düşmüş keçmiş məhbus da, insan alverinin potensial qurbanı olan gənc qız da bu zonaya daxildir. Bir sözlə bütün idmanımız və bütün gənclərimiz. Azərbycan prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev də olimpiya hərəkatının ona görə önündə gedir ki, gənclərimizin güclü və sağlam olmasını dövlətimizin güclü və sağlam olmasının baza prinsipi hesab edir. Və elə bu səbəbdən də Gənclər və İdman Nazirliyinin hesab-kitabda səliqəli və dürüst olmasının xüsusi mənası var. Gənclər halala öyrədilməlidir. Mən Azad Rəhimovun bütün qazancını haram hesab etmirəm. 

Əlbəttə hər bir dövlət öz məmurunun halal pul qazanmaq haqqını tanıyır. Amma, eyni zamanda dövlət məmuru sahibkar kimi sərbəst varlana da bilməz. Ona görə də, mən efirdən Azad müəllimə bir neçə sual vermək istəyirəm. Düşünürəm ki, bu sualların cavabından sonra gənclər və idman nazirimiz onun fəaliyyətini şübhə altına alanların qarşısına alnıaçıq çıxacaq və heç kimi məhkəməyə vermək fikrinə düşməyəcək, cavab verəcək. 

Cənab nazirə suallara keçirəm: 

1. Azad müəllim, sizin Olimpiya Komplekslərinin inşası zamanı maliyyə pozuntularına yol verdiyinizi deyirlər. Real xərclər və ayrılmış vəsaitlər barədə təfərrüatlı hesabatı hardan əldə edə bilərik? 

2. Cənab nazir, bu Olimpiya Komplekslərinin qiymət fərqi sıçrayışla dəyişir. Niyə bir rayonda tutaq ki, 1 milyon AZN-ə başa gələn kompleks başqa bir və təxminən eyni statusda olan rayonda 12 milyon AZN-ə başa gəlir?

3. Nazir dövlət məmurudur və onun bizneslə məşğul olması qanunla yol verilməz hesab edilir. Doğrudanmı siz bizneslə məşğulsunuz və əgər belə deyilsə, bunu niyə təkzib etmirsiniz?

4. Azad müəllim! Sizi ANS-i məhkəməyə verməklə bağlı anons verdiniz. Bu təbii ki, hər bir vətəndaş kimi sizin də hüququnuzdur. Amma Türkiyə mətbuatında dərc edilmiş çox sərt və ifşaedici, “Rəhimov Azad Ticarət zonası” məqaləsinə heç reaksiya belə vermədiniz. Yeri gəlmişkən məqalədə yazılanlar nə qədər doğrudur?

Daha bir neçə sualımız da var, amma bu sualları verəcəyiniz cavablardan sonraya saxlayaq. 

Beləliklə, həm Heydər Əliyevin, həm prezident İlham Əliyevin dövlətimizin gələcəyini gənclər və təbii ki, sağlam gənclərlə bağlaması fonunda məhz Gənclər və İdman Nazirliyinə diqqətimizin səbəbləri və səmimiyyətimiz yəqin ki, kimsədə şübhə doğurmamalıdır. Sadəcə cavab verin. Cavab verin ki, dövlətimizin gələcəyi haram və qaranlıq olmasın. Doğrudur, Azadlıq şirin sözdür. Amma bu gərək intizam və qanun çərçivəsində olsun. 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM