Strategiya.az bildirir ki, "Report"un məlumatına görə, Balakən rayonu Katex və Kortala kəndlərindən olan bir qrup sakin yaşadıqları evlərin həyətyanı sahələrindən təsərrüfat əşyalarının və avtomobillərin ehtiyat hissələrinin oğurlanması barədə Balakən Rayon Polis Şöbəsinə (RPŞ) müraciət ediblər.
RPŞ əməkdaşlarının apardıqları axtarış-əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərinin Hənifə kənd sakini, 25 yaşlı Elçin Musayev, Qaravəli kənd sakini, 21 yaşlı Mirvan Qurbanov və Tülü kənd sakini, 23 yaşlı Rəsul İsmayılov tərəfindən törədildiyi müəyyən edilib. Hər üç şəxs saxlanılıb, oğurlanmış əşyalar onlardan götürülərək maddi sübut kimi istintaqa təhvil verilib.
Faktla bağlı Balakən RPŞ-də CM-nin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Şübhəli şəxslərin digər cinayətlərdə iştirak edib-etməmələri araşdırılır.